11:43, 10.3.2017 Azərbaycan futbolu

Tərlan Quliyev: «İlk qolu vurduğuma görə çox sevinirəm»

“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi”.

Sportbox.az-ın məlumatına görə, bu sözləri millimizin müdafiəçisi Tərlan Quliyev deyib.

Qətərlə keçirilən yoxlama görüşündə millimizin ilk qolunu vuran Tərlan oyun haqqında fikirlərini bölüşüb.

 “Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.

Sportbox.az

Baxılıb: 257

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close