18:49, 1.12.2014 Azərbaycan futbolu

Sumqayıtda «Live Your Goals» festivalı keçirilib – FOTO

FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə Sumqayıtda “Kapital Bank Arena”da “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.

Sportbox.az-ın AFFA-ya istinadən verdiyi xəbərə görə, 8-15 yaş arası 83 qızın iştirak etdiyi tədbirdə FIFA-nın “Live Your Goals” instruktoru, tanınmış keçmiş qadın futbolçusu Hop Povell iştirak edib.

Əvvəlcə “Live Your Goals” festival ilə bağlı mətbuat konfransı təşkil olunub. Hop Povell və U-17 qızlar yığmasının üzvü Sanay Fətullayeva jurnalistlərin suallarını cavablandırıb, festivalla bağlı fikirlərini bildiriblər.

Daha sonra festivalın açılış mərasimi olub. Hop Povell, sumqayıtlı futbol veteranı Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi müavini Mübariz Bəşirov, beynəlxalq dərəcəli hakim, “Sumqayıt” FK-nın Müşahidə Şurasının üzvü Əbdül Məmmədov çıxış edərək festival iştirakçılarına uğurlar azrulayıblar.“Sumqayıt” klubu adından Hop Povellə klubun 50 nömrəli forması təqdim olunub.

Tədbirdə “Face Art” və hədiyyəli yarışlar keçirilib, top çiləmə yarışında fərqlənən uşaqlara hədiyyələr verilib, tamaşaçılar tanınmış azərbaycanlı futbolçuların imzalı şəkillərini əldə ediblər.

Sonda U-19 qızlar yığmasının baş məşqçisi Patrisia Qonzalez və Hop Povell festivalda iştirak edən qızlara sertifikatlar təqdim ediblər.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.

Babək Cahandarov

 

Baxılıb: 482

Widget powered by WhatstheScore.com




SON XƏBƏRLƏR

Premyer Liqa EPL

BÜTÜN MATERİALLAR...

La Liqa

BÜTÜN MATERİALLAR...

A Seriyası

BÜTÜN MATERİALLAR...

Dünya Futbolu

BÜTÜN MATERİALLAR...

Çempionlar Liqası

BÜTÜN MATERİALLAR...

Azərbaycan futbolu

BÜTÜN MATERİALLAR...

Bundesliqa

BÜTÜN MATERİALLAR...

FORMULA 1

BÜTÜN MATERİALLAR...

GÜLƏŞ

BÜTÜN MATERİALLAR...

Futbol gözəlləri

BÜTÜN MATERİALLAR...

GIMNASTIKA

BÜTÜN MATERİALLAR...

VOLEYBOL

BÜTÜN MATERİALLAR...

ŞAHMAT

BÜTÜN MATERİALLAR...

MÜXTƏLIF

BÜTÜN MATERİALLAR...

Səhifənin yuxarısına
Close