9:56, 3.3.2017 Azərbaycan futbolu

Dario Federiko: «Bu hərəkətləri şou yaratmaq üçün etmirəm»

“Son uğursuzluqları nəzərə almaqla daha yaxşı oynamağa çalışırıq, xarakter göstəririk. Bütün gücümüzü ortaya qoyaraq əzmkarlıq hesabına nəticə əldə etmək istəyirik”.

Sportbox.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Dario Federiko klubun rəsmi saytına açıqlamasında deyib. 

Braziliyalı hücümçu “Kəpəz”in nəticəsini yaxşılaşdırmağa çalışacaqlarını deyib: “Son iki oyunda əldə etdiyimiz xallar bizim üçün çox vacib idi, bu xallar qarşıdakı görüşlərə motivasiya verəcək. Matçdan-matça daha yaxşı oynamağa çalışır, əvvəlki nəticələri unutdurmaq istəyirik. Çempionatın ikinci hissəsinə yaxşı başlamadıq, ardıcıl məğlubiyyətlər oldu. Bu üzdən Premyer Liqada keçirəcəyimiz növbəti oyunlara daha ciddi, məsuliyyətli yanaşırıq”.

“Kəpəz”in mart ayında çempionatda keçirəcəyi hər 3 oyunu Gəncədə baş tutacaq. “Sarı-göylər” ardıcıllıqla AZAL, “Zirə” və “Sumqayıt” ilə qarşılaşacaq: “Yaxın zamanda Gəncədə keçirəcəyimiz hər 3 matçda maksimum nəticəyə ümid edirik. “Qəbələ” ilə görüşdə göstərdiyimiz futbolu qarşıdakı oyunlarda da nümayiş etdirməliyik. Var gücümüzü meydanda qoyub belə davam etsək, inanıram ki, yaxşı nəticələr, qələbələr qazanacağıq. Mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəfə çatmaq üçün evdə keçirəcəyimiz ardıcıl oyunlarda bizi yalnız qələbə qane edir. Bu, bizə məqsədimizə yetişmək yolunda tramplin rolunu oynayacaq”.

Dario azarkeşlərlə yaxşı münasibətdə olduğunu qeyd edib: “Yaxşı başa düşürəm ki, azarkeşlər driblinqləri çox sevirlər, amma mən bu hərəkətləri sırf şou yaratmaq üçün etmirəm. Texnikalı futbola üstünlük verirəm. Texnika mənim ən güclü tərəfimdir, ona görə də bir-birə epzidolarda qarşımdakı futbolçunu aldatmağa, rəqib qapısı önündə təhlükə yaratmağa çalışıram. Bunu komandama kömək etmək üçün edirəm, alqışlanmağa görə yox. Azarkeşlərin məni belə sevməsi çox xoşdur, hər zaman dəstək verirlər. Onların sevimlisi olmaq mənim üçün olduqca qürurvericidir. Eyni münasibəti mən də fanatlara bəsləyirəm. İlk növbədə biz hamımız “Kəpəz”in uğurları üçün çalışırıq. Məşqçilər, futbolçular, klub rəhbərliyi və təbii ki, fanatlar eyni yolda uğura doğru addımlayır. Azarkeşlər bizim “12-ci oyunçu”muz hesab olunurlar. Onlarsız bizə çətin olar”.

Sportbox.az

Baxılıb: 286

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close