Zaqatala sakini: Fövqəladə Hallar Nazirliyi evimə ayrılan pulu mənə demir

"Ev rəhmətlik atamdan qalsa da, sonradan özüm xeyli əl gəzdirmişdim".

Mənbə: Meydan TV

"Öz evimə xərclənən pulu mənə demirlər”

E.Atayev deyir ki, özü də, vəkili də dəfələrlə FHN-nə sorğu göndərib, məktublar yazıb. Amma onun evinin tikintisinə xərclənən məbləğ barədə məlumat almaq cəhdləri uğursuz olub. Nazirlik bir neçə sorğuya ümumiyyətlə, cavab verməyib. Cavab verdiklərində də yazılıb ki, bu barədə məlumat məxfidir, daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz: "Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir, bu məsələdə şəffaflıq olmalıdır. İkincisi, öz evimin smetasını istəyirəm, başqasına aid məlumatı istəmirəm ki. Anlaya bilmirəm ki, öz evimə aid məlumatı niyə vermək istəmirlər? Hətta məxfi olsa belə, şəxsin özünə verilməlidir”.

Ev sahibinin fikrincə, məlumatın gizlədilməsi şübhələrə yol açır. Onun versiyalarından biri budur ki, ola bilsin, sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Bu üzdən rəqəmləri açıqlamaq istəmirlər.

"Təəssüf ki, Ombudsman səlahiyyətindən istifadə etmir”

FHN-dən müsbət cavab ala bilməyən E.Babayev yardım üçün Ombudsmana üz tutub: "Ombudsmanın səlahiyyəti var ki, informasiyanın verilməsini tələb etsin. Ona görə vəkilim vasitəsilə Ombudsmana məktub yazıb xahiş etdik ki, evimə xərclən pulun məbləği və podratçı təşkilat haqqında məlumatı almağıma yardımçı olsun. Amma bu cəhdimiz də hələ nəticəsiz qalıb. Təəssüf ki, Ombudsman bu cür məsələlərdə öz səlahiyyətindən istifadə etmir”.

Eldar Atayev

Mənbə: Meydan TV

Fövqəladə Hallar Komissiyasının sədri: "Tikintini nazirlik aparıb”

E.Atayev evinə aid məlumatları almaq üçün Zaqatala Rayon İcra Hakimiyyətinə də müraciət edib. Çünki icra başçısının birinci müavini həm də rayonda Fövqəladə Hallar Komissiyasının sədridir.

"Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur”, - icra başçısının birinci müavini, komissiyanın sədri Tofiq Əhmədovun imzasıyla E.Atayevə gələn cavab məktubunda belə yazılıb.

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu məsələlərlə FHN məşğul olduğundan onlarda məlumat yoxdur. FHN-dən isə münasibət öyrənmək mümkün olmayıb.

E.Atayev hazırda məhkəmədə sığorta şirkətilə çəkişir. Amma yaxın günlərdə FHN-nə qarşı da ayrıca iddia qaldırmaq niyyətindədir: "Belə çıxır ki, mənim evimi məndən gizli tikiblər...”.

"Anlaya bilmirəm ki, öz evimə aid məlumatı niyə vermək istəmirlər?"

Mənbə: Meydan TV

İcra Hakimiyyətinin cavab məktubu

Mənbə: Meydan TV

Mənbə:
0
940
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar