13:00, 30.3.2017 Azərbaycan futbolu

UEFA qərarını açıqladı: «Zirə» Avrokuboklarda oynayacaqmı?

AFFA-nın Lisenziyalaşdırma Qrupu bəyanat yayıb.

Sportbox.az-ın məlumatına görə, bəyanatda “Zirə”nin avrokuboklarda iştirakı məsələsinə toxunulub.

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. 

Bu qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Lisenziyalaşdırma mövsümü olaraq UEFA-nın klub yarışlarının mövsümü nəzərdə tutulur. UEFA-nın klub yarışlarının növbəti mövsümünə 2017-ci ilin iyun ayında start verilir.

Məlum olduğu kimi, Premyer Liqa yarışlarında çıxış edən “Zirə” FK 2014-cü il  iyulun 18-də təsis olunub və I divizionda çıxış etməyə başlayıb. Ötən mövsüm gümüş medallara sahib olmuş və idman nəticələrinə əsasən UEFA-nın klub yarışlarında iştirak etmək hüququnu qazanmış “Zirə” FK yuxarıda qeyd olunmuş qaydada qeyd olunan müddətdən az fəaliyyətdə olduğu üçün UEFA lisenziyasını ala bilməyib. Yuxarıda qeyd olunduğu kimi, UEFA-nın klub yarışlarının mövsümün iyun ayında başlaması və “Zirə” FK-nın 2014-cü ilin iyul ayında təsis olunması nəzərə alınaraq, “Zirə” FK-nın növbəti mövsümə qədər olan fəaliyyəti UEFA qaydalarına əsasən 3 ildən az hesab olunur.

Bütün qeyd olunanları nəzərə alaraq, AFFA bu məsələdə “Zirə” FK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Zirə” FK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Tələb olunmuş bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim olunub. 2017-ci il martın 29-da UEFA müraciəti müsbət cavablandırıb. Bu qərara əsasən, “Zirə” FK 2017-18-ci il mövsümündə UEFA lisenziyasının almaq hüququna malikdir.

Qeyd: UEFA-nın qərarı “Zirə” FK-nın avtomatik UEFA lisenziyası alması anlamına gəlmir və “Zirə” FK növbəti mövsüm üçün UEFA lisenziyasının alınması məqsədilə Lisenziyalaşdırma qaydalarında əks olunmuş bütün mütləq tələbləri yerinə yetirməli və bunu təsdiq edən bütün sənədləri AFFA-nın lisenziyalaşdırma qrupuna təqdim etməlidir.

2017-18-ci il mövsümündə UEFA-nın klub yarışlarında və Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya üçün müraciət etmiş klublarla bağlı qərarlar 2017-ci ilin may ayında AFFA-nın Lisenziya Komissiyası tərəfindən veriləcək.

Sportbox.az

Baxılıb: 127

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close