14:31, 16.3.2017 Azərbaycan futbolu

#MFLstars: Underdog komandası ­– turnirin favoriti futbolda yaxşı oyunun sirləri haqda – FOTO – VİDEO

Mini futbol üzrə ən iri həvəskarlar liqası MFL-də mübarizə davam edir.

Artıq konferensiyalarda favoritlər seçilməyə başlayır. Əgər B Konferensiyasında Eleven komamdası liderik edirdisə, qonşu konfrensiyada isə birinci sıra üçün qızğın mübarizə aparılır. Burada Underdog komandası liderlər siyahısındadır.

Underdog komandası özünü təvazökar ambisiyalarla təqdim etməsə də, lakin parlaq oyunda gurultulu rəqibə çevrildiyini nümayiş etdiriblər. Hazırda Underdog-u əminliklə liqanın favoritlərindən biri adlandırmaq olar.

Təəcüblü deyil ki, 1news.az-ın #MFLstars layihəsi çərçivəsindəki budəfəki qonaqları məhz onlar oldu.

MFL-dəki digər komamdalar kimi Underdog da dəstəksiz qalmadı.

Baku City Hospital elə ilk vaxtlardan komandanın qəyyumluğunu öz üzərinə götürüb. Buna görə də Underdog birmənalı olaraq digər komandalardan tibbi dəstək baxımından irəlidədir. Müayinə, profilaktik tədbirlər, müalicə - bir sözlər futbolçuların sağlamlığı ilə bağlı narahatlığa səbəb yoxdur.

Komadanın kapitanı Cavidan Qorçiyev - Baku City Hospital-ın HP şöbəsinin rəhbəri zarafatyana qeyd edir ki, komamdanın oyunçuları klikanın təqdim etdiyi xidmətlərin səviyyəsi ilə şəxsən tanış olublar.

Bundan əlavə o, qeyd edir ki, ürəyiyumşalıqıdan digər komadanın futbolçularına da köməklik edirlər. Əgər kiməsə tibbi komək lazım olursa - Baku City Hospital rəqib komadanın futbolçularına yardım göstərir.

“Çoxdandır ki, həvəskar futbolla məşğulam. Hər zaman klinikamızın əlamətini daşıyan komada yaratmaq istəmişəm. Komadadakı uşaqlarla çoxdandır ki, tanışam. Və biz zaman-zaman birlikdə oynamışıq. Məşqçimiz Cavidlə hələ universitetdən tanışıq. Hazırda o, BDU-da futbol komadasını məşq etdirir. Orada bombardirimiz Nurəlidə oxuyur”, - C.Qorçiyev söyləyir.

Komadanın adında onun fəlsəfəsi gizlənib

Underdog – MFL-in “qara atıdır”. “MFL-də iştirak məsələsi qaldırılanda, biz hələ oyun oynamamış kollektiv formalaşdırmışdıq. Buna görə də özümüzü favorit adlandıra bilməzdik. Beləcə Underdog adını qoymaq qərarına gəldik ki, bu da “sürprizlər verən ikinci nömrə” mənasını verir. Əgər komadanı City Hospital adlandırsaydıq, o zaman sual verərdiniz ki, oyunçuların komadaya nə aiddiyyatı var? Məhz buna görə də komandanı belə adlandırmaq qərarına gəldik”, - komamdanın kapitanı deyir.

MFL özünü doğrultmuş layihədir. Burada bu və ya digər komandaya spronsorluq olunur. Bu da çox yaxşı marketinqdir. MFL-in sosial şəbəkədə hansısa istifadəçisi və ya azarkeşi oyuna gələrək heç olmaya bir dəfə olsa belə baş sponsorumuza – Baku City Hospital nəzər yetirirsə, bu, artıq yaxşı reklamdır”, - Baku City Hospital-ın HP şöbəsinin rəhbəri qeyd edir.

Bununla belə, komadanın yanaşması fərqlidir.

“Biz özümüzü hansısa turnirdə sınamamışıq. Buna görə də qarşımıza böyük məqsədlər qoymamışıq. Eləcə də gurultulu bəyanatlarla çıxış etməmişik. Böyük məqsədlərimizi gizlətmirik. Eyni zamanda özümüzü digər komamdalardan yüksək hesab etmirik”. 

Kollektiv oyunda komandanın uğurunun sirri.

“Güclü fərdi oyunçularımız var. Lakin bütün səylərimizi komandaya cəmləyirik. İlk oyunlardan qeyd etdim ki, rəqiblərimiz bizə yuxarıdan aşağı baxır. Bu, bizi çox yaxşı ruhlandırdı”, - Cavidan deyir.

“Düşünürəm ki, uğurumzun sirri hər şeyi böyük həvəslə etməyimizdədir. Komadamız - təcrübə və gənclərin ahəngi  cəmləşib. Universitetdən ən yaxşı oyunçuları gətirmişəm. Həmçinin komanda da bir neçə təcrübəli futbolçular var. Bu uşaqlarla komandanı yaratmaq asandır”, - söhbətə komandanın məşqçisi Cavid Rəhimov qoşulur.

Məşqçiyə diqqətlə qulaq asan Cavidan Qorçiyev onunla razılaşır. Komanda da elə oyunçular var ki, onlar yaxın keçmişdə peşəkar səviyyədə futbol oynayıblar. Akif Hümbətov, Azər Cabbarov bizə “Qarabağ”dakı çıxışlarından tanışdır.

“Gənc bombardimiz Nurəlinin ulduzu məhz MFL-də parlayıb”.

Cavid Rəhimov sözlərinə davam edir ki, bu, asan deyildi:

“İlk vaxtlar meydançaya öyrəşmək çətin idi. Buna görə də komandamızda uyğunluq çatışmırdı. Lakin komamdamızı dost münasibətləri, eləcə də bir-birimizə hörmət birləşdirir. Bu, konferensiyada liderlər sırasına yüksəlməyimizdə böyük rol oynadı. Bundan əlavə, uşaqlar bir-birləri ilə daha yaxşı anlaşa bildilər. Hamımız birimiz, birimiz hamımız üçün – prinsipi ilə oynayırıq”.

MFL-in ən yaxşı bombardiri Nurəli Əsədovun ünvanına söylənən komplimentlərdən sonra onu yaxından tanımaq istədik.

Nurəli Əsədov bir çox oğlanlar kimi uşaqlıqdan futbolla məşğuıldur. Lakin valideynlərinin onun ali təhsillə bağlı aruzusuna əks gedə bilmədi. Hazırda o, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsidir. Lakin futbola sevgisi sönməyib. Ötən il “Binə” komandasının tərkibində həvəskarlar liqasında çempion olub.

Bu il MFL hesabına futbolla təhsil arasında balansı tapa bilib. Nurəli qeyd edir ki, turnirin təşkilatçılığı yüksək səviyyədə olduğu üçün onlar özlərini peşəkar hiss edirlər. Komandasından danışarkən o bildirir ki, hər oyundan sonra daha da güclü olaraq bir-birlərini yaxşı başa düşürlər.

N.Əsədov hazırda MFL-in ən yaxşı bombardiridir. Lakin futbolçu təvazökarcasına bildirir ki, qollar tərəfdaşlarının səyləri hesabına keçir.

“Oyuna çıxarkən  yalnız topu vurmaq haqda düşünmürəm. Ən başlıcası komandanın qələbəsidir. Mənim işim qolları vurmaqdır. İstərdim ki, ilk növbədə çempion, daha sonra isə turnirin ən yaxşı snayperi olum”.

Rəqiblərindən danışarkən o qeyd edir ki, A Konferensiyasında rəqabət bir qədər fərqlidir. Onunla C.Qorçiyev də razılaşır:

Bu turnirdə hər şeyi təcrübə həll edir. Buna görə də Juventus Baku, Papa John’s, Olympic Star kimi komadalar üçün müəyyən üstünlüklər var. Lakin hər bir rəqib hörmətə layiqdir”.

CavidanQorçiyev MFL-in ötən turnirlərində Juventus Baku komadasının tərkibində çıxış edib. Burada “San Marino Kuboku”nun qalibi olub.

“Sonra isə düşündüm ki, öz komandamızı yaratmağın vaxtı çatıb. Bizi nə uduş fondu, nə də Barselonaya səfər maraqlandırmır. Məqsədimiz – çempionatın yekununda kuboku başımızın üzərinə qaldırmaqdır”.

Teymur Maksutov

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Baxılıb: 346

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close