“Zəngəzur dəhlizi bizə verilməsə, öhdəliklərimizdən imtina edəbilərik”

Sabiq nazir: “Laçın dəhlizini bağlayıb, Rusiya sülhməramlılarına alternativ marşrutlar vermək mümkündür”

Zəngəzur məsələsi münaqişədən sonrakı dövrdə müzakirə olunan ən ciddi məsələdir. Erməni tərəfi dəhlizin Azərbaycana verilməsindən imtina edir, Azərbaycan Prezidenti isə Zəngəzurun “tarixi Azərbaycan torpağı” olduğunu söyləyir.

Bütün bunlar sərhəddə sərt qarşıdurmalar və hətta atışmalarla nəticələnir. AYNA-nın mövzuya dair suallarını keçmiş xarici işləri naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.

- İndi Zəngəzur dəhlizi ətrafında müxtəlif söhbətlər gedir və biz də bu fonda Azərbaycan-Ermənistan sərhədində gərginlik görürük. Nə baş verir?

- Zəngəzur dəhlizi dedikdə fərqli insanlar fərqli şeylər nəzərdə tutur. Bu, ya kommunikasiyadır, ya eksterritorial kommunikasiyadır, ya da Azərbaycanın iddia etdiyi tarixi torpaqdır. Bu variantlara əsasən, biz məsələnin nə ilə əlaqəli olduğunu anlamalıyıq. Düşünürəm ki, hazırda Azərbaycan 10 noyabr bəyanatında əldə olunmuş razılaşmaların həyata keçirilməsini tələb edir. Ermənistan bu müqavilənin bütün bəndlərini yerinə yetirməkdən çəkinir.

- Ancaq ermənilər 10 noyabrdakı açıqlamada “dəhliz” sözünün olmadığını iddia edirlər. Bölgənin deblokdası və Azərbaycanın Naxçıvan və Türkiyə ilə əlaqələri üçün təhlükəsizlik zəmanətlərinin verilməsi barədə bir yanaşma var.

- Dəhlizin spesifik mənası var. Bu dəhliz xarici ərazi statusuna malikdir. Qarabağdakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan 5 il müddətinə Rusiya sülhməramlılarının nəzarəti altında olan eksterritorial bir dəhliz - Laçın dəhlizini verməyi boynuna götürdü. Bunun məntiqi davamı Ermənistan tərəfindən bənzər bir dəhlizin, lakin məhdudiyyətsiz bir şəkildə təmin edilməsi olmalıdır. Çünki 10 noyabr sazişinin 9-cu bəndini başqa cür şərh etmək mümkün deyil.

- Amma Ermənistan Rusiya FSB-sinin nəzarətində olacaq yollar verə bilər və bununla da məhdudlaşa bilər. Heç bir dəhliz verməsə, necə?

- Bütün suallar müzakirə edilir. Hazırkı vəziyyətdə bizə bir dəhliz verilmirsə, onda biz də öz öhdəliklərimizdən imtina edə bilərik. Eyni zamanda, Rusiya sülhməramlı qüvvələri orada 5 il qala bilər, lakin Zəngəzur dəhlizi üçün belə bir müddət yoxdur. Laçın dəhlizini də bağlaya bilərik və Rusiya sülhməramlılarına alternativ marşrutlar yolu verə bilərik. Bundan əlavə, Azərbaycan indi Ermənistana ərazi iddiaları irəli sürmür, ancaq humanitar hüquq normaları kontekstində məsələlər qaldırır. Zəngəzur 100 il əvvəl bolşeviklər tərəfindən qanunsuz olaraq Ermənistana verilib. Sonra orada etnik bir təmizləmə həyata keçirilib. İndi Azərbaycan bu insanların hüquqlarının bərpasını tələb edir. Nəzəri olaraq bu ərazilər aşağıdakı dəyişikliklə bərpa edilə bilər:

1) Bu ərazilərin Azərbaycana verilməsi. Təcrübənin göstərdiyi kimi, Ermənistan o dövrdə azərbaycanlı çoxluğun yaşayış hüququnu təmin edə bilmədi;

2) Tutaq ki, bundan imtina etdilər, amma sonra oradan qovulan bu şəxslərin hüquqlarının bərpasını düşünmələrini tələb edə bilərik. O zaman Ermənistan onlara müəyyən bir status verə bilər.

- Bu dəhlizlərin və bölgənin blokadadan çıxarılmasının Ermənistan üçün daha faydalı olduğunu düşünmürsüz ki?

- Ermənistanın Gürcüstan və İran üzərindən kommunikasiyası var idi. Tam hüquqlu bir blokadada deyildilər. Bəli, onlar üçün olduqca çətin idi, amma əslində indi çox şeyə nail ola bilərlər. Reallıq budur ki, Rusiya, Türkiyə, İran, Çin və Avropa İttifaqı kimi bir çox regional oyunçu bu cür kommunikasiyaların bərpasında maraqlıdır. Ermənistan bu oyunda heç bir rol oynamır. Xarici dəhliz böyük dövlətlərin marağındadır və Ermənistan uzun müddət müqavimət göstərə bilməyəcək. Bütün problem budur. Ermənistan bu təslim aktını yerinə yetirmək məcburiyyətindədir.

Anlamaq lazımdır ki, mövcud vəziyyət Azərbaycanın işğalçı üzərində hərbi qələbəsinin nəticəsidir. Ermənistan hələ təzminat da ödəyəcək, dəhlizləri də bərpa edəcək, 1989-cu ildə Ermənistandan qovulmuş insanların hüquqlarını təmin edəcək - hansıların ki, sayı 300 minə qədərdir. Ermənistan məğlub olan ölkə kimi bütün qanunlarla cavabdehlik daşıyacaq. Təcavüzkar cəzalandırılmalıdır və Rusiya da bunu başa düşür.

Mənbə:
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar