İki qardaş ölkə – Türkiyə və Azərbaycan ordularının 2023-cü ilin ilk birgə hərbi təlimləri keçirildi. Qarsda keçirilən “Qış təlimi-2023” təlimdə Azərbaycan və Türkiyə hərbçiləri bira daha regionda təhlükəsizliyi birgə səylərlə təmin etməyə hazır olduqlarını nümayiş etdirdilər.

Yenicag.az xəbər verir ki, təlimlərdən sonra Azərbaycan Televiziyasına (AzTV) müsahibə verən Azərbaycanın müdafiə naziri Zakir Həsənov “Qış təlimləri-2023”ün Türkiyə ilə hərbi əməkdaşlığın dərinləşdirilməsi üçün açdığı perpsektivlərdən danışıb.

Z.Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla nələri müzakirə etdiyini də açıqlayıb.

Müsahibəni təqdim edirik:

Zaqatalada sakinlər qışı çətinliklə keçirir.

Rayonun Çobankol və Gözbarax kəndlərində qaz yoxdur.

Kənd sakinləri odun alaraq qışı keçirirlər.

Daha ətraflı süjetdə:

Konqo Demokratik Respublikasında BMT-nin helikopterinə hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, hadisədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıb. Onların hər ikisi əlindən bıçaq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bıçaqlanma hadisəsinin təfərrüatları da məlum olub. Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə Mustafayeva ilə mübahisə edib. Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırma aparılır.

2022-ci il üzrə evli qadınlar arasında “Dünya gözəli” yarışmasının qalibi bəlli olub.

Yenicag.az xəbər verir ki, Rusiya Federasiyasının Udmurtiya Respublikasında yaşayan Elena Maksimova “Dünya gözəli” seçilib.

Belə ki, Bolqarıstanda keçirilən müsabiqənin 120 ölkəni təmsil edən iştirakçıları arasında qalib 34 yaşlı E.Maksimova olub./Yenisabah.az/

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə bildirib.

“Bu gün, qardaş Türkiyə Respublikasının xarici işlər naziri dostum və həmkarım Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı 55 yaşının tamam olması münasibətilə onu ürəkdən təbrik etdim. Əziz qardaşıma yeni yaşında möhkəm cansağlığı, fəaliyyətində davamlı uğurlar arzuladım”, – C. Bayramov qeyd edib.

Gürcüstan Rusiya ilə aviaəlaqəni bərpa edərsə, Avropa Birliyi Tiflisə sanksiya tətbiq edəcək.

Yenicag.az xəbər verir ki, bunu AB-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin mətbuat katibi Peter Stano deyib.

“Rusiya ilə Gürcüstan arasında avia əlaqənin mümkün bərpası ilə bağlı son müzakirələrdən xəbərdarıq. Avropa Birliyi Gürcüstanı Rusiyanın aviasiya sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağa və sanksiyalardan yayınma cəhdlərinə qarşı ayıq olmağa çağırır”, – Stano bildirib.

ABŞ-nin Nyu-Hempşir ştatında həftə sonu ABŞ tarixində ən soyuq temperatur qeydə alınıb.

Meteoroloqlar qeyd ediblər ki, Vaşinqton dağının zirvəsində termometr göstəriciləri -42 dərəcə göstərib.

NASA-nın məlumatına görə, zirvədəki mənzərə az qala Marsdakı kimi olub.

Meteoroloqlar turistləri dağlarda gəzintidən çəkinməyə çağırıb və xəbərdarlıq ediblər ki, belə şaxta bir dəqiqədən az müddətdə açıq dəridə donmaya səbəb olacaq./Oxu.az/

“Həmkarlarımızla birgə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış əməkdaşlarını ziyarət etdik”.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov “Twitter”-də paylaşım edib.

Həmkarlarımızla birgə #Azərbaycan Respublikasının #İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumunun qarşısının alınması zamanı yaralanmış @AzEmbIran əməkdaşlarını ziyarət etdik. Qəhrəmanlarımıza tezliklə şəfa və möhkəm cansağlığı arzu edirik! pic.twitter.com/hB3Bbrt8E5

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) February 5, 2023

Yeni doğulan körpənin asfaltın üstünə atılması ilə bağlı yanvarın 30-da Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsilə Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, keçirilmiş istintaq tədbirləri ilə üzərindəki barkodlar əsasında həmin torbaların Abşeron rayon sakini Rasim Qasımova məxsus olması, ekspertizalar nəticəsində isə mərhumun valideynlərinin Rasim Qasımov və Cəmilə Qasımova (ad və soyadlar şərtidir) olması müəyyən edilib.

Cəmilə Qasımova yanvarın 31-də şübhəli şəxs qismində tanınıb, ailə vəziyyəti və 4 azyaşlı uşağının olması nəzərə alınmaqla cəmiyyətdən tam təcrid edilməyərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN “Twitter”də paylaşım edib.

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – paylaşımda deyilir.

Qardaş #Türkiyə|nin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik.

Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.🇦🇿🇹🇷 pic.twitter.com/dPmqhk3Gnr

— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 5, 2023

Məşhur Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırmaçı mütəxəssis Əli Şamil məlumat verib.

Onun sözlərinə görə, şairin ötən il bərpa olunmuş məzarı yenidən dağıdılıb./kult.az/

Yanvarın 18-nə keçən gecə Abşeron rayonu Masazır qəsəbəsində küçəyə atılan yenidoğulmuş körpənin anası tutulub.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yenidoğulmuş körpəni küçəyə atan şəxsin 1999-cu il təvəllüdlü T.Əkbərova olması müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, yenidoğulmuş uşaq ölü halda asfaltın üstündə tapılmışdı./Qafqazinfo/

Müharibədən əvvəl Putin məni əmin etmişdi ki, Vladimir Zelenskini aradan götürməyəcək.

Yenicag.az xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennett deyib.

Onun sözlərinə görə, Rusiyanın hücumundan sonra Zelenski ondan Putinlə əlaqə saxlamağı xahiş edib. Bundan sonra Bennett tərəflər arasında vasitəçi olmağı üzərinə götürüb.

“Mən Putindən soruşdum: “İstəyirəm söz verəsiz ki, Zelenskini öldürməyəcəksiz”. O da mənə Zelenskiyə toxunmayacağına söz verdi”, – Bennett bildirib./Axar.az

Bu gün Xorvatiyada keçirilən “Zaqreb Open” turniri başa çatacaq.

Yenicag.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha 10 yunan-Roma güləşçisi mübarizə aparacaq.

1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli (60 kq) litvalı Custas Petraviçyusla qarşılaşacaq. Bu cütün qalibi növbəti raundda digər təmsilçimiz Murad Məmmədovun rəqibi olacaq.

Ülvü Qənizadə (70 kq) 1/16 finalda çexiyalı Yiri Kapeklə üz-üzə gələcək. Bu cütün güclüsü 1/8 finalda Mateuş Bernateklə (Polşa) güləşəcək.

Tuncay Vəzirzadə (82) 1/8 finalda İran təmsilçisi Peyman Postamla qarşılaşacaq.

97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan) qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda Gerard Kurniçzak (Polşa) – Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.

130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/16 finalda italiyalı Danila Sotnikovla üz-üzə gələcək. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş Vitek (Macarıstan) – Linze Menq (Çin) cütünün qalibini gözləyir.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.

Bakıda dəm qazından zəhərlənən iki azyaşlı xilas edilib.

Yenicag.az xəbər verir ki, “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində mənzildə vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus mənzildə iki nəfər azyaşlı bağlı qapı arxasında qalıb və heç bir çağırışlara cavab vermirlər.

Xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlardan istifadə etməklə giriş qapısı açılaraq mənzilə daxil olunub. Mənzilə baxış keçirilərkən iki azyaşlının huşsuz vəziyyətdə köməyə ehtiyacının yaranması müəyyən edilib.

Xilasedicilər tərəfindən dərhal ilkin yardım göstərilərək azyaşlılar həyati təhlükəli vəziyyətdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

İlkin ehtimala görə hadisəyə səbəb dəm qazı zəhərlənməsi olub.

Çinin mərkəzindəki Hunan əyalətində magistral yolda 49 avtomobilin toqquşması nəticəsində azı 16 nəfər ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Şənbə günü axşam 10 dəqiqə ərzində bir-biri ilə bağlı olan bir neçə yol qəzası baş verdi.

Qəzaların birində yeddi nəfər, digər üç qəzada doqquz nəfər ölüb. Hadisə zamanı bir neçə avtomobil yanıb. Eyni zamanda 66 nəfər yaralanıb.

Qəzanın baş verdiyi ərazidə nəqliyyatın hərəkəti bərpa edilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır./Report/

“Neftçi”nin futbolçusu Rəhman Hacıyev yenidən zədələnib.

Yenicag.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziya kanalına açıqlaması zamanı deyib.

O bildirib ki, sol baldır əzələsindəki zədəsini sağaldaraq fərdi məşqlərə başlayan 30 yaşlı yarımmüdafiəçinin məşq zamanı sağ baldır əzələsində dartılma əmələ gəlib. Hacıyevin təxminən 2-3 gündən sonra individual hərəkətlərə başlaması planlaşdırılır.

“Neftçi”nin digər zədəli futbolçuları Eddi İsrafilov və Fərid Yusifli fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi məşqlərini davam etdirirlər.

Bakıda 2024-cü il “istehsalı olan” məhsulun satışı həyata keçirilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı tanınmış alim Zaur Əliyev paylaşım edib.

O bildirib ki, “Murad Aqro”nun “İslami kəsim toyuqları” məhsulunun üzərində istehsal tarixi 04.01.24, son istehlak tarixi isə 01.07.24-cü il göstərilib.

Alim bu məhsulların “Araz” supermarketlər şəbəkəsində satışa çıxarıldığını da bildirib.