11:22, 31.3.2017 Azərbaycan futbolu

Qurban Qurbanov Volkan Dəmirəl məsələsinə aydınlıq gətirdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında “Neftçi”yə qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransı keçirib.

Sportbox.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

“Maraqlı oyun alındı. Bu stadionda çox yaxşı atmosfer olur. “Neftçi” və “Qarabağ”ın azarkeşləri qarşısında çox xoş idi. Qalib gəldik. Amma “Neftçi” sona kimi mübarizə apardı. Hesabda dəyişiklik etməyə çalışdı. Bizim üçün çox təhlükəli rəqibdi. Çempionatda onlarla oyun bizə ağır olmuşdu. Bu gün qeydə alınan hesab hələ heç nə demək deyil. Cavab matçına da yaxşı hazırlaşmalıyıq. Hər iki komanda baxımlı, mübariz oyun göstərdi”.

- Türkiyə mətbuatında Volkan Dəmirəlin adı “Qarabağ”la birgə hallanıb...

- Elə bir şey yoxdu. “Qarabağ” tərəfdən Volkana təklif olmayıb.

- Qara Qarayevi sağ cinah müdafiəçisi mövqeyində oynatdınız. Bununla bağlı nə deyə bilərsiz?

- Qara təcrübəli oyunçudu. Müdafiəçi çatışmazlığımız var idi. O, əvvəl müdafiəçi kimi çıxış edib. “Qarabağ”a gələndən sonra mövqeyini dəyişdik. Çempionatdan əvvəl hazırlıq müddətində Qaranı bir neçə mövqedə sınamışdıq.

- “Neftçi”nin sona qədər mübarizə apardığını dediniz. Bəs “Qarabağ”la bacarmamasının səbəbi nə idi? Komandalar arasında səviyyə fərqi bu qədər çoxdu?

- “Neftçi”nin futbolçuları oyunun sonlarında 3 təhlükəli zərbə vurdular. Ola bilər ki, bu epizodlarda bəxtləri gətirmədi. Bizə sona kimi problem yaşatdılar. Məğlub olmağı sevmirlər. Ayrı-ayrılıqda “Neftçi”nin heç bir futbolçusu bu görüşdə məğlub olmadı, ruhdan düşmədilər. Bizimlə oyuna həddindən artıq yaxşı köklənmişdilər. Kubokun qalibi olmaq istəyirlər. Cavab matçında da işimiz asan olmayacaq.

Sportbox.az

Baxılıb: 210

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close