12:15, 28.5.2015 Azərbaycan futbolu

“Neftçala” I Divizionun qalibi oldu – FOTO

Dünən baş tutan son turun oyunları ilə futbol üzrə Azərbaycan I Divizionunda 2014/2015 mövsümünə yekun vurulub.

Sportbox.az-ın məlumatına görə, turnirin qalibi adını cari mövsümdə cəmi 2 dəfə məğlub olmuş “Neftçala” qazanıb. Ümumilikdə 78 xal toplayan “Neftçala” bütün rəqiblərini qabaqlayıb.

Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib.

“Ağsu” və “Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb.

Beləliklə, bu göstəriciyə görə “Ağsu” “Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb.

Dünən baş tutan “Neftçala” – “Qaradağ Lökbatan” oyunundan (4:5) sonra mükafatlandırma mərasimi təşkil olunub. Futbol üzrə Azərbaycan I Divizionunun qalibi “Neftçala” klubuna çempionluq kuboku və qızıl medallar təqdim olunub.

Eyni zamanda, I Divizionun ən sərrast oyunçusu Sabir Allahquliyevə (“Qaradağ Lökbatan”, 21 qol) də xüsusi kubok verilib.

Qeyd edək ki, sənədləşmədə baş verən problem səbəbindən “Neftçala” klubu gələn sezon Topaz Premyer Liqasında çıxış edə bilməyəcək. Hətta komandanın dağılacağı ilə bağlı şayiələr yayılıb.

Xatırladaq ki, AFFA-nın Lisenziyalaşdırma Komissiyasının qərarına əsasən, “Zirə” və “Kəpəz” klubları gələn sezondan Premyer Liqada mübarizə aparacaqlar.

Son turun oyunlarının nəticələrini və “Neftçala”nın təltifetmə mərasimindən hazırlanan fotoları təqdim edirik:

 

 “Göyəzən” 0-3 “Kəpəz”
(Arzuman Nəsibov, 63; Ziyabil Məmmədov, 76, 80)

“Rəvan” 1-0 “Şahdağ”
(Əli Bağırov, 3)

“Neftçala” 4-5 “Qaradağ Lökbatan”
(Aqşin Həşimov, 6, 10; Vurğun Həsənzadə, 53; Vaqif Güləliyev, 56 // Rüfət Məmmədov, 26; Sabir Allahquliyev, 51, 74, 85; Məlikməmməd Abbasov, 78)

MOİK 1-2 “Şəmkir”
(Röyal Nəcəfov, 27 // Azər Məmmədov, 50; Anar Rzayev, 67) 

“Turan Tovuz” 5-0 “Energetik”
(Tuqay Alhüseynli, 5, 8, 10, 57, 79)

“Şuşa Qarabağ” 1-2 “Ağsu”
(Elvin İsmayılov, 5 // Qalib Əmrahov, 53, 61)

“Ağsu” 5-1 “Mil Muğan”
(Besik Çimakadze, 9; Asif Mirili, 16; Elnur Abdulov, 24; Tural Adıgözəlov, 37; Toğrul Bilallı, 88 // Ruhid Usubov, 14 ).

 

Turnir cədvəli:

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçala

30

25

3

2

83-19

78

2

Ağsu

30

21

4

5

70-22

67

3

Rəvan

30

21

4

5

70-22

67

4

Qaradağ Lökbatan

30

20

5

5

57-25

65

5

Zirə

30

19

6

5

61-19

63

6

Turan Tovuz

30

15

5

10

75-37

50

7

Şahdağ

30

13

8

9

40-29

47

8

Şuşa Qarabağ

30

14

4

12

49-31

46

9

Kəpəz

30

10

8

12

37-37

38

10

Bakılı

30

10

4

16

46-61

34

11

Şəmkir

30

8

8

14

25-46

32

12

MOİK

30

8

5

17

26-60

29

13

Mil-Muğan

30

7

5

18

30-65

26

14

Energetik

30

5

3

22

24-82

18

15

Göyəzən

30

3

3

24

15-91

12

16

Lokomotiv

30

3

1

26

10-72

10

 

Bombardirlər: İlham Allahverdiyev (“Qaradağ L.”) - 21 qol, Fərmayıl Əliyev (“Neftçala”) - 16 qol, Məhəmməd Alıyev (“Neftçala”) - 15 qol.

Sportbox.az

 

Baxılıb: 282

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close