9:49, 11.1.2017 Azərbaycan futbolu

«Səbail» növbəti transferlərini reallaşdırıb

“Səbail” futbol klubu qış transfer dövründə növbəti transferlərini reallaşdırıb.

Sportbox.az xəbər verir ki, paytaxt təmsilçisi “Neftçi”nin müdafiəçisi Orxan Qurbanlını mövsümün sonuna kimi icarəyə götürüb.

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü ötən mövsümü Latviyanın “Dauqavpils” komandasında keçirib.

Bundan başqa, “Səbail” klubu 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla da 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rusiyanın “Rostov” klubunun yetirməsi olan Mirzağa Hüseynpurun son klubu AZAL olub. Bunadək Hüseynpur Rusiyada “Mitos”, ölkəmizdə isə “Sumqayıt”, “İnter”, “Simurq” komandalarının şərəfini qoruyub. O, eyni zamanda U-21 millimizin də formasını geyinib.

Sportbox.az 

Baxılıb: 69

Widget powered by WhatstheScore.com




ƏN POPULYAR
SON XƏBƏRLƏR

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

VELOSPORT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close