“Zühur edən ” 12-ci imamlar

Din - üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə sistemidir. Hazırda dünya əhalisinin təqribən 1,2 milyardı islam dininə etiqad edir, islam dini səmavi dinlərin sonuncusu hesab olunur və Allah tərəfindən göndərilən peyğəmbərləri və kitabları təsdiq edir, islam sülh, barışıq, bərabərlik və yardımlaşma dinidir.

İslam dini ən üstün, ən kamil din olmaqla yanaşı özündə adillik, hikmət, rəhmət, islah və kamilliyə aid bir çox xüsusiyyətləri əks etdirir. Bu gün artıq elə bir zamanda yaşayırıq ki, müsəlmanlara müasir dövrdə olan şübhələr vasitəsilə təzyiqlər edilir, müsəlmanlar, islam dini müxtəlif üsullarla gözdən salınmağa çalışılır.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə oxuduğum bir xəbər məni çox məyus etdi. Düşündüm ki, çox heyf, dünyanın müxtəlif ölkələrində olduğu kimi, ölkəmizdə də hələ də cahil insanlarla yanaşı, onların cahilliyindən istifadə edib dələduzluq edənlər də az deyil. Bunlardan biri, 3-4 gün əvvəl özünü "12-ci İmam Mehdi" kimi təqdim edib, dələduzluq edən Babayev Aqil Zalış oğludur. Onun dini məclislər təşkil etdiyi, 20 ildən artıq dövr ərzində 50-yə yaxın vətəndaşı aldatdığı və pullarını mənimsədiyi bildirilir. Hətta, bizim "12-ci imam" bu illər ərzində topladığı vəsaitlər hesabına xeyirxah əməllər etmək əvəzinə, şəxsi güzəranını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. Beləliklə, xeyli sayda inanclı insan özünü "12-ci İmam Mehdi" adlandıran növbəti fırıldaqçının qurbanına çevrilib. Ortaya bir neçə maraqlı suallar çıxır: Belə dələduzların özlərini imam adlandırmaqda məqsədi nədi? İnsanlar niyə bunlara inanır? Axı harda görülüb ki, imam insanlardan pul yığsın? Lap tutaq ki, imam gəldi, insanlar nəyi dəyişdirmək istəyir?

Olaylar.az-a açıqlama verən din xadimləri bu hadisənin müxtəlif səbəblərdən qaynaqlandığını bildirir. Bu səbəblərə var-dövlət yığmaq, şan-şöhrət qazanmaq, Allah düşməni olub, islamı parçalamağa çalışmaq və ən əsası cahillik daxildir. İlahiyyatçı İbrahim Məmmədov deyir ki, imamlar cəmiyyətin ən sevdiyi, həssas nöktəsidir. Bu səbəbdən, özlərini 12-ci imam adlandıranlar cəmiyyətin inancından, sevgisindən istifadə edirlər:

"Bu məsələyə bir neçə mövqedən yanaşmaq olar. İlk öncə bunu qeyd etməliyik ki, bildiymiz kimi Azərbaycan xalqının dini inancı islam olduğu üçün, islam dinimizin də öndəri Hz. Peyğəmbər və onun ailəsi olan 12 imamlar olduğu üçün,12 imamlar xalqın ən həssas nöqtəsidir. Ruhani baxımdan cəmiyyətin zövq aldığı Qurchr("39")an, 12 imamların mübarək kəlamlarıdır. Bu səbəbdən də cəmiyyətin sığındığı, etimad etdiyi, dünya və axirət səadəti üçün yalnız və yalnız pənah aparacağı ilk olarağ Qurchr("39")an və 12 imamlar olduğu üçün, bir dəstə insanlar bu mövzuya olan həssaslıqdan istifadə etməyə çalışırlar. Bu da hər zaman olub və olmaqdadır. İslam dinində olanların dini inanc və etiqadina görə, 12-ci imamımız olan Hz. Mehdi (ə) qeybdədir. Qurchr("39")an və hədislərə əsasən, Allah istədiyi vaxt onu bəşərin xilaskarı edərək yer üzündə ədaləti bərqərar edəcək, bəşəri səadətə çatdıracağını bəyan edir. İnanclı insanlar da bu şəxsin intizarındadır. Bu səbəbdən də bir dəstə insan cəmiyyətin O şəxsə olan sevgisindən, inancından istifadə edərək, "12-ci imam Mehdi mənəm" deyib, cəmiyyəti özlərinə tərəf çəkmək, əldə etmək istəyirlər. Amma özünü belə adlandıranların hədəfləri fərqlidir. Bunların bir hissəsi istəyir cəmiyyət başına toplansın, maddi rifahı yaxşı olsun. Bir hissə düşünür ki, özünü tanıtdırmağı bacarsa, cəmiyyəti əlinə keçirməklə çevriliş edib, məqsədinə çatacaq, bu şəxslər siyasi terminlərə aiddir. Geridə qalan bir hissə isə, nizamsız əlinə düşən müxdəlif kitabları oxuyaraq, beynini qarışdırıb, idealogiyasını təsirə salaraq mövqeyini itirib. Belələlərinə isə yalnız xəstə deyilir.

O ki qaldı imam Mehdi (ə) həqiqətən gəlsə, dünyanı hansı formada dəyişə bilər, ilk olaraq bildirmək istəyirəm ki, Allahın vədi mütləqdir. Allah bu barədə Qurchr("39")an-i Kərimdə buyuraraq, yer üzünün sahibi, salehlər olacağı barəsində mütləq şəkildə vəd edir. Şəksiz, şübhəsiz o mütləq Allahın izni ilə zühur edəcək. Dünyanı hansı formada dəyişə bilər sualına gəldikdə isə, qısaca olaraq bütün yaranmış məxluqatın Allahın ixtiyarında olmağına toxunaraq tamamlamaq istərdim.Yalnız Allahın qüdrət və hikməti ilə. Allahın iradəsi kifayət edər ki, bütün bəşəri imama tabe etsin. Çün, bütün məxluqatı yaradan da, həyat verən də, öldürən də yeganə olan Allahdır".

Belə görünür ki, bizim ümid etməkdən başqa çarəmiz qalmır. İnşallah, özünü imam adlandırıb, dələduzluq edənlər və onlara inanıb bütün var-dövlətini digər dünyada cənnəti "almaq" üçün xərcləyən cahillər bu kimi hadisələrdən dərs çıxarıb, eyni tələyə düşməzlər.

Röyalə Xəyal

Mənbə:
0
503
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar