10:46, 31.3.2017 Azərbaycan futbolu

Elxan Abdullayev: «Çalışacağıq cavab matçına daha yaxşı hazırlaşaq»

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a uduzduqları (0:2) oyundan sonra mətbuat konfransı keçirib.

Sportbox.az-ın məlumatına görə, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.

“Bu gün “Neftçi” üçün önəmli gün idi. Veteran futbolçularımız da komandaya dəstək oldular. Amma təəssüf ki, onları sevindirə bilmədik. Bu gün zəif oynadıq, amma çalışacağıq cavab matçına daha yaxşı hazırlaşaq və azarkeşlərimizi sevindirək”.

- Bu gün qeydə alınan nəticəyə səbəb kimi millinin düşərgəsində olmağınızı göstərmək olarmı?

- Mənim eyni anda millidə və “Neftçi”də işləməyimin heç bir problemi yoxdu. Millinin Qətərlə oyunundan sonra “Neftçi” “Qəbələ” və “İnter”ə qalib gəlib. Yəni yığma amilini səbəb kimi göstərmək düzgün deyil. Cavid İmamverdiyevi axırıncı dəfə 1 ay qabaq meydanda görmüşdük. Georgi Navalovski 80 dəqiqə Gürcüstan yığmasının heyətində oynayıb. Onu bu gün məcburiyyətdən meydana buraxmışdım. Pavel Dreksanı zədəli ola-ola oynatdım. Həkimlər deyir ki, o, 3 həftə sonra oynamalı idi. Bəlkə cavab matçında nəsə edə bilərik.

- Hazırkı “Neftçi”ni sizin komandanız adlandırmaq olar. Amma yenə “Neftçi” aciz görünür...

- Mən başqa cür görürəm. Düzdü, “Qarabağ”da bu gün yerli oyunçular çox idi. Amma onlar milli üzvləri idi. “Neftçi”ni sevməyənlər çoxdu. Komandaya ürək-dirək vermək lazımdı, “baltalamaq” yox. Mən qoymaram ki, “Neftçi”ni sevməyənlər sevinsin.

- Oyun baxımından “Neftçi” bu gün yaxşı təsir bağışladı?

- Yox. Amma kim deyə bilər ki, biz “Qarabağ”ı yüz faiz keçə bilmərik. Hələ şansımız qalır. Zədəli futbolçularımız çoxdu. Bu səbəbdən komanda tam gücü ilə oynaya bilmir.

- Rəhman Hacıyevin ehtiyatda qalmağının səbəbi nə idi?

- Nəyə görə Rəhman əsas heyətdə oynamalıdı? Bu gün meydana sonradan daxil oldu və yaxşı təsir bağışladı. Oyunu xoşuma gəldi.

Sportbox.az

Baxılıb: 239

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close