Yunanıstan və Rumıniyada təbii fəlakətlər

Y unanıstanda meşə yanğınları tüğyan edir. Alo­vun gücü 10 kilometr sahəni əhatə edir. Təhlükəli ərazidən 6 kəndin sakinləri evakuasiya edilib.

Yanğınla mübarizəyə 200 nəfər yanğınsöndürən, 50 ədəd xüsusi avtomobil, 17 təyyarə və bir neçə vertolyot səfərbər edilib.

Lakin güclü külək və ərazi relyefinin mürəkkəbliyi yanğını söndürməyə mane olur.

Rumıniyanın şimal-şərqinə yağan güclü yağış­lar nəticəsində yerli çaylar daşıb və güclü daşqına səbəb olub. Bir neçə yaşa­yış məntəqəsi və minə yaxın fermer təsərrüfatı suyun altında qalıb.

Hadisə yerində xilasedicilər çalışırlar.

Mənbə:
0
589
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar