14:11, 10.3.2017 Azərbaycan futbolu

#MFLStars: “Universal” futbol komandası – iş saatları bitdikdən sonra hər kəs öz vəzifəsini unudaraq yaxın dosta çevrilir – FOTO – VİDEO

1news.az və Sportbox.az mini futbol üzrə ən böyük həvəskar liqası (MFL) ilə birgə növbəti layihəsini təqdim edir.

#MFLstars layihəsi çərçivəsində bu dəfə sizləri qələbə qazanmağa favoritlərdən biri olan “Universal” komandası ilə tanış edəcəyik.

Qeyd edək ki, komandanın bütün iştirakçıları – baş direktordan tutmuş sıravi işçilərədək hər kəs eyniadlı şirkətin əməkdaşlarıdır.

 “Universallarla” tanışlıq

“Şirkətimizdə heç bir bürokratiya yoxdur. İş saatları bitdikdən sonra hər kəs öz vəzifəsini unudaraq yaxın dosta çevrilir”, - bunu komandanın kapitanı və şirkətin direktoru Cavid İsmayılov deyir.

Söhbətə ilk olaraq komandanın məşqçisi Elşad Bayramov başlayır. O, MFL çempionluğunda müntəzəm iştirkala bağlı qəbul edilən qərardan danışır:

“Hər həftə iki komandaya ayrılaraq öz aramızda oynamağa başlayırdıq. Bir dəfə Facebook sosial şəbəkəsində MFL-in fotolarını gördük və qərara gəldik ki, iki komandanı birləşdirərək bu liqada iştirak edək.

 “Biz digər komandalar kimi kənardan oyunçu götürmək istəmirik. Legionerlərdən yalnız qapıçıdı idi ki, sonda onu da işə qəbul etdik”, - deyə C.İsmayılov məşqçinin sözlərinə əlavə edir.

MFL... birləşdirir

“Komadamızın MFL-ə gəlişi ilə həyatımızda bir çox şeylər dəyişdi. Bir-birimizlə daha çox zaman keçirdirik. Belə ki, çempionluqla bağlı oyunlar daha çox axşamlar keçir. Buna görə də işdən sonra evə getməyə tələsmirik. Hər qələbədən sonra şam yeməyi ətrafında əyləşərək oyunu müzakirə edirik. Bizimçün hər oyun qələbədir”, - komandanın məşqçisi sözlərinə davam edir.

Komandanın sponsoru, eləcə də prezidenti satış şöbəsinin direktoru Ədalət Baxışovdur. Əlbəttə ki, bu vəzifə həvəskarlar liqasında stratejidən daha çox şərəflidir.

Bununla yanaşı, liqaya komanda əməkdaşlarının maksimal sayı cəlb edilib. Hətta oyunda iştirak etməyənlər belə bacardıqları qədər komandaya yardım etməyə çalışırlar.

“Oyundan sonra uşaqları restorana dəvət edərək xəngəl qonaqlığı veririk”, - klubun prezidenti söyləyərək otaqdakı şən ab-havanı daha da yüksəldir.

Videoya baxın:

“Universal”-ın oyunçuları öz komadaları badərə danışırlar

Yalnız qələbə!

“Biz məğlub olmağı bacarmırıq. Şirkətimiz əsasən satışla məşğuldur. Şirkətdə işlər yolunda getməyəndə kədərlənmirik, lakin MFL-də məğlub olanda çox kədərlənirik. Buna baxmayaraq dalaşmırıq. Liqada ən nizam-intizamlı komanda bizik. Mövsüm ərzində bir dəfə də olsun qırmızı kart almamışıq. Sadəcə olaraq məğlubiyyətdən sonra bir-birimizin üzünə baxa bilmirik”, - komandanın kapitanı Cavid İsmayılov sözlərinə əlavə edir.

“Çempionatda ən barışmaz rəqibimiz “Juventus Baku” komadasıdır. Ötən mövsümdə onlara məğlub olduq. Ona görə də bu dəfə intiqam almağa tələsirik. Komadamız “Juventus”la oyun üçün böyük səy və yüksək həvəsələ çalışır. Bundan əlavə, “Papa Johne’s”, “Underdog” və “Olimpikstar” komadalarını da qeyd etmək olar”, - “Universal”ın futbolçuları deyir və bu an gözləri parlamağa başlayır.  

Komandada münasibət

“Mən şirkətin baş direktoruyam, lakin meydanda məşqçinin sözlərinə qulaq asıram. Hətta şirkətimizdə belə bürokratiya yoxdur. Bütün əməkdaşlar otağıma girərək hər şeylə bağlı fikirlərini bildirə bilərlər. Meydanda sıravi əməkdaşlar belə mənim öz adımla çağıra bilər. Belə xırdalıqlara əhəmiyyət vermirəm. Axı bu, futboldur! Oyunun bütün quruluşunu baş məşqçimiz verir. Bəzən oyun alınmayan da o, məni digər oyunçuya dəyişir. İstər meydanda, istərsə də işdə “müdir” və “rəhbər” anlayışı yoxdur”, - C.İsmayılov deyir.

“Oyunun səhəri gün ünsiyyətimzin əsas mövzusu futbol olur. Hər bir oyuna ən azı 15-20 azarkeşimiz gəlir. Oyuna gələ bilməyənlər isə ötən matçla bağlı hər xırdalığı soruşurlar. Hətta səhər planlamasında belə hər kəs futboldan danışır”, - baş məqçi sözlərinə əlavə edir.

Əgər qələbə qazansaq bütün pulları oyunçular arasında bölüşdürəcəyik. Əlbəttə ki, komandadan 3-4 nəfər pul götürməyəcək. Qalan uşaqlarla  hər şeyi bərabər böləcəyik. Eləcə də şirkətdən mükafatları hələ heç kim ləğv etməyib”, - sonda Cavid İsmayılov sözlərinə əlavə edir.

Murad Axundov

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Baxılıb: 223

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close