19:35, 12.2.2015 Azərbaycan futbolu

Atena U-12 liqası: «Bakı»nın gənc və əzmkar futbolçuları futbola sevgi, yığmamızın gələcəyinə inam və özləri haqda  - FOTO

Bizim cəmiyyətdə belə bir fikir yaranıb ki, Azərbaycanda futbol Premyer-liqa klublarında və yığmamızda mövcuddur və əsas tənqidlər ölkədə uşaq və yeniyetmə futbolu olmaması ilə bağlıdır.

Lakin bunlar əsassız iddialardan başqa bir şey deyil. Çünki əslində bütün ölkə üzrə stadionlar tikilir, futbol meydançaları ekspluatasiyaya verilir, komandalar yaradılır, futbola nəinki böyük şəhərlərdən, həm də periferiyadan və uzaq rayonlardan uşaqlar cəlb olunur.

Artıq indi, respublikamızın hər bir regionunda bütün yaş kateqoriyalarında çıxış edən komandaların sayına və keyfiyyətinə nəzər saldıqda, əminliklə demək olar ki Azərbaycan futbolunun yeni nəsli professional mühitdə inkişaf edir.

Bunu sübut etmək üçün Sportbox.az, sayəsində oxucunu uşaq futbolunda mövcud olan vəziyyətlə tanış edəcək, Atena U-12 Liqasının yeniyetmə komandaları haqda materiallar siklinə başlayır.

Sportbox.az artıq sizi “Əlincə” klubu ilə tanış edib.

Bu dəfə mövzümuzun qəhrəmanları “Bakı” klubunun gənc futbolçuları olacaq.

Paytaxt klubunun bazası böyük ərazini əhatə edir. Burada komandanın professional fəaliyyəti üçün zəruri olan futbol obyektləri yerləşir.

Qeyd etmək lazımdır ki, söhbət gənc heyətlərdən getdikdə, əsas komandanın müəyyən problemlərinə baxmayaraq,“Bakı”ölkəmizin ən əzmkar klublarından biridir.

Bazanın örtülü futbol maneji bizi səs-küylü iş abu-havası ilə qarşıladı – uşaqlar mütəxəssisin  nəzarəti altına müxtəlif məşqlər həyata keçirirdilər.

Və məqşçi ilə futbolçular məşğul olduğu vaxt ərzində biz AFFA tərəfindən təyin edilən klubun idman direktoru – almaniyalı mütəxəssis Torsten Şpittler ilə danışmaq imkanı əldə etdik.

Şpittler qısa tərzdə bizə ölkədə gənclər futbolunun inkişafı və yerli məşqçilərin professional bacarıqlarını yaxşılaşdırılması istıqamətində gördüyü iş barədə danışdı.

“Əgər Azərbaycanda futbolun ümumi səviyyəsini götürsək, etiraf etməliyik ki, o açıqcası, aşağıdır. Lakin bu yaş qrupu ilə bağlı qeyd etmək istərdim ki, potensial mövcuddur. Burada istedadlı uşaqlar var və düzgün iş və məhsuldar məşqlər nəticəsində onlar yaxşı futbolçu ola bilərlər. Futbol bir çox amillərdən ibarətdir – intizam, taktika, texnika. Mənim işim – futbol səviyyəsini və məşq prosesinin keyfiyyətini qaldırmaqdır. Mən mart ayından buradayam, lakin bu qısa dönəm ərzində artıq proqres izlənməkdədir.

Oyun zamanı həm müsbət, həm mənfi vəziyyətlər baş verə bilər. Mən mənfiləri aradan qaldırmağa çalışıram, ki düz istiqamətdə irəliləmək olsun.

Yerli məşqçilərin əsas problemi – nəticəyə oynamaqdır. Bəli, ola bilsin ki, hansısa komandalar turnir və çempionatlar qazanır, lakin bu onların yaxşı futbol sərgilədiyi demək deyil. . Yerli məşqçiləri yaxşı, keyfiyyətli futbol göstərməyi öyrətməyə çalışıram.

Uşaqlarla işləyərkən oyunun ümumi səviyyəsi normal olmadığı təqdirdə nəticəyə çalışmaq düzgün deyil. Bu azərbaycanlı məşqçilərə öyrətmək istədiyim əsas şeydir. Buna görə də mən məs məşqçilərin özü ilə işləyirəm, toplantılar aparıram, iş prosesini hansı istiqamətdə aparılmasını başa salıram, məsləhətlər verirəm. Sonra isə məşqləri izləyirəm və onların gedişatı zamanı düzəlişlər edirəm. Elə olur ki, mən məşq planını, metodikaların növbəliyini tamamilə dəyişirəm, səhvləri düzəldirəm. Bunları yerli məşqçilərin öz səhvlərini görə bilməsi üçün edirəm. Mən məşqçilərin necə çalışdığını, mənə qulaq asdığını və onların düşüncə tərzininin müsbət yönə dəyişdiyini görürəm”, - deyə əcnəbi mütəxəssis əlavə etdi.

“Bakı” U-12 klubunun baş məşqçisi Cəfər Hüseynov komandanın gələcək inkişafı ilə bağlı zəruri aspektlər barədə fikirləri ilə bölüşüb.

“Komanda ilə mən bu mövsümün başlanğıcından işləyirəm. Daha əvvəl mən burada U-16 və U-17 komandalarını çalışdırmışam və onlarla çempion olmuşam. Rəhbərlik müxtəlif yaş qrupları ilə iş təcrübəsi yığmağımız üçün tez-tez belə dəyişikliklərə əl atır.

Burada mən rəqabətli komanda yaratmışam. Hər oyun pozisiyasına ən azı iki eyni səviyyəli futbolçum var.  Bu sağlam rəqabətdir və o olmadıqca futbolçu inkişaf edə bilməz.

Hal-hazırda Atena U-12 liqasının turnir cədvəlində 3-cü pillədə gedirik. Əsas məqsədimiz ikinci dövrədə pozisiyamızı itirməyərək birinci yer uğrunda mübarizə etməkdir. Uşaqlar bu əzmi hiss edirlər, mübarizə aparırlar, çalışırlar.

Bu yaxınlarda Azərbaycanın bütün futbol klublarının akaemiyaları arasında keçirilən turnirdə iştirak etmişik və 1-ci yeri tutmuşuq. Əlbəttə ki, bu o qədər də vacib yarış deyil. Elə mənim üçün də nəticə ikincidərəcəlidir. Hər şeydən vacib iş praktikasıdır, uşaqlar daha çox oynamalıdırlar. Bizə Liqa çərçivəsində sparrinqlər çatışmır, buna görə də biz belə mini-turnirlər təşkil edirik ki, futbolçularımız təcrübə yığsın, ustalıqlarını inkişaf etdirsim, özlərini yaxşı tərəfdən sərgiləsin.

Bizim klub paytaxt komandası olsa da, burada Mingəçevirdən, Cəlilabaddan və ölkəmizin digər rayonlarından uşaqlar oynayır. Əminəm ki, periferiyadan daha çox uşaqlar ola bilərdi, lakin hər kəsin Bakıya köçərək burada yaşamağa imkanı yoxdur. Akademiyanın ərazisində qalmağa uşaqlara gələn ildən icazə veriləcək.

Burada böyüyən futbolçuların inkişafı üçün hər bir şərait var: məşq və oyun meydanları, yeməkxana, istirahət otaqları, yaxınlıqda məktəb də var. Uşaqlar rahat şəkildə həm oxuyacaq, həm də məşq edəcək”, - deyə C. Hüseynov əlavə etdi.

Pressanın diqqətinə öyrəşməmiş “Bakı”nın gənc futbolçuları utanaraq suallara cavab verirdilər, lakin söhbətin onların ən sevimli məşğuliyyəti haqda olduğunu anladıqda daha ürəkli oldular.

Əsədov Gülağa – hücumçu, 12 yaş

“Mən Yardımlıdanam. 5 yaşımdan futbol ilə məşğul oluram. 1 il “Neftçi”də məşq etmişəm son 5 il isə “Bakı”dayam. Buranın məşq prosesi, şəraiti daha çox xoşuma gəlir. Sevimli futbolçum – Neymar, sevimli komandam isə “Barselona”dır.

Yığmamızın oyunlarını həmişə izləyirəm. Onlar elə də yaxşı oynamırlar, lakin müdafiədə müəyyən proqress var. Mən milli komandada çıxış etdiyim zaman daha yaxşı oyun sərgiləyəcəyimizə ümid edirəm”.

Elçin Bayramov – yarımmüdafiəçi, 12 yaş

“Mingəçevirdə doğulmuşam. 10 yaşımdan futbol oynayıram. “Abşeron” komandasında başlamışam, burada  daha çox perspektiv olduğunu düşündüyüm üçün sonra isə “Bakı”ya keçmişəm. “Bakı”ya və bu klubun futbolçusu Nurlan Novruzova azarkeşlik edirəm. Eləcə də “Barselona”nı və Lionel Messini xoşlayıram. Nə vaxtsa onu canlı görmək istəyirəm.

Bizim millimiz çox qol buraxdığı üçün zəifdir. Düşünürəm ki, ən zəif yerimiz mərkəz və müdafiədir. Hücumda isə qol vurmaq üçün yaxşı futbolçular olmalıdır. Hələ ki bizdə belələri azdır”.

Cəlal Hüseynov – müdafiəçi, 11 yaş.

“Ukraynada doğulmuşam, lakin Şirvanda böyümüşəm. Elə mə bu şəhərdə 9 yaşımdan futbol ilə məşğul olmağa başladım. “Bakı”ya keçən yay keçirilən seçim nəticəsində düşmüşəm. Artıq mən burada məşq edirəm. Azərbaycan klublarından yalnız “Bakı”ya azarkeşlik edirəm. Oyunçularımızdan isə Ruslan Abışova rəğbət bəsləyirəm. Əcnəbi futbolçulardan kumirim Neymardır. “Barselona”da çox xoşuma gəlir.

Bizim millimiz zəifdir, xüsusi ilə də müdafiədə. Buna görə də çox vaxt sadə topları buraxırlar. Hücumda perspektivli futbolçu olmadığından qol da vura bilmirlər. Lakin mən yenə də orada oynamaq istəyirəm. Ukraynada doğulduğuma baxmayaraq öz millimizdən başqa millidə çıxış etməyəcəm”.

Fəridə Rəsulova, Elmir Əliyev

Foto: Lalə Quliyeva

 

Baxılıb: 1929

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

Günün ekranı

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Brazil 2014

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

UEFA EURO-2016 (U-17)

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

«Baki 2015»

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close