16:47, 5.4.2017 Azərbaycan futbolu

#MFLstars: Futzal üzrə ikinci liqanın qalibi olan “Olimpikstar”-ın MFL-ə gəlişi haqda – FOTO – VİDEO

Mini futbol üzrə həvəskarlar liqası MFL bir-birindən fərqlənən maraqlı komandaları öz ətrafında toplayıb.

Burada ən təcrübəli və sevimli komandalarından biri “Olimpikstar”dır. Komanda  Konferensiyanın lideridir.

Lakin Azərbaycanın futzal üzrə ikinci liqasının fəaliyyətdə qalibidir. Bu mövsümdə “Olimpikstar” MFL-də çıxış etməyə üstünlük verib. Nəticələrdən də aydın görünür ki, onlar birinci yeri də qazana bilər. Bunun üçün komanda əməlli-başlı çalışmalıdır...

Komanda artıq 10 ildir ki, birgə oynayır, oyunçular bir-birini çox yaxşı anlayır. Axı onlar hər gün “Olimpik Star” idman əyləncə kompleksində görüşürlər. Komandanın futbolçuları 2004-cü ildən fəaliyyət göstərən kompleksin, eləcə də bu şəbəkəyə daxil olan qrupun əməkdaşlarıdır.

 “2005-ci ildən birgə futbol oyanayırıq. Rəhbərlik turnirdə məşq etmək və birgə çıxış etmək üçün bütün şərait yaradıb. Kompleksdə mini futbol zalı və trenajor zalı var. Bütün bunlar bizim ixtiyarımızdadır. Bu şəraiti yalnız arzulamaq olar”, - komandanın liderlərin biri Zakir Kərimov bildirir.

“Olimpikstar” artıq MFL-də oynamaq təcrübəsinə sahibdir. Komanda MFL-in San-Marino Kubokunun yarımfinalına qədər yüksəlib, burada oyundan sonrakı penaltilərə güzəşt edib.

Zakir Kərimov qeyd edir ki, MFL-ə sadəcə maraq üçün qoşulublar:

“Bütün bunlardan başqa özümüzü sınamaq istəyirdik”.

Komandanın digər yoldaşı Elmir Əliyev bildirir ki, onlar ikinci futzal liqasının qalibi olublar və birinci liqada oynaya bilərdilər, lakin bu fikirdən MFL-ə görə imtina ediblər.

Komandanın məqsədindən danışan Zakir qeyd edir ki, yeni komandalarla tanışlıq onlar üçün önəmli məsələlərdəndir:

“Köhnə dostları tapırıq, yeniləri ilə tanış oluruq. Deməzdim ki, çempionluq ideyasında fikrimizi cəmləşdirməmişik. Sadəcə olaraq komandamız çox təcrübəlidir. Buna görə də MFL-ə qoşulmaq qərarına gəldik”.

Marketinq təşkilatçılığı da başlıca rol oynayır. Komanda A Konferensiyasının lideri olaraq “Olimpikstar” adını yüksək saxlayır.

“MFL-in Facebook səhifəsinin 11 mindən çox istifadəçisi var. Onlardan hər kəs bilir ki, biz konferensiyanın lideriyik. Bu da kompleks üçün çox yaxşı reklamdır”, - deyə Zakir Kərimov sözlərinə əlavə edir.

Bununla yanaşı, Elmir Əliyev sözlərinə əlavə edir ki, ilk vaxtlar yalnız çempionluq haqda düşündüklərini qeyd edir. O, özlərini turnirin başlıca favoritlərindən biri olduğunu gizlətmir:

“Kollektivimiz elədir ki, burada digər məqsəddən söz gedə bilməz. Bundan əlavə, ikinci futzal liqasında qalib olmağımız rəqiblərin bizə ciddi yanaşmalarına səbəb olur. Özümüzü hansısa rəqibdən zəif hesab etmirik”.  

Zakir Kərimov qeyd edir ki, MFL-də güclü rəqiblər var.

“Əgər hansısa əlavə faktorlar olmasa, rəqiblərin bizimlə bacara biləcəyini düşünmürəm. Hər kəsə ciddi yanaşmaq lazımdır. MFL-in ikinci turu göstərir ki, hər bir komanda sürpriz gətirə bilər”.

Z.Kərimovun sözlərinə görə, MFL-in başlıca problemi hakimlikdir:

“Futzal üzrə ikinci liqanın baclıca üstünlüyü hakimlikdir. Orada bu məsələ daha yüksək səviyyədə idi. MFL-də çox vaxt hakim və futbolçular arasında münaqişələr yaranır. Düşünürəm ki, hakimi təhqir etmək cəzası ağırlaşdırılmalıdır. Futbolçular isə qaydaları yaxşı bilməlidir. Qalan məsələlərdə MFL-də inkişaf var. Təşkilatçılar daim çatışmazlıqları aradan qaldırır. Ümumiyyətlə, MFL-in keçirilməsi ideyası çox maraqlıdır”.

Bununla yanaşı, Zakir PAPA JOHN`S-la (1:3) sadəcə bir məğlubiyyətə bəhanələr axtarmır.

“Sadəcə oyun alınmadı. İkinci turda onlardan qisas ala bildik”.

Zakir Kərimov hesab edir ki, “Olimpikstar” komandasını digər komandalardan ilk növbədə birlik və dostluq fərqləndirir:

“Bu, uğurun əsasıdır. Ola bilər ki, oyun meydanında kimsə digərinə qışqıra bilər, lakin bu məsələ elə meydandaca qalır. Biz uzun illərdir ki, birgə futbol oynayırıq və dostuq”.

 “Olimpikstar” komandası üçün ən səmərəli müdafiəçi kimi MFL çıxış edir. Müslüm Abbasov artıq 22 dəfə qol vurub və 10 dəfə tərəfdaşlara yardım edib.

“Mən sadəcə olaraq hücumlara qoşulmağı sevirəm”, - deyə o, təvazökarlıqla qeyd edir.

 “MFL-ə, eləcə də rəqibimizdən asılı olmayaraq bütün yoldaşlıq oyunlarına ciddi yanaşırıq. Buna görə də birinci yerdəyik. Bütün oyunlara ciddi yanaşılsa, hər zaman qalib gəlmək olar”, - deyə o, sözlərinə əlavə edir.

“Futbol bizim üçün sanki narkotikdir. Mən həyatı futbolsuz təsəvvür edə bilmirəm”, - deyə Zakir Kərimov sonda bildirir.

Teymur Maksutov

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Baxılıb: 353

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close