15:12, 5.4.2017 Azərbaycan futbolu

«Neftçi» Kamran Ağayevlə 250 min manata razılaşıb

"Boavişta"dan ayrılacağı dəqiqləşən Kamran Ağayev yeni mövsümdən Topaz Premer Liqasında mübarizə aparacaq.

Sportbox.az-ın “futbolinfo”ya istinadən verdiyi məlumata görə, Portuqaliyadan “qaçmaq üçün” fürsət gözləyən millimizin üzvü arzusuna çatacaq.

Hələ qışda vətənə qayıtmaq arzusunu dilə gətirən qolkiper "Neftçi" ilə danışıqlar aparırdı. O zaman mətbuatın təzyiqi və futbolçunun xarici kluba göndərilməsində rol oynamış AFFA rəhbərliyinin istəyi həlledici olmuş, Kamran yaya kimi gözləməyi qərara almışdı. Amma Portuqaliyada könülsüz oynamasının nəticəsidi ki, Ağayev "Benfika" ilə matçdan sonra heç nədən dava saldı və ovaxtdan bəri heyət üzünə həsrətdi.

"Boavişta" artıq yeni qapıçıyla güclənib və Kamrana ehtiyac duymur. Mövsüm bitən kimi yolların ayrıldığı rəsmən elan olunacaq və Kamran "Neftçi"yə qovuşacaq. Boyan Baykoviç və Maksim Vaylonun çıxışından narazı olan bakılılar "çərçivə"ni Ağayevə etibar edib, rahatlaşmaq istəyir. Kamranın milli komandamızın üzvü olması legioner limiti baxımından da bakılıların işinə yarayır.

Klubla Kamran artıq anlaşıblar. Tərəflər bu barədə açıqlama verməyə tələsməsə də, Ağayev yayda rəsmiləşəcək müqaviləyə görə illik 250 min manat qazanacaq.

Sportbox.az

Baxılıb: 265

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close