Yolçu Xanvəli vəfat etdi

Tanınmış jurnalist Yolçu Xanvəli vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun oğlu Heydər Həsənli məlumat verib. Onun sözlərinə görə, jurnalist bu gün 58 yaşında dünyasını dəyişib.

Məlumata görə, Y.Xanvəli bir neçə gün əvvəl infarkt keçirmiş, 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunurdu.

Qeyd edək ki, Y.Xanvəli 1963-cü ildə anadan olub. Jurnalist “Respublika” qəzetinin redaktor müavini, Dövlət Baytarlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb. Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin Mətbuatla əlaqələr şöbəsində məsul vəzifə tutub.

Mənbə:
0
86
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar