Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev Dövlətimizdən milyonları oğurlayır.

Bu barədə KanalS.az-a şikayətçi Asim Əliyev məlumat verib.

Şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə (şəxsən özünə)

Surəti: Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasına
– Cənab Samir Nuriyevə
– Cənab Fuad Ələsgərova
– Cənab Gündüz Kərimova
-Cənab Vilayət Eyvazova
– Cənab Əli Nağıyevə
– Cənab Adil Əliyevə
– Xanım Əminə Ağazadəyə
– Cənab Elşad Mirbəşir oğluna
– Cənab Arzu Nağıyevə
– Cənab Səfa Mirzəyevə
– Cənab Fərhad Abdullayevə
– Cənab Fikrət Məmmədova
– Cənab Kamran Əliyevə
– Cənab Ramiz Rzayevə
– Cənab Anar Bağırova
– Cənab Ramin Vəlizadəyə

Surəti: Melioraiya və Su Təsərrüfatı ASC-nin sədri Cənab Zaur Mikayılova

Surəti: Azərbaycan Respublikasında fəaliyyət göstərən

Kütləvi İnformasiya Vasitələrinə
Şikayətçi: Asim Əvəz oğlu Əliyev

Ünvan : Saatlı rayon Mollavaizli kəndi
Mobil : (055) 393 94 13
E-mail : [email protected]

ŞİKAYƏT ƏRİZƏSİ

Xahiş edirəm ki, bu məktubumu Cənab Prezident İlham Əliyevə şəxsən çatdırasınız. Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiyasının da bütün üzvlərinə bu məktubumun çatdırılmasını xahiş edirəm.

Cənab Prezidentimizin dostları olan
Jurnalistlərin hər birindən xahiş edirəm ki, yazmış olduğum bu şikayət ərizəsinin
Cənab Prezidentimizə çatması üçün xəbər saytlarında işıqlandırsınlar.

Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevin dövlətin büdcəsini necə talan etməsi və milyonları mənimsəməsi barədə bir daha sizə məlumat vermək istəyirəm. Nəzərinizə çatdırım ki, mən əvvəllər nə o idarədə işləmişəm nə
də Tahir Rzayevlə şəxsi ədavətim qətiyyən yoxdur. Sadəcə bu ölkənin bir vətəndaşı olaraq və Cənab Prezidentimizin ictimai nəzarətin gücləndirilməsi çağırışlarına qoşularaq bildirirəm ki, Saatlı Suvarma Sistemləri İdarəsində özbaşınalıqlar baş alıb gedir və idarənin rəisi Tahir Rzayev bu dövlətin
milyonlarını talan edir. Meliorasiya və Su Təsərrüfatı ASC-yə şikayət məktubları
yazsam da qaynar xəttə zəng etsəm də heç bir əhəmiyyəti yoxdur, çünkü Tahir Rzayevin arxasında duran da birbaşa özləridir. Əlimdə kifayət qədər çəkilişlər də var. Xəbər saytlarından xahiş edirəm gəlib məndən müsahibə götürsünlər.

Saatlı Suvarma Sistemləri İdarəsinin balansında 1373,3 km suvarma kanalı var. Belə ki, rayonda iriqasiya işlərinin görülməsinin sifarişçisi olan Suvarma Sistemləri idarəsi podratçı olan Melioservis idarəsinin adına il boyu saxta forma 2 yazdırır. Yəni idarə müdiri Tahir Rzayev sənəddə adı olan özü olmayan işlərə görə
il boyu podratçı olan Melioservis idarəsinə yüz min manatlarla vəsait köçürür və sonradan həmin vəsait nəqdləşdirilərək bölüşdürülür. Əgər yazdıqlarım həqiqət deyilsə o zaman Saatlı rayonunun ən əsas suvarma kanalı olan Sabir kanalından çəkilmiş foto görüntülərə diqqətlə baxın. Şəkillərə baxan zaman açıq-aşkar görünür ki, bu kanal illərdir ki, nə təmizlənir nə də qazıntı işləri aparılır, lakin sənədlərdə
guya təmizləyib qazdıqlarını yazıb yüz minlərlə manatı mənimsəyirlər. Nəyə görə Meliorasiya və Su Təsərrüfatı ASC-dən ekspertlər gəlib sənədlərdə yazılan işləri araşdırmır? Bilirsiz nə qədər kollektorlar və drenlər var ki, 10 illərdir qazılıb təmizlənmir? Saatlı Suvarma Sistemləri İdarəsi 2020-ci ildə ümumi məbləği 667 min 644
manat olan 5 tender müsabiqəsi keçirib. Ən böyük tenderlərin qalibi “UZAY” MMC olmuşdur (422 min 356 manat). Əgər ciddi olaraq yoxlama aparılarsa bu tender “oyunu” nəticəsində idarə rəisi Tahir Rzayevin dövlət büdcəsinə nə qədər
ziyan vurduğunu aşkarlamaq olar. Bütün bunları mən vətəndaş olaraq araşdırıb tapa bilmərəm lakin lazımi qurumlar istəsə bir gün ərzində Tahir Rzayevin bütün çirkin əməllərin ifşa edər. Hər şey göz önündədir və bütün bunları Saatlı rayon İcra Hakimiyyətinə də göndərmişəm hələ ki, xəbər yoxdur. Hələ neçə illər bundan öncə Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən
Hüsü Hacıyev adına Bəhramtəpə-Sabirabad su kanalının Saatlı rayonunun Bəylik, Mustafabəyli və Qıraqlı kəndləri ərazisindən keçən hissəsinin 4 kilometr sahəsində təmizləmə işlərinin aparıldığı zaman bəlli olub ki, təmizləmə işlərinin aparılmasına dair qanunvericiliyə uyğun qaydada tələb olunan layihə sənədlərinin və dövlət ekoloji ekspertiza rəyi yoxdur. Nazirliyin əməkdaşlarının əraziyə keçirdikləri baxış
zamanı kanalın qeyri-qanuni təmizlənməsi nəticəsində 97 ədəd müxtəlif cinsli və diametrli ağac və kolların çıxarılaraq məhv edildiyi aşkar olunub. Azərbaycan Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli “Azərbaycan
Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Qərarının tələbini pozduğuna və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 92.3.3-cü maddəsinə əsasən inzibati xəta törətdiyinə görə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin
rəisi Tahir Rzayev qanunvericiliyə uyğun olaraq inzibati qaydada 582 min manat məbləğində cərimə olunub. Bu sevindirici bir haldır ki, Dövlətimizin gözündən heçnə yayına bilməz. Lakin belə bir sual yaranır ki, Tahir Rzayev bu 582.000 manat cəriməni necə ödədi? Təbii ki, dövlətin büdcəsindən talan etdiyi milyonların
hesabına. Elə bilin dövlətin sağ cibindən oğurlayıb qoyur sol cibinə. Deməli mən şikayətlərimi davam etdirdikcə əsəbiləşən idarə müdiri Tahir Rzayev başladı plan cızmağa ki, Meliorasiya və Su Təsərrfatı ASC ilə razılığa
gəlib bir neçə tanışı olan idarə müdürləri ilə yığılıb məni şərləyərək həbs etdirsinlər. İnanıram ki, Tahir Rzayev bunu edə bilərdi nədə olmasa milyonları var, lakin mən yaxın dostlarımdan bu xəbəri eşidib hüquq-mühafizə orqanlarına məktub yazdıqdan sonra Tahir Rzayevin bu arzusu da ürəyində qaldı. Lakin hələ də Tahir
Rzayev və onun adamları məni şərləmək üçün planlar qurur. Əgər mənim başıma hər hansısa hadisə gələrsə bunun səbəbkarı Tahir Rzayevdir.
Saatlı Suvarma Sistemləri İdarəsinin texnikaları hərəsi bir tərəfdə fəaliyyət göstərir. Elə bil ki, bu texnikalar Tahir Rzayevin baba malıdır. Bu texnikaların ikisinin çəkilişi (49AB100 və 49AC1130) məndə var ki, texnikaların camaatın
həyətində torpaq daşımasını və yaymasını sübut edir. Digər texnikalar isə Tahir Rzayevin qohumuna məxsus araz çayının kənarında olan qum karierində fəaliyyət göstərir. Gəlib yoxlasınlar görək bu karierdən bələdiyyə nə qədər mədən vergisi alıb? Vətəndaş olaraq mənim araşdırmam budursa görün hüquq-mühafizə orqanları istəsə nələr araşdırıb tapar?! Gec-tez Tahir Rzayev həbsdə olan rüşvətxor icra
başçılarının yanına getməlidir. Bütün bunlara göz yummaq Dövlətə xəyanətdir. Ona görə də xahiş edirəm Saatlı Suvarma Sistemləri İdarəsində ciddi yoxlamalar başlanılsın.
Digər ən mühüm məsələlərdən biri isə Saatlı Suvarma Sistemləri İdarəsinin işçiləri hərəsi bir yerdə öz kefindədir. Su Nizamlayıcı qurğuların rəsmlərinə diqqətlə baxın, sizə bu qurğuya nəzarət edən şəxs hardadır? Mənim bildiyimə görə moykada işləyir və maaş kartında alıb qoyub cibinə. İşsiz adam çoxdur Saatlıda və
Tahir Rzayev elə adamların adını işə yazıb ki, bunun gəlib araşdıran olsa nələr ortaya çıxacaq bir Allah bilir bir də Tahir Rzayev. Texnikaları verib işçilərə ki, ged işlə qazan maaş kartınıda alıb qoyub cibinə. Dövlətin texnikaların icarəyə verib. Necə də ağlamalı bir vəziyyətdir ki, elə kanallar lil və qumdan dolub, drenlər və
kollektorlar qazılıb təmizlənmir lakin texnikalar icarədə və orda-burda Tahir Rzayev üçün qulluq edir. Məsələ orasındadır ki, bu adam həm milyonlarına həm də arxasında duran Meliorasiya və Su Təsərrüfatı ASC-nin hansısa rəhbər şəxsinə güvənir.

Mənim göndərdiyim rəsmlər diqqətlə incələnsə həm təmzilənməmiş və qazılmamış Saatlının ən mühüm Sabir kanalını görmək olar həm də kanal
üzərindəki baxımsız qalan sadəcə rənglənərək göz aldadan, qarşısı balaxanı zibilliyinə oxşayan qurğuları görmək olar. Nədənsə bütün bunları görən təkcə mənəm, Meliorasiya və Su Təsərrüfatı ASC bunları görmür.

Bir daha xəbər portallarının rəhbərlərindən və Cənab Prezidentimizin dostları Jurnalistlərdən xahiş edirəm bu məsələni gündəmə gətirsinlər. Təşəkkür edirəm ki, artıq 3 xəbər saytı bu barədə mənim məqaləmi dərc ediblər. Mənim məqsədim sadəcə olaraq həqiqətlərin ortaya çıxmasından ibarətdir. Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev dəfələrlə müxtəlif şəxslərin vasitəsi ilə məni görüşmək üçün dəvət edib lakin mən getməmişəm. Mənə onların təklif edəcəyi nəsə lazım deyil! Mən haqq-ədalətin bərpa olunmasını və Tahir Rzayevin fəaliyyətinin ciddi olaraq araşdırılmasını istəyirəm. Nəyə görə Tahir Rzayev bu Dövlətin milyonların oğurlamalıdır və buna göz yumulmalıdır? Ən əsası mən
Saatlı rayon İcra Hakimiyyətindən xahiş edirəm ki, bu məsələni ciddi olaraq araşdırsınlar. Cənab Prezidentimizin keçən il təyin etdiyi Elmir Bağırov hər bilir ki, tam şəffaf işləyir və rüşvətin əleyhinədir. Bu məsələni İcra Hakimiyyətinə
dəfələrlə yazmışam və bilirəm ki, cənab başçı Elmir Bağırovun ətrafındakılar həqiqətləri ondan gizlədir və bu cür hallara görə də Tahir Rzayev barəsində hələ ki, tədbir görən yoxdur.

Ulu Öndər Heydər Əliyev söyləyib ki: “Dövlət iki şeydən sarsıla bilər, günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə!”

Mən diqqətini Ulu Öndərimizin bu dahi kəlamına çəkmək istəyirəm. Ulu Öndər Heydər Əliyev söyləyir ki, günahkar cəzasız qalanda Dövlət sarsıla bilər! Mən isə Tahir Rzayevin günahkar olmasını bacardığım qədər sübut edirəm lakin siz də bilirsiniz ki, mən hüquq-mühafizə orqanlarının apardığı araşdırmanı heç cür apara
bilmərəm, mənim bacardığım budur. Vətəndaş olaraq daha çox araşdırma aparmaq üçün İnformasiya əldə etmək haqqında Qanuna əsasən 01.10.2021-ci ildə Saatlı
Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayevə informasiya sorğusu ünvanlasam da bu günə kimi mənə heç bir rəsmi cavab gəlməmişdir. Əslində Qanuna uyğun olaraq 7 iş günü ərzində sorğuma cavab verilməli idi, lakin Tahir Rzayev Azərbaycan Respublikasının Qanunlarına qarşı da hörmətsizlik edərək,
mənim hüquqlarımı pozmuş və bütün qanunsuz işlərinin ortaya çıxacağından qorxaraq mənim sorğuma cavab verməkdən yayınmışdır.

Axı Ulu Öndər Heydər Əliyev söyləyib ki: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.

Lakin Tahir Rzayev kimi məmurlar Ulu Öndərin sözlərinin əksinə olaraq nəinki bu sərvətdən səmərəli istifadə etmir əksinə olaraq Dövlətin büdcəsinə ziyan vurmaqla məşğuldur. Kanalların qazılmamasından, texnikaların qanunsuz
işləməsindən, işçilərdən və bir çox hallardan yuxarıda yazdım və xahiş edirəm ki, bütün bu kimi hallar ciddi olaraq arşdırılsın və Tahir Rzayevin etdiyi qanunsuz hərəkətlərə son qoyularaq ona cinayət işi açılsın. Bir daha bütün jurnalistlərdən xahiş edirəm yazdıqlarımı işıqlandırsınlar və məndən müsahibə götürsünlər.

Aparıcı Çinarə Əliyeva İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.

OLAY yazır ki, o, fikirləri ilə diqqət çəkib.

Aparıcı “Evli insanla olan münasibətlərə fikriniz” sualına “Nə yalan deyim, pis baxmıram, amma, bilin ki, sizin deyil”, - deyə, cavab verib.

Qeyd edək ki, Ç.Əliyeva Lider və ARB TV-də çalışıb. O, hazırda xına məclislərində aparıcılıq edir. Həmçinin, aparıcının restoranı da fəaliyyət göstərir.

Ölkəmizdə koronavirusa yoluxma halları ilə bərabər uşaqlar arasında yayılan digər respirator infeksiyalar narahatlıq doğurur. Yay aylarında artıq həkimlər xəbərdar etmişdilər ki, payızda koronavirusla digər infeksiyalar bir-birinə qarışacaq. Hazırda verilən bu proqnozlar özünü doğruldur. İnsanlar bilmir, koronavirusa, yoxsa adi mövsümi qripə yoluxublar. Məktəblərdə isə vəziyyət gərginləşib. Uşaqların əksəriyyəti dərsdə iştirak edə bilmir. Valideynlər uşaqların qızdırma, ishal, boğaz ağrısı kimi əlamətlərinin olmasından şikayət edirlər.

Baş pediatr Erkin Rəhimov da açıqlamasında deyib ki, uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. O qeyd edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir. E. Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

Qeyd edək ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib. Universitetdən bildirilib ki, yoluxma halı fizika və riyaziyyat fakültələrinin tələbələri arasında baş verib.

Bizimlə söhbətdə infeksionist Nicat Əzimli son günlər insanları narahat edən məqamlara aydınlıq gətirib: “Doğrudur ki, son zamanlar müraciətlər arasında qeyri-COVİD halları ilə qarşılaşırıq. Bunlar arasında bəzən qrip, bəzən digər yuxarı tənəffüs yolu xəstəlikləri olur. Hansı ki, simptomlar COVİD-in başlanğıc simptomları ilə oxşarlıq təşkil edir. Nəzərə alsaq ki, payız mövsümündəyik və bütün müəssisələr açıqdır, insanlar arasında sıx kontakt var, bu infeksiyaların ortaya çıxması təbii haldır. Belə olan halda, həkim infeksionist tərəfindən xəstəliklərin differensial diaqnostikası aparılır və hər xəstəliyin özünə spesifik müalicəsi təyin olunur”.

İnfeksionist onu da əlavə edib ki, vaksinasiya yaşının aşağı endirilməsi bir çox ölkələrdə sınaqdan keçirilib: “Artıq bu, nəzəriyyədə yox, praktik olaraq qəbul olunmuş profilaktik addımdır. Lakin bilirik ki, uşaqlar xəstəlikdə ağırlaşma ehtimalı ən aşağı olan yaş qrupunu təşkil edir. Burada əsas məqsəd uşaqlar arasında ağırlaşmaların qarşısını almaq deyil, onlar arasında yoluxma saylarını azaldaraq, təhsil müəssisələrinin açıq qalmasını təmin etməkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib: “Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəri olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər. Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Digər tərəfdən, “Delta” ştammının fəsadları vaksinin qüvvətləndirici üçüncü dozasını da aktullaşdırıb. Dünyada müşahidə olunan tendensiyalar COVİD-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Mütəxəssislər hesab edir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalı risklidir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVİD-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nevroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Tədqiqatlara görə, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə 3-cü peyvənd dozası - buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək: “Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür. Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”.

Komitə sədri dekabr ayınadək əhalinin peyvəndlənməsinin 80%-ə çatacağını, yoluxmanın yanvar ayından sonra aşağı enəcəyini təxmin edir: “Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidir. Çox təəssüf ki, əksər məktəblər buna əməl etmir, uşaqlar xüsusilə tənəffüslərdə maskasız gəzirlər. Ən əsas məsələ odur ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur. Mən düşünürəm ki, bu problem yanvar ayına qədər davam edəcək. Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər əhalimizin 80%-dən çoxunu vaksinləşdirəcəyik. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır. Təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl etsinlər”. //musavat.com//

Bakının keçmiş “Sovetski” məhəlləsində aparılan yenidənqurma işləri çərçivəsində köhnə binalar, evlər vətəndaşlardan alınaraq sökülüb. Artıq ərazidə gözoxşayan tikililər ucaldılıb, parklar salınıb. Bununla belə, evləri sökülənlərin narazılıqları hələ də eşidilməkdədir.

Narazı “Sovetski” sakinlərindən biri də yəhudi əsilli Azərbaycan vətəndaşı Anara Baazovadır. Söküntü işlərinə qədər onun Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ünvanda 2 mərtəbəli evi olub. Lakin söküntü işləri aparıldığı zaman Anara Baazova Azərbaycanda deyil, İsraildə olub.

“Mən Azərbaycan Respublikasında olmadığım zaman evim dövlət ehtiyacları üçün sökülməyə məruz qalıb. Ev əşyalarım belə məhv edilib! Söküntüyə faktiki nəzarət edən orqan Maliyyə Nazirliyinin hazırkı Aparat rəhbəri Cavanşir Yusifov olub. Təəssüf ki, mənə 2018-ci ilin sonundan bu günə qədər kompensasiyam ödənilmir. Maliyyə Nazirliyindən şikayətimə cavab verilir ki, 2014-cü ilin mart ayından 2019-cu ilin sonuna kimi 6300-dən çox yaşayış sahələrinin sahiblərinə aid olan yaşayış sahələrinə dair tərtib edilmiş ümumi ”İnventarlaşma" siyahısında mənə məxsus olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev olmayıb. Dəfələrlə Maliyyə Nazirliyinin Aparat rəhbərinə və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə ədalətli araşdırma aparılması məqsədilə bir yerdə qeyd etdikləri “İnventarlaşma” siyahısına baxış keçirilməsini təklif etmişəm. Lakin mənə cavab verən belə yoxdur. Əminəm ki, qeyd etdikləri “İnventarlaşma” siyahısına baxış keçirildikdən sonra mənim haqlı olduğum məlum olacaq və evimin kompensasiyası ödəniləcəkdir" - Anara Baazova belə deyir. Qeyd edir ki, şikayətlərinə ilk vaxtlar Cavanşir Yusifov və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları kompensasiyanın ödəniləcəyi barədə vəd versələr də, sonradan guya evinin olmamasını (?!) səbəb göstərməklə kompensasiya ödəməkdən imtina etdilər: "Halbuki, evimin olduğu əraziyə baxan 64 saylı MKİS-in mənə təqdim etdiyi 2 ədəd arayışda qeyd olunan ünvanda evimin olmasını təsdiq edib. Sonradan MKİS-ə edilən təzyiqlər nəticəsində ərazidə evimin olmasını inkar etdi. İş o yerə çatıb ki, 2 vəkil və 2 nümayəndəm bu yoldaşlarla bacara bilmir. Azərbaycan məhkəməsi belə bu yoldaşların qarşısında acizdir".

Zərərçəkən “Sovetski” sakini deyir ki, məhkəmə Cavanşir Yusifova sorğu verib ki, “İnventarlaşma” siyahısını təqdim etsin. Lakin həmin sorğu da cavabsız qalıb.

Anara Baazova qeyd edir ki, “Azərişıq” ASC-yə söküntüyə qədər evində quraşdırılan sayğacla bağlı da sorğu verilib. Həmin sorğuya verilən cavabda qeyd olunur ki, 23.09.2004-cü il tarixdə ünvanımda sayğac olub: “Hətta sayğacın 2011-ci il tarixdə bir dəfə yeniləndiyi də sorğuya cavabda bildirilir. Sayğac 10.11.2018-ci il tarixdə akt əsasında ”Azərişıq" ASC-yə təhvil verilib. Təhvil verilmə əsası kimi söküntü işləri göstərilir. 30.11.2018-ci il tarixdə ASC-nin reyestrində müvafiq qeyd aparılıb. Maliyyə Nazirliyinə təqdim etdiyim “Azərişıq” ASC-nin 2004-cü ildən 2018-ci ilə qədər sayğacımda olan ödəniş dövriyyəsi, sayğacın evin söküntüsü nəticəsində 2018-ci il tarixdə təhvil verilməsini təsdiq edən reyestr çıxarışı və digər ASC-yə aid olan sənədləri redaksiyanıza da verirəm. Sizə təqdim etdiyim “Azərişıq” ASC-nin sayğac dövriyyəsindən və sayğacın təhvil verilməsi reyestrindən də göründüyü kimi, 2018-ci ilin sonunda sayğac təhvil verilib. Əgər ev mövcud olmayıbsa, işıq sayğacı harada quraşdırılıb? İşıq sərfiyyatı üzrə ödənişlər niyə qəbul edilib? Sayğacın evimdən çıxarılaraq “Azərişıq” ASC-yə təhvil verilməsinə əsas kimi evin sökülməsi niyə göstərilib?

İş o yerə çatıb ki, artıq Maliyyə Nazirliyinin email ünvanları mənim email ünvanımı blok ediblər. Heç yazdığımı da qəbul eləmirlər. Vətəndaş olaraq dövlət orqanına müraciət etmək hüququm da pozulur. Mənə açıq-aşkar bildirilir ki, müsəlman məhəlləsində necə ola bilər ki, yəhudinin evi olsun?!

Bu ayrı-seçkiliyi mənə qarşı edirlər və bu özbaşınalıq illərdir ki, davam etməkdədir. Mənim Cavanşir Yusifova ünvanladığım suallar bu günə qədər cavabsız qalıbdır.

Suallar aşağıdakılarldır;

Hörmətli Cavanşir Yusifov, tərəfinizdən verilmiş cavablarda açıq-aşkar qeyd edirsiniz ki, mənə məxsus olmuş Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev “İnventarlaşma” siyahısında aşkar edilməyib və “İnventarlaşma” işləri 2014-cü ilin mart ayından aparılıb. Dağ Yəhudiləri Fondunun sədrinə bildirmisiniz ki, sizdə “İnventarlaşma” siyahısı, yoxdur.

Qeyd etdiyiniz “İnventarlaşma” siyahısı, ümumiyyətlə, varmı?

Belə bir siyahı varsa, məhkəməyə və Dağ Yəhudiləri Fonduna təqdim etməkdən niyə yayınırsız?

Əgər qeyd etdiyiniz “İnventarlaşma” siyahısı yoxdursa, hansı səbəbdən cavab məktublarınızda olmayan bir siyahıya istinad edirsiz?

Əgər Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev olmayıbsa, məhkəmə, MKİS, kommunal idarələr mənim evimin mövcudluğunu təsdiq edən sənədləri haradan veriblər?

Əgər ev yox idisə, necə olub ki, 2004-cü ildən 2018-ci ilə qədər elektirik enerjisi üçün ödənişlər edilib?

Ətraf qonşularım evdə yaşayıb, mən isə yəhudi əsilli olduğum üçün palatkada yaşamışam?

Əgər ev olmayıbsa və Siz özünüzü haqlı sayırsınızsa, nəyə görə dönə-dönə istinad etdiyiniz “İnventarlaşma” siyahılarına bir yerdə baxış keçirməyə dair təkliflərə cavab vermirsiniz?

Nəyə görə Azərbaycan vətəndaşları arasında dini etiqada istinad etməklə ayrı-seçkiliyə yol verirsiniz?

Nəyə görə kompensasiyanın ödənilməsinə danışıqlar zamanı etiraz etmədiyinizi qeyd etdiyiniz halda, müvafiq qurumlara ödəməmək barədə göstərişlər verirsiniz?"

Məsələ ilə bağlı Maliyyə Nazirliyi rəsmilərinin də mövqeyini dinləməyə hazırıq.
“Yeni Müsavat”

Məhəmməd Peyğəmbər ( səs ) buyururdu: “ Biz yediklərimizin cəmiyik “.
Yəni yediklərimiz sağlam, təmiz məhsuldursa, orqanizma da sağ olacaq. Əks təqdirdə xəstəliklər baş alıb gedəcək.
Bəli, Azərbaycan xalqı yüz illər boyu ən çox öz məhsulları ilə qidalanıb, yəni bizim milli mətbəximizdə əcnəbi qidalar çox az olub. Öz yağımız, öz çörəyimiz, öz südümüz, öz pendirimiz, öz ətimiz...
Hətta xarici səyyahlardan biri 150 il əvvəl Qafqazda olanda deyib ki, azərilər libasını-geyimini dəyişəcək, ancaq onların mətbəxi o qədər yüksək səviyyədədir ki, onu dəyişmək mümkün deyil.
Təəssüf ki, son 20-30 ildə ölkəmizə o qədər müxtəlif qida məhsulları daxil oldu ki, at əti, it ətinə qarışdı.
Daxil olan məhsulların çoxu da keyfiyyətsiz, süni, saxta qidalar oldu. Bu prosesdə kimlərsə milyonlar qazandı. Amma camaatımız itirdi.
Son illər xalqımız arasında müxtəlif xəstəliklərin baş alıb getməsinin birinci səbəbi də budur.
Neçə illərdir ki, ölkəmizə idxal olunan müxtəlif yağların xərçəng xəstəliyi yaratması barədə yazılır.
Mediada ölkəyə gətirilən kərə yağlarına zərərli qatqı maddələrinin vurulması ilə bağlı məlumatlar dərc olunur.
Birincisi, bu yağlar kərə yağı deyil. Qatqılar isə çox zərərlidir. Yəni bu yağların mənşəyi bəlli deyil.
Uzun müddət texniki istehsal üçün yarayan müxtəlif yağları xalqımıza satırdılar. Bu ucuz yağları xaricdən 60 qəpiyə alıb camaata 3-4 manata satırdılar.
Yəqin ki, Palma yağı hamının yadınadadır. Bu yağı uzun müddət ölkəmizə “Broker Əbülfəz” kimi tanınan biznesmen gətirib. Bu yağların tərkibində inək südündən əsər-əlamət yox idi.
Son illərdə ölkəmizin qida bazarında “Westgold” kərə yağları da geniş yayılıb.
Bu yağı ölkəyə gətirən şirkətin sahibləri guya yağın Yeni Zenlandiyada təmiz inək südündən hazırlandığını iddia edirlər.
Hətta təəssüf edici haldır ki, bizim bəzi QHT rəhbərləri də bu yağı bəh-bəhlə reklam edirlər. Məsələ aydındır, bu prosesdə hər kəs öz payını götürür.
Bizim kimisə qaralamaq fikrimiz yoxdur. Amma millətin sağlamlığı, onun genefondu ilə alver etmək olmaz.
Dəfələrlə “Westgold” kərə yağlarından kif, üfunət iyi gəlməsi barədə mediada yazılar dərc olunub.
Düzdür hər dəfə şirkətin sahibləri bunu inkar etməyə çalışıblar.
Müxtəlif media qurumları bu yağlardan üfunət iyisinin gəlməsini daha çox yağa vurulan qatqılarla bağlayıblar.
Hətta şikayətçilər yazır ki, bu yağdan istifadə edən zaman yağdan gələn pis qoxulardan mətbəxdə dayanmaq olmur.
“Westgold” kərə yağının istehsalçısı olanlar isə yağların ən yüksək keyfiyyət göstəricisindən bəhs edirlər.
Hətta bu fikirdə olanlar da var ki, guya yağ ölkəmizə daxil olandan sonra ona nəsə qatırlar, sonra satışa çıxarırlar. Yağın qablaşdırıldığı kağızda da səbəb axtaranlar var. Guya iyi kağızdan gəlir.
Digər media qurumları isə yazırlar ki, “OBA marketlər şəbəkəsindən aldığımız “Westgold” kərə yağının istifadə müddətinə 1 il qalmış olsa da, yağ iy verirdi, dadını itirmişdi.
Yenə günahkar yağı idxal edənlər yox, nasaz soyuducular oldu. Guya soyuducular nasaz olduğu üçün yağ kiflənib.
Sözün qısası, “Westgold” kərə yağı ilə bağlı söz-söhbət bitib tükənmək bilmir.
Bəs, Qida Təhlükəsizliyi Agentliyi hara baxır ?
Hara baxırsınız, cənab Qoşqar Təhməzli ?
P.S Biz bu yazıları yazmaqla xalqimiza zərər verici qida məhsullarından yaxamızı qurtarmaq istəyirik. Hansısa şəxsin redaksiyamıza zəng vurub bizə leksiya söyləməsi üçün yox. //gundelik-baku.com//

Ağcabədidə uşaq bağçalarında çalışanların kütləvi şəkildə işdən çıxarılmasına başlanıb. Reportyor.info məlumat verir ki, rayon icra başçısı Rafil Hüseynovun “attestasiya” tələbindən keçməyənlər işlərini itirirlər. Yerli icra orqanı tərəfindən təşkil olunan əsassız yoxlama və imtahan xeyli sayda adamı işsiz qoyub. Onlardan biri Günel Yusif qızı Mehdiyevadır. Onun sözlərinə görə, 15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyir, 208 manat maaş alır və 150 manatını kredit verir. O, anasının himayəsindədir və qeyd edir ki, icra başçısı onları sorğu-sual edir, bu sahəyə aid, olmayan məsələlər soruşur. Sonra işdən çıxmaq üçün ərizə yazmaq tələbi qoyur. G. Mehdiyeva deyir ki, könüllü ərizə yazmayanların maaşının kəsilməsi tapşırılır. Lakin şikayətçi olan tək o deyil. Məlumata görə, ərizə yazmağa məcbur edilən uşaq bağçası işçilərindən biri də Fəridə Abbasovadır. Hətta Ağcabədi RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərovun uşaq bağçasında işləyən yaxın qohumundan da ərizə yazmaq tələb olunub, amma icra başçısına məruzə ediləndə ona dəyməyiblər. Bildirilir ki, Ağcabədidə 200-ə yaxın bağça işçisi icra başçısının “imtahanı”ndan keçə bilmədiyi üçün işindən azad olunub.
Bundan əlavə, işdən azad olunanlar arasında Ağcabədinin Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva Gövhər Dərgah qızı da var.
Gövhər Əliyeva Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən azad edilib. Özü faktı təsdiqləyib.

Hörmətli oxucular, sizə kimdən deyək, nədən danışaq ali məktəbi bitirdikdən sonra 1 gün belə orta məktəbdə müəllim işləməyən, ərinin pulu və yaxın qohumu olan 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəhbəri Elxan Süleymanovun (Elxan Süleymanovun əslində kim olmasını bilmək istəyirsinizsə bu linkə — http://siam.az/gundem/45580-sumqaytda-thsil-brbadl-ttham.html daxil olub yaxından tanıya bilərsiniz) güclü səyi və dəstəyi ilə məqsədli şəkildə Masazır 4 saylı orta məktəbin direktoru vəzifəsinə gətirilən Həlimova Cəhanədən. Sumqayıt Gənclər Birliyinin müdirliyindən işıq sürətilə necə güclü sıçrayış edibsə, düz gəlib düşüb məktəbin tədris işləri üzrə direktor müavini vəzifəsinə . Cəhanə xanım heç 1 il olmamış onun qısa müddətdə məktəbin direktoru olması planını hazırlayanların tapşırığı ilə keçmiş direktor Roza Məmmədovanı müxtəlif situasiyalarda məngənəyə salaraq öz istədikləri şəkildə danışdıraraq səsini yazıb müxtəlif internet saytlarında yaymaqla direktorluqdan çıxarılması niyyətinə hardasa nail oldu. Burda deyiblər, «niyyətin hara mənzilin ora». Qeyd edək ki, keçmiş direktor Roza Məmmədovanın danışdırılaraq səsinin gizli yazılmasında «ildırımsürətli möhtərəm gələcək direktor xanım» Cəhanəyə ən yaxın silahdaşlığı kitabxanaçılığı bitirən İbrahimova Zəminə əvvəllər kənd məktəbində texniki işçi işləyib və onda 8 illik fasilədən sonra Masazır 4 saylı orta məktəbdə 1 il kitabxanaçı işləyəndən sonra gələcək direktoru (Həlimova Cəhanə) kimi fərasətli çıxaraq hal-hazırda təşkilati işlər üzrə direktor müavini işləyir. Sizcə, keçmiş direktorun səsini gizli yazıb internetdə yaymaqla işdən çıxarılmasına nail olan bir iblisdən təhsilimizə və dövlətçiliyimizə fayda gələ bilərmi? Bundan başqa, bu məktəbdə soyadında «həlim» sözü olsa da, özü heç də həlim olmayan Cəhanə xanımın şəxsi iştirakı ilə adı tabeldə xadimə kimi gedən Xaxıyeva Ofeliya Dilən qızı qeyri-qanuni məktəbin təsərrüfat müdiri kimi fəaliyyət göstərir. Yenicə xadimə kimi əmrləşdirdikləri Dilrüba Məmmədova məktəbdə təmizlik işlərinə baxmaqdansa katibə kimi işlədilir. Katibə Ayselin anası – Mətanətin adı isə hələ də məktəbin ölü canlar siyahısında xadimə kimi getsə də, indiyə kimi nə məktəbə gəlib, nə də üzünü görən yoxdur. Bütün bunlar azmış kimi hətta şagirdlərin təhsil haqqına belə girməyə çəkinməyən Cəhanə Həlimovanın sayəsində 6-cı siniflərdə təsviri incəsənət dərsi keçirilmir. Belə ki, məktəbə təsviri incəsənət müəllimi təyin olunan Nurlana Əliaslanlının üzünü dərslər başlayandan məktəbdə heç kim görməsə də, ona hər ay qanunsuz maaş hesablanır. Ona görə ki, məktəbin tədris işləri üzrə direktor müavini olan Cəhanə Həlimova yuxarıya rəsmi şəkildə məlumat verib demir ki, təsviri incəsənət müəllimi Nurlana Əliaslanlı dərsə heç gəlmir və maaşı kəsilsin. Göründüyü kimi, Cəhanə xanım dövlətimizin büdcəsinin talan olmasına belə rahatlıqla heç keyfini pozmadan şərait yaradır. Beləsindən dövlətimiz ziyandan başqa nə xeyir tapa bilər ki?! Cəhanə xanımın direktor müavini olduğu müddətdə məktəbdəki «sərgüzəştləri» təkcə yuxarıda qeyd etdiyimiz faktlarla yekunlaşmır. Belə ki, 5-ci siniflərdə 6-7-ci saatlara salınan Fiziki tərbiyə dərsi keçirilmir uşaqlar evə buraxılır. Göründüyü kimi, direktor olmaq iddiasında və arzusunda olan Cəhanə xanım hələ direktor olmamış onun sayəsində məktəbdə xaos baş alıb gedir. O ki qaldı o direktor olandan sonra hələ məktəbdə hansı arzuolunmaz işlər baş verər onu bir Allah bilər, bir xanım əfəndi özü. Bir sözlə, işini bacarmayan, məktəbşünaslıqdan anlayışı olmayan, ən əsası isə dövlətimizin qanunlarına hörmətlə yanaşmayan və onları pozan şəxslərə havadar olan Cəhanə xanımın direktor olmasını məktəb kollektivi qəti istəmir və buna qəti etirazlarını bildirirlər. Kollektiv hal-hazırda yenicə direktor əvəzi təyin olunan Elşən Qurbanovun daimi direktor olmasını dəstəkləyir və istəyirlər. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, «mənə məlum olmayan nöqsanları açıqlayan hər bir şəxsə minnətdar olacağam». Ölkəmizin təəssübkeş insanları olaraq bizdən gördüyümüz nöqsanları deməkdir və bütün varlığımızla inanırıq ki, gənc, perspektivli, islahatçı hörmətli Təhsil nazirimiz Emin Əmrullayev dövlətimizin inkişafı naminə faktların araşdırılıb tədbir görülməsi üçün lazımi tədbirlərin görülməsinə tapşırıq verəcək.

P.S. Qyd edək ki, Cəhanə Həlimova 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanovun bacısıdır.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Neftin dünya bazar qiymətində artımlar davam edir. Dünən birjalar Brent markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar.
Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, OPEC+ alyansı aylıq hasilat artımının 400 min bareldən çox artırmamaqla bağlı qərarından sonra neftin qiymətində artımlar daha da sürətlənib:

"Bu arada "Goldman Sachs" neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb. Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər. Son 3 ildə ilk dəfə olaraq Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Qeyd edək ki, Azərbaycan gündəlik xam neft hasilatını bu aydan daha 7 min barel artıraraq 640 min barelə çatdıracaq və ixtisarla bağlı öhdəliyi isə 78 min barel həcmində olacaq".

V.Bayramov qeyd edib ki, Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur:

"Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər".

Kəlbəcər rayonunun Ağdaban kənd sakinləri kənd icra nümayəndəliyinin fəaliyyətindən narazıdırlar. İcra nümayəndəliyi sakinlərin problemləri ilə demək olar ki, maraqlanmır, bəzi əməkdaşları hətta işə gəlmədən maaş da alır.

Bu barədə “Demokratik TV”-yə daxil olan müraciətdə bildirilir ki, kənddəki mühüm inzibati vəzifə bölgüsündə savadlı kadrlara üstünlük verilməsi, dövlət qulluqçusu adına sahib olmaq üçün kadrların zəruri şəxsi keyfiyyətlərinin olması bir yana atılaraq Azərbaycan Dövlət DəmirYolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, Kəlbəcərin ağsaqqal “statuslu” məmuru Cavid Qurbanovun istəkləri nəzərə alınıb. Nəticədə, əslən Kəlbəcərin Ağdaban kəndindən olan Cavid Qurbanov Dədə Şəmşirin doğma yurduna öz əmisi oğlu Murad Qurbanovu icra nümayəndəsi təyin etdirib. Mütamadi olaraq hakimiyyətin siyasətini sərt tənqid edən, şəxsən Prezident İlham Əliyevə qarşı xoşagəlməz şüarlar səsləndirən “kanal 13“- ün əməkdaşı Teymur Kərimovu isə Ağdaban kənd icra nümayəndəsinin müavini edib.

Vətəndaşların sözlərinə görə, bir neçə il əvvəl Almaniyaya qaçıb siyasi sığınacaq ala bilmədikdən sonra da Azərbaycana geri dönən Teymur Kərimov bir gün də olsun işə gəlmir, lakin, son illər məmur adını daşıyıb havayı maaş alır. Kəlbəcərin müvəqqəti Gəncə şəhəri Kəpəz rayonunun Abbas Səhhətdə yerləşən İnzibati binasındakı Ağdaban icra nümayəndəliyinin otağında bu adamı gördüm deyən yoxdur. O, uzun müddətdir Bakıda yaşayır.

Hər gün jurnalist peşə fəaliyyətinə üstünlük verən və günün əsas vaxtını hakimiyyətdə təmsil olunanlara qarşı ifşaedici çəkilişlərdə keçirən Teymur Kərimovun əslində məmur kimi öz vəzifə öhdəliklərini yerinə yetirə bilməməsi, sakinlərlə maraqlanmaması normaldır. Normal olmayanlar onu bu vəzifədə saxlayan Kəlbəcər İcra Hakimiyyətinin başçısı Azər Qocayevin və savadsız bir jurnalisti “məmur” edən Cavid Qurbanovun davranışlarındadır.

Məlumata görə, məmur-jurnalist icra nümayəndəsinin müavini postuna hazırda deputat olan Aqil Məmmədovun icra başçılığı dönəmində təyinat alıb. Yəqin, bu təyinata tapşırıq vermiş Cavid Qurbanov üçün dövlətə və prezidentə sədaqətin növbəti bariz nümunəsi bu olsun gərək ?!

Görünür, Teymur Kərimov da Cavid Qurbanovun ölkə mediasında toxunulmazlığını təmin etmək üçün saxladığı kiçik fiqurantlardan biridir. İstənilən məmuru asanlıqla hədəfə alan “Kanal13”-ü Cavid Qurbanova qarşı loyallaşdıran və neytrallaşdıran səbəbkar da yəqin ki, odur.

Teymur Kərimov mediada qalmaqalları ilə daha çox gündəmə gəlib. Ancaq ölkə ictimaiyyəti və bəlkə də aidiyyatı dövlət qurumları da onun Cavid Qurbanovun diqtəsilə bir dövlət qulluqçusu olduğunu bilməyib. O gah səhiyyə nazirliyinin qarşısında prezidentin ünvanına tibbi spirt və “pambıq” atmacası atıb, gah da bərk söyüldükdən sonra partiya sədri Hafiz Hacıyev qarşısında sınaraq “üzr istəməsilə” trend olub.
Adıçəkilən məmur-jurnalistin timsalında sual edirik – Görün Cavid Qurbanov Kəlbəcəri kimlərlə idarə edir?

Xəbərdə adıkeçənlərin mövqeyinə sayğımızı ifadə edirik.
Demokratik.Az

Azərbaycan Mərkəzi Bankı (AMB) pandemiya ilə əlaqədar olaraq maliyyə sektoruna dəstək tədbirlərinin müddətini uzadıb. Tənzimləyici yenə də banklara borclar üzrə gecikmə cəriməsi (peniya) almamağı tövsiyə edir.

İqtisadçıların fikrincə, bu cür tədbirlər məntiqlidir. Həqiqətən də, mövcud iqtisadi artıma baxmayaraq, keçən il virusun yayılması və COVID kilidlənməsi borcalanların vəziyyətini pisləşdirdi - iqtisadi fəaliyyət dayandı, nəticədə banklar qarşısında kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin ödəmə qabiliyyəti azaldı. Bunun fonunda kredit gecikmələri proqnozlaşdırıla bilər və cərimə sanksiyaları vəziyyəti daha da pisləşdirə bilər. Bu baxımdan AMB-nin loyallığı yerinə düşür.

Məhdudiyyətlərin yumşaldılması və iqtisadi fəaliyyətin tədricən yaxşılaşması fonunda AMB tənzimləyici dəstək tədbirlərinə yenidən baxdı. Mərkəzi Bankın İdarə Heyətinin bu il 30 sentyabr tarixli qərarına əsasən, pandemiyadan zərər çəkmiş vətəndaşların və müəssisələrin maraqlarının təşviqi tədbirləri yenidən genişləndirilib.

Əsas bank yenidən borc verənlərin kredit tarixçəsini pisləşdirməmək üçün maliyyə təşkilatlarına kredit öhdəliklərinin gecikdirilməsinə görə cərimə və digər cərimələr tətbiq etməməyi tövsiyə edir. AMB maliyyə sektorunun vəziyyətinə uyğun qərarların qəbul edilməsi ilə əlaqədar olaraq qaydaların daim təkmilləşdirildiyini bildirir.

Tənzimləyicinin tədbirləri həm də bank sektorunun maliyyə sabitliyinin qiymətləndirilməsi nəticələrinə və beynəlxalq maliyyə qurumlarının tövsiyələrinə uyğundur. Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramovun AYNA-ya dediyinə görə, bu, AMB-nin banklara kreditlər üzrə ödənişlərin gecikməsi halında borc alanlara cərimə yükləməmələri və onların kredit tarixçələrini korlamamaları barədə tövsiyəsi deməkdir.

“Baş bankın bu qərarı, əlbəttə ki, təqdirəlayiqdir. Onu da qeyd etmək istərdim ki, parlamentin yaz sessiyası zamanı şəxsən mən kredit tarixçələrini korlamamaq üçün kreditləri gec ödəyən borcluların kredit tarixçəsini pisləşdirməməyi təklif etmişəm”, - deyə deputat bildirib.

Ancaq heç də bütün ekspertlər bu mövqe ilə razılaşmırlar. Bank borclularının kredit tarixçələrinin dəyişdirilməsinin yolverilməz olduğunu düşünənlər var, çünki bu, real vəziyyəti əks etdirmək üçün hazırlanmış faktiki materialdır. Və maliyyə strukturları sabit və ödəmə qabiliyyətli müştərilər görməlidir. Çıxış yolu kimi dövlət bu cür borc alanlara kömək edə bilər, lakin kredit tarixi real vəziyyəti əks etdirməlidir.

Ötən il karantin məhdudiyyətlərinin pik nöqtəsində Mərkəzi Bank borcların problemli borclar kateqoriyasına keçməməsi üçün banklara kredit gecikmələrini qeyd etməməyi və gecikmiş ödənişlər üçün cərimələr hesablamamağı tövsiyə etmişdi. Analitiklərin fikrincə, tənzimləyicinin tövsiyəsinin uzadılması banklarımızın borc götürənlərinin üzləşdikləri çətinliklərlə bağlıdır.

“Pandemiya borcalanların maddi vəziyyətini pisləşdirdi, bir çoxu işsiz qaldı. İşsizliklə bağlı mövcud məlumatlar əmək bazarındakı real mənzərəni əks etdirmir. Əhalinin gəlirləri azalıb, bir çox vətəndaş mövcud borclarını bu şəkildə bağlamaq üçün bank borclarına girir. Beləliklə, bu gün köhnə kreditlər yeni kreditlərlə ödənildikdə və insanlar fərqi ilkin ehtiyaclara yönəldəndə bank borclarının bir növ restrukturizasiyasının şahidi oluruq”, - UNEC-in Maliyyə və maliyyə institutları kafedrasının dosenti Zöhrab İbrahimov AYNA-ya şərhində bildirib.

Onun sözlərinə görə, uzun müddət bu səviyyədə saxlanılan bank kreditləri üzrə yüksək faiz dərəcələri vətəndaşların ödəmə qabiliyyətinə də təsir edir.

Bu arada pandemiyanın mənfi nəticələrindən xilas olan banklar yenidən istehlak kredit portfellərini artırır və artım ikirəqəmli səviyyəyə çatır. Mərkəzi Bankdan verilən məlumata görə, bu ilin səkkiz ayında banklar istehlak kreditlərini 4 milyard 132 milyon manata çatdırıb. Hesabat dövründə biznes kreditləri üzrə məcmu kredit portfelinin artımı da qeydə alınıb. Ötən ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 6,9%, biznes kreditləri isə 3,8% artıb. Eyni zamanda verilən istehlak kreditlərinin sayı 12% artıb.

Son zamanlar gündəmn aktual məsələlərindən olan və özlərinə qoyulmayan, dövlət büdcəsinəi saxta statiskalarla talayan, xalqı aldadan bir qurum və onun "qara kassa"sından söz açacayıq:

ETSN-nin Masallı Regional Meşə Təsərrüfatında meşələrin mühafizəsi üzrə baş mühəndis vəzifəsində çalışan və Nazir müavinlərinin "qara kassa"sı olan Abturab Bağırov.

Abturab Bağırov 1967-ci il təvəllüdlü, orta ixtisas təhsilli texnikumun (kollecin) "şərabçılıq " ixtisasın bitirən, "vurma cədvəlin" soruşsanız belə bilməyən, 2013-çü ildə vəzifəsindən sui-istifadə edərək Masallı ərazisində olan dövlət meşə fondu torpağların satan, hazırda Masallı RMTM-də bütün çirkin işlərin ssenarisin hazırlayıb Adəm İsmiyevə yol göstərən, hazırda meşə fondu torpaqların qazdırıb satdıran, meşə fondu torpaqların zəbtlərə məruz qoyan, meşələrdən oduncaq adıyla "işlik materiallar" çıxartdırıb şəxslərə satan, aktların sənədləşməsində saxtakarlıq edən (Hətta bu yaxınlarda Ekologiya Nazirliyinin audit yoxlaması bu şəxsin "aktlar kitab"ından çoxlu qanunsuzluqlar aşkar etmiş və hazırda həmin qanunsuzluqları aradan qaldırmağa çalışırlar), 2020-ci ildə pul üstündə Qəriblər meşəbəyliylərinin sabiq meşəbəyisi Sədrəddin Abbasovu vurub xəsarət yetirən (bu söhbət mətbuatda da işığlandı o zaman) və bu xəsarətdən sonra Xidmətin rəisi Namiq Xıdırovla EN-ni müavini Firdovsi Əliyev dərhal Masallıya yollanaraq, bu məsələni yoluna qoyub barışıq etdilər və saxta həmkarlar təşkil etdirib adın da qoydular ki, guya özü yıxılıb xəsarət alıb. Halbuki , bu məsələ hüquq mühafizə orqanlarına qədər gedib çıxmışdı. , amma heç nə olmuş kimi töhmət alan Sədrəddin Abasov (Abturab isə sudan duru), meşə qırıntıları zamanı məsul şəxslər töhmət alan zaman Abturab isə sudan duru çıxmaq. Görəsən kimdir bu şəxsin "krışası"?!. Abturab Bağırovun müdafiə edənlər onun ala gözünəmi aşıq olub ya "cerniy kassaya" çirklənmiş pulları toplamağına?!.

Artıq bu sualları oxucuların ixtiyarına buraxırıq. Abturab Bağırov istədiyini edir və heç kim ona "gözün üstə qaşın var" deyən olmur. Çün ki, onu arxasında Vüqar Kərimov və Firdovsi Əliyev kimi "daydayları"var.
Neçə olur ki, Adəm İsmiyev MRMTM-nə direktor təyin olunan zaman ona ilk öncə ETSN-də Abturab Bağırovdan muğayət olmağı tapşırıqlar və bildirirdilər ki, bu şəxslə iş gör və sənə hər bir......yolunu öyrədəcək.
Əgər bu yazılanlar yalandırsa o zaman gəlib araşdırma aparılsın. //azinfo.tv//

Qloballaşma milli kimlik məsələsini zaman-zaman gündəmə gətirir. Kiçik xalqların özünü qoruması üçün isə milli mənlik şüurunun olması mütləqdir. Xalqın gələcəyi bir çox amillərlə yanaşı, bundan da asılıdır. Milli mənəvi şüurun təbliği vətəndaşın formalaşmasında, eyni zamanda Vətəni qorumaqda mənəvi təsir gücünə malikdir. Gənclərin mənəvi-ideoloji hazırlığında həm ailənin, həm də cəmiyyətin rolu böyükdür. 44 günlük müharibədən sonra vətənpərvərliyin təbliği işi daha da güclənməlidir. Bəs bu istiqamətdə hansı çatışmazlıqlar var?

“Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, gənclər xalqın gələcəyi, genefondudur: “Onların milli ruhda böyüməsi vətənpərvərlik hisslərinin inkişafına səbəb olur. Ömrümün böyük qismini buna həsr etmişəm. Cəmiyyət sədri olaraq, gənclərin Vətən, millət, dövlət sevgisinin, özəlliklə milli sevginin, torpaq sevgisinin müqəddəs olmasını aşılmağa, onların bu hisslərlə böyümələri, yetişmələri üçün çalışmışam. Vətənpərvərlik hisslərinin aşılanması ailədən başlayır. Övladlarımız ağ kağız kimidir. Valideynlərin rolu böyükdür. Çevrəsi, yəni onu əhatə edən insanların rolunu da nəzərə almaq lazımdır. Dövlət gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasını istəyirsə, məktəblər də buna ciddi nəzarət etməlidir".

T.Rüstəmxanlı hesab edir ki, sosial media bəzən gənclərlə bağlı arzuların önünə keçir: “Gənclərin öz dünyası var. Gecə-gündüz sosial mediadadırlar. Bəzən internet dünyasında yanlış yollara gedirlər. Bütün bunları önləmək üçün maarifləndirmə işi çox önəmlidir. Televiziyalar evimizə girib, vaxtımızı ”işğal" edib, həyatımızın bir parçasına çevrilib. Azərbaycanlılar çox zaman Türkiyə televiziyalarında serialları izləyirlər. Son 10-15 ildə Türkiyə dövləti tarixi, dövlətçilik ənənələri, Osmanlı imperiyası, Səlcuqlu dövlətinin Anadoluya gəlişi, İstanbulun fəthi və s. mövzularla bağlı filmlərin, serialların çəkilişinə diqqət edir. Bunun Türkiyədə çox ciddi təsirini gördük. Bu, xalqda milli və kimlik şüurunun inkişafına səbəb oldu. Düşünürəm ki, Azərbaycan da bu rolu seçməlidir. Məsələn, Şah İsmayıl Xətai ilə bağlı müxtəlif müzakirələr aparılır, onu gözdən salmaq, qaralama kampaniyaları aparılır. Mənə elə gəlir ki, Azərbaycan dövləti Şah İsmayıl Xətai, Koroğlu, Nüşabə haqqında serial çəkə bilər. Hətta Türkiyədən rejissorlar, aktyorlar dəvət etməklə bədii filmin çəkilməsi də yaxşı olardı. Bu, tarix şüurunun formalaşmasına çox böyük təsir edə bilər".

T.Rüstəmxanlı bildirdi ki, gənclərin dövlətə hansı səviyyədə yararlı ola biləcəyini Vətən müharibəsində gördük: “Müasir tariximizdə Qarabağın işğaldan azad olunması, Vətən müharibəsi ilə böyük qəhrəmanlıq salnaməsi yazıldı. Özəlliklə, Şuşanın işğaldan azad olunması savaşın ən önəmli səhifələrindən biridir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix haqqında səviyyəli film çəkilməlidir. Xalq şairi Sabir Rüstəmxanlı ”Qarabağa dönüş" poeması yazıb. Düşünürük ki, bu poema ssenariləşdiriləcək. Vətən müharibəsində yeni ədəbi nümunələr üçün qəhrəmanlıq dastanları yazıldı. Azərbaycan gəncinin qəhrəmanlıq ruhu qələbəni gətirdi. Bəlkə də dünyada ilk dəfə idi ki, ana övladının tabutunu başının üzərinə alıb, “Vətən sağ olsun” demişdi. Gənclərimiz savaşa toya gedər kimi gedirdilər. Vətənpərvərlik ruhu olmasa idi, qələbə olmazdı. Mən bunların hamısının şahidi oldum. Şəhidlərimizin qarşısında baş əyirik. Bu qədər şəhid verməyimizə baxmayaraq, xalq Qarabağda savaşın dayandırılmasının əleyhinə idi. Vətən sevgisi Azərbaycan xalqının qəlbində elə möhürlənmişdi ki, o torpağın bir çınqılını belə düşmənə buraxmaq istəmirdi. Bu tarix məktəblərdə tədris olunmalı, gənclərdə maraq oyadılmalıdır. Bütün bunları tarixiləşdirmək, gənclərimizə aşılamaq, qəhrəmanlarımızı tanıtmaq, onlar haqqında romanlar yazmaq, qəhrəmanların ailələrinə qayğı göstərmək lazımdır. 1988-ci ildə Azadlıq meydanında xalq azadlıq uğrunda dastan yazdı. O azadlığı bizə buraxmaq istəməyən güclər Qarabağı ermənilərin əli ilə işğal etdilər, Azərbaycanın 20%-dən çox ərazisi itirildi. Son 200 ildə Azərbaycan xalqı ancaq torpaq itirib. Azərbaycan xalqı ilk dəfə düşmənin başına “dəmir yumruq” endirdi, torpaqlarını geri qazandı. Ali Baş Komandanda olan milli vətənpərvərlik duyğusu, millətə verdiyi ümid, millətin ona inamı və Vətən eşqi böyük zəfəri qazandırdı. Mənə elə gəlir ki, bunlar araşdırılaraq, yazılaraq əbədiləşdirilməlidir".

T.Rüstəmxanlı əlavə etdi ki, bəzən dini radikal qrupların əli ilə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq istəyirlər. Amma ziyalılar, mətbuat, təhsil sistemi bunun qarşısını almalıdır.

"Yeni Müsavat"

DİA.AZ: - Başlığa aldanmayın. Yəni düşünməyin ki, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev cənabları hansısa müsbət mənada nümunəvi addım atıb. Həm də ki, ÖRNƏK OLMAQ hər zaman o demək deyil ki, müsbət istiqamətdə nümunəvisən...

DİA.AZ bildirir ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyevin sosial şəbəkələrdəki təbrik paylaşımı da əslində bir örnəkdir. Yəni NECƏ YAZMAMAQ LAZIMDIR - ÖRNƏYİ...

Oxucularımızdan birinin dia.az-a yolladığı statusu və rəyi təqdim edirik:

Oxucumuz dia.az yazır ki, Şəmkir təhsili bu gün Qüdrət müəllimin əlində əsir-yesir qalıb: "Əslində peşəcə alverçi olan Qüdrət Əliyevin təhsilə hansısa töhvəsini gözləmək də doğru deyil..."

Qarşı tərəfin də fikirlərini dinləmək maraqlı olardı...

Zaqatalanın Aşağı Tala və Yuxarı Tala kəndləri arasında fəaliyyət göstərən fındıq emalı sexləri kəndlilər üçün problem yaradıb. Bir qrup kənd sakini Meydan TV-yə deyib ki, zavoddan çıxan qara tüstü bütün ərazilərə yayılır, üstəlik də, aramsız üfunət qoxusu insanların nəfəs almasında çətinlik yaradır.

Üstəlik məsələ tək bu deyil. Kəndlilərin əksəriyyətinin dolanışığı bu sexlərdən çıxır, buna görə də tüstüdən və səs-küydən şikayətçi olanlarla zavodda işləyərək ailəsini dolandıranlar arasında fikir ayrılığı yaranıb.

Sakinlər deyiblər ki, şikayət edəndən sonra sexlərin bağlanması təhlükəsi yaranıb.

“Bir tərəfdə iş yerləri, digər tərəfdə sağlamlıq dayanıb. Bəziləri deyirlər ki, ac qalmaqdansa, zəhərlənib ölmək yaxşıdır. Xüsusilə yaşlılar əziyyət çəkirlər. Son beş-on ildə kənddə nə qədər adamın astma-bronxit, allergiya xəstəliyindən əziyyət çəkdiyini araşdıran yoxdur. Hər iki-üç saatdan bir havaya qara tüstü buraxılır. Sexlərin yaxınlığındakı evlərdə yaşayanlarin günü lap dözülməzdir”, -adını açıqlamaq istəməyən sakin danışıb. Əlavə edib ki, onun qardaşı da zavodda fəhlədir. Qardaşı sexlərin məmurlara məxsus olduğunu, onların işlərinə əngəl törədənlərin müxtəlif vasitələrlə cəzalandırıla biləcəyini söyləyin:

“Məsələn, məktəbin yaxınlığındakı sex fəaliyyətini ildən-ilə genişləndirir. Əvvəl vəziyyət bu qədər dözülməz deyildi. Qardaşımın 5 yaşlı oğlu belə bəzən aylarla öskürür, nəfəs almaqda çətinlik çəkir. Ancaq deyir ki, işdən çıxsa, ya gərək Bakıya, ya da Rusiyaya üz tutsun ki, anam da daxil 8 nəfərlik ailəyə baxa bilsin”.

Aşağı Tala və Yuxarı Tala Zaqatalanın ən böyük kəndlərindəndir. Kəndlilərin əsas dolanışığı fındıq və şabalıddan çıxır. Ötən il Aşağı Tala kəndində fındıq emalı zavodunun tikintisinə başlanılıb. Sakinlər deyirlər ki, bu xəbər onları sevindirib: “Nəhayət, sexlər bağlanacaqdı, orada pis şəraitdə çalışan yerlilər zavodda işlə təmin ediləcəkdi. Havaya da zəhərli tüstü buraxılması dayandırılacaqdı. Amma pandemiya səbəbindən zavodun tikintisi dayandırıldı”,-sakinlərdən Valeh Məmmədov deyib.

Şikayətçilər onu da bildiriblər ki, problemdən Zaqatala Rayon İcra Hakimiyyətinin, eləcə də Ekoogiya və Təbii Sərvətlər Nazirliyinin xəbəri var. Çünki vəziyyət daha dözülməz həddə çatanda şikayətlər edilir, sexlərdə bir müddət havanı çirkləndirməni dayandırırlar. Sonra şikayətçilərin müxtəlif vasitələrlə susdurulmasına başlanılır: “İndiki halda kiminsə çörəyinə bais olmaq vicdansızlıq olar. Amma söhbət sağlamlıqdan gedir, uşaqlar xəstə böyüyürlər. Qanunvericiliyə görə, tozlu, səs-küylü sexlər ən son yaşayış yerindən uzaqda yerləşməlidir. Ən azı evlərin arasında, sıx yaşayış yerlərinin yaxınlığındakı sexlər kəndin kənarına köçürülsün. Nə camaat iş yerindən olsun, nə də uşaqlarımız tüstüdən ziyan çəksinlır. Kəndin kənarında boş ərazilər var”,-Valeh Məmmədov söyləyib.

İcra hakimiyyətindən sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, yaxud nazirliyin yerli qurumuna yönəldilməsini məsləhət görüblər. Nazirliyin mətbuat xidmətinə sorğu göndərilsə də, cavab verilməyib.

Meydan TV

Son vaxtlar belə iddialar səslənir ki, 19-cu əsrdə Azərbaycanın şimalının Rusiyanın nəzarətində olması bizi cəhalətdən, gerilikdən qurtarıb. Məlum olduğu kimi, 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya-İran arasında bağlanan müqaviləyə əsasən Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran Azərbaycanın İrəvan, Naxçıvan, Talış xanlığının özlərində qalmış hissəsinin Rus imperiyasının ərazisi olduğunu qəbul edib.

Rusiyaya keçən torpaqlar hazırkı Ermənistan ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan Iğdır bölgəsini əhatə edirdi. Xatırladaq ki, Rusiya tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla, bir də 1991-ci ildə müstəqil oldu.

Bəs Rusiya bizə nə verdi? Şimali Azərbaycan da İranın əsarətində olsaydı, İran bizə hansı aqibəti yaşadardı?

Mövzu ilə bağlı tarixçi Tofiq Mustafazadə “Yeni Müsavat”a danışıb:

“Təbii ki, Türkmənçay müqaviləsi bütövlükdə Azərbaycan üçün çox mənfi nəticəsi olan müqavilə idi. Yəni hər bir halda ölkənin, xalqın parçalanması birmənalı şəkildə çox pisdir. Biz yüz ildən çox Rus imperiyasının, daha sonra isə Sovetin əsarəti altında qaldıq. Lakin hər bir bəlanın müəyyən bir yaxşı tərəfi də olur. Belə ki, Şimali Azərbaycanın iqtisadi və mədəni inkişafı üçün onun Rusiyaya birləşdirilməsinin müsbət tərəfləri oldu. Məsələn, həmin dövrdən başlayaraq Azərbaycan Rusiya bazarına inteqrasiya olundu. O dövrdə Rusiya da Avropanın bazarına inteqrasiya olmuşdu. Beləliklə, bu da Azərbaycan sənayesinin inkişafına təkan verdi.

Cənubi Azərbaycanda isə biz bunu müşahidə etmirik. Çünki Cənubi Azərbaycanda, bütövlükdə İranda korporativ münasibətlər, bu istiqamətdə inkişaf getmirdi.

Daha bir məsələ, biz rus dili vasitəsilə dünya mədəniyyəti ilə tanış olduq. 19-ci əsrin ikinci yarısı Azərbaycan mədəniyyətinin intibah dövrüdür. Təsəvvür edin, həmin vaxt nə qədər dahilərimiz yetişdi. Milli məfkurə də məhz Şimali Azərbaycanda yaranıb. Rusiyada gedən ictimai-siyasi proseslər istər-istəməz tərkib hissəsi olduğu Azərbaycana da təsir edirdi.

Həmin dövrdə isə Cənubi Azərbaycanda yalnız dini təhsil var idi. Lakin Şimali Azərbaycanda dünyəvi təhsil başlamışdı, rus-tatar məktəbləri, daha sonra gimnaziyalar açılırdı. Rus dili vasitəsilə ziyalılarımız xarici ədəbiyyatdan tərcümələr edirdi. Elə indi də ziyalılarımız dünya mədəniyyəti ilə ya rus, ya da ingilis dili ilə tanış olur. Yəni bizim dildə tərcümələr az idi. Beləliklə, ziyalılarımız rus dili vasitəsilə dünya mədəniyyətini öyrənib, öz millətinə müəyyən qədər də töhfələrini verirdilər".

Millət vəkili Fazil Mustafa da qeyd edib ki, Şimali Azərbaycanın məhz Rusiyanın tərkibində qalmasının bir çox müsbət tərəfləri olub:

“Belə bir fikir var idi ki, ”SSRİ dağılanda və müstəqil Azərbaycan qurulanda biz 20 faiz torpağımızı itirdik". Lakin başqa bir fikir də söyləyirdilər, “heç olmasa 80 faiz torpağımızı götürüb müstəqil ola bildik”. Şükürlər olsun ki, işğalda olan torpaqlarımızı azad edə bildik. Yəni bəzən insanlar mexaniki yaddaşla, baxışla itirdiklərini qazanc olaraq görməkdən özlərini məhrum edirlər.

Türkmənçay müqaviləsi Azərbaycanın yenidən modern cəmiyyətə vəsiqə aldığı bir tarixdir. Yəni bu tarixə “parçalanma”, “ayrılma”, “işğal” kimi yüz ad verə bilərik. Lakin bu tarixin əsl mahiyyəti ondan ibarətdir ki, xalqın müəyyən bir hissəsi dini cəhalətin, bataqlığın içərisindən qurtularaq yeni dünyaya açılış üçün vəsiqə qazandı. Təsəvvür edin, it boğuşduran, xoruz döyüşdürən, uşaq vaxtından xəncəri götürüb başını yaran, dini mərasimlərdə ağlayan, sızlayan, mədrəsələrin qaranlığında çökmüş, heç bir idealı olmayan, idealı ancaq kiminsə düşüncəsini mühakimə etmək olan və hər hansı bir şəkildə kitab, çap mədəniyyəti olmayan, sadəcə, şifahi xalq yaradıcılığı ilə dilini qoruyub saxlamış bir xalqın, cəmiyyətin birdən-birə modern məktəbə açılışı üçün bir fürsət yarandı. Belə ki, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsindən 2 il sonra, 1830-cu ildə Şuşada ilk rus məktəbi açıldı. Ardınca bu cür məktəblər Gəncədə və digər yerlərdə açılmağa başladı. Yəni ilk öncə bu məktəblərin fərqindən başlamaq lazımdır.

Türkmənçay müqaviləsindən sonra başlanan dövrdə Mirzə Fətəli Axundov kimi Azərbaycan milli düşüncəsinin, əlifbasının, modern fikrinin əsasını qoyan bir şəxsiyyət yetişib. Hətta indiki dindar mühitdə belə onu öldürərdilər. Həmin dövrdə isə onun çiynində rus polkovnikinin, məmurunun rütbəsi, poqonu olmasaydı onu elə o dövrün Azərbaycan insanı öldürərdi. Sabiri, Seyid Əzimi elə o cür insanlar çərlədib öldürdülər. Onları erməni və yaxud rus, gürcü öldürməyib ki.

O dövrün qoçuları mədəniyyətin, təhsilin inkişafına mane olurdu. Niyə mədəniyyət Bakıda deyil, Tiflisdə inkişaf etməyə başlamışdı? Çünki Bakıda ziyalıları öldürür, döyürdülər. Niyə Əhməd Ağaoğlu ilə Əli bəy Hüseynzadə çıxıb getdilər? Onları rus hökuməti öldürmürdü ki. Hətta düşünürdü ki, 5 ziyalı ilə xalqın mədəni dünya ilə uzlaşmasını təmin edə bilsinlər. Lakin belə bir vəziyyətdə hamısı çıxıb getdi. Əhməd bəy Ağaoğlunu hədələyən elə öz qoçularımız, özümüzün cahilləri idi. “Molla Nəsrəddin”i, Mirzə Cəlili də hədələyən onlar idi.

1828-ci ildən 1918-ci ilə qədər 90 il zaman ötür. Necə oldu ki, birdən-birə 90 ilə bu xalq fərqli bir xalq oldu? 1800-cü illərin əvvəlində olan xalq fərqli bir dövlət quracaq xalqa, millətə çevrildi. Böyük repressiyaları, çətinlikləri öz yerində, lakin Sovet dövründən də müəyyən dərəcədə müsbət mənada bəlli bir miras qazandıq. Xüsusən də kadr bazası, düşüncəli savadlı insanların ortaya çıxması, cəmiyyətin kütləvi şəkildə savadsızlıqdan xilas olması kimi amilləri unutmamalıyıq.

Həmin vaxt isə Güneydə fərqli vəziyyət formalaşmışdı.

Məsələn, Güneydə formalaşan Səttarxan üzünü tutmuşdu Nəcəfə və ruhanilərin Nəcəfə verdiyi tapşırıqları yerinə yetirirdi. Həmçinin 20-ci ildə yetişən Xiyabani də Qumdan nə tapşırıq gəlirdisə, onu yerinə yetirirdi. Yəni təfəkkürün fərqini görmək lazımdır. Topçubaşovları, rəsulzadələri, ziyadxanovları yetişdirən mühiti məhz Türkmənçay müqaviləsindən sonra qazandıq.

Əlbəttə ki, mən Azərbaycanın işğal edilməsinə haqq qazandırmaq naminə bu fikirləri demirəm. Lakin bir prosesin, xalqın taleyində oynadığı müsbət rolu kənara qoymaq olmaz. Güney Azərbaycanda 35-40 milyon azərbaycanlı yaşayır. Amma orada kimlər yetişib? Bəlkə də orada bizdən də ağıllı yüzlərlə insan var. Amma onlar hansı mühitdə yetişir? Yetişəni də boğub öldürdülər. Məsələn, Sabirə “babı” deyirdilər. Sabir Güney Azərbaycanda olsaydı, heç 35 yaş da yaşaya bilməzdi. Yəni həmin mühit onu yaşamağa qoymayacaqdı. Və yaxud Mirzə Cəlil Güneydə yalnız 1 il çalışa bildi. Lakin sonra dedilər ki, “öldürülməmək üçün çıx gəl Quzeyə, bir az kommunist rejimi ilə uzlaş və yaşa, yarat”. Sizcə, Axundov Güney Azərbaycanda ola bilərdimi?

Ona görə də bir daha qeyd edirəm ki, Türkmənçay müqaviləsi bizim yeni bir başlanğıcımızdır və bu tarixə baxış dəyişməlidir. Biz tarixdən həm də yaxşı mənada faydalanmalıyıq, özümüz üçün araşdırmalıyıq ki, nəyi əldə etdik, nəyi itirdik, istifadə edə bilmədik. Məsələn, hərbidən istifadə edə bilmədik. Və yaxud təhsilə çox önəm versəydik, rüşvəti universitetlərə buraxmasaydıq, müstəqillik dövründə bizim qarşımızda heç kəs dayana bilməzdi. Lakin universitetlərə oradan-buradan professorları, akademikləri doldurdular. Nəticədə bu gün də cəmiyyətin problemlərini çözə biləcək təfəkkürə malik adamlar tapanda sevinirik. Problem budur".

Azərbaycan Prezidenti bu yaxınlarda ATƏT-in Minsk Qrupunun Rusiyadan olan yeni həmsədrini Bakıda qəbul eləmədi. O, yalnız xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində qəbula layiq bilindi. İndi isə Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasına inansaq, belə çıxır ki, həmsədrlər artıq tam tərkibdə bölgəyə gəlmək, hətta “Şeytan yuvası” Xankəndinə getmək, bununla da separatçı tör-töküntülərinə, erməni separatizminə yeni nəfəs və legitimlik qazandırmaq fikrindədirlər.

Rəsmi Bakı onların Xankəndinə getməsinə icazə verərmi, verməlidirmi? Onlar oraya Azərbaycanın icazəsi olmadan, özbaşına necə, gedə bilərlərmi? Ümumiyyətlə, bizim Minsk Qrupu ilə bağlı incə taktikamız necə olmalıdır, madam hələlik onlardan tam imtina edə bilmiriksə? Mümkündürmü ki, onlar Bakıda Prezident səviyyəsində yox, Ceyhun Bayramov səviyyəsində də yox, məsələn, nazirin müavinlərindən biri səviyyəsində qəbul edilsin? Bununla da onlara bir daha anladılsın ki, özlərindən zorla “vasitəçi” düzəltməsinlər və status-filan söhbəti də əbədilik bitib.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyev qələbədən sonra Minsk Qrupu ilə bağlı sərt və düzgün mövqe tutdu, həmin vasitəçilərə ehtiyac olmadğını açıq bəyan etdi: “Yaxşı olar ki, Azərbaycan əvvəldən nümayiş etdirdiyi bu düzgün və qətiyyətli mövqeyi sonadək davam elətdirsin. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq son 25 il ərzində Minsk Qrupunun, onun həmsədrlərinin fəaliyyətinin dayandırılması üçün çox çalışmışıq, hava limanında, onların toplaşdığı binaların qapşısında dəfələrlə aksiyalar keçirmişik, hətta mətbuat konfransı keçirdikləri zala daxil olaraq çıxıb getmələrini tələb etmişik. Onlar yarandıqları gündən ermənilərə xidmət edirlər. İndi də həmin xidməti davam etdirirlər. Siz də müşahidə edirsiniz ki, həmsədrlərin fəaliyyətinin bərpa olunmasını xüsusi canfəşanlıqla Ermənistan tələb edir, havadarlarından bu məsələnin gündəmə gətirilməsini xahiş edirlər.

Azərbaycan son günlərdə Minsk Qrupu məsələsində sanki bir qədər yumşalıb. Məncə, qətiyyətli mövqedə qalmalıyıq. Siz sualınızda deyirsiniz ki, Azərbaycan həmsədrləri aşağı diplomatik səviyyədə qəbul etsin. Bu, yaxşı olardı. Yaxşı olar ki, həmsədrlər nazir müavini səviyyəsindən yuxarı qəbul edilməsin. Ola bilər ki, müəyyən diplomatık məqamlar var, amma biz bu məsələdə hər hansı güzəşti, yumşalmanı qəbul etmirik. İstənilən güzəşt sonrakı uğursuzluqlara yol açır. Azərbaycan öz sərt və haqlı mövqeyində qalmalı, həmsədrlərlə təmaslardan imtina etməlidir. Yumşalmağımız bizə yaxşı heç nə vəd etmir. Məsələnin ümidverici tərəfi odur ki, Prezidentimiz “status” məsələsində sərt mövqeyini davam etdirir, eyni zamanda həmsədrlərin fəaliyyət dairəsini müəyyənləşdirir ki, onlar yalnız etimad məsələləri, yolların açılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərə yardımçı olmalıdır. Yəni həmsədrlər burunlarını başqa məsələlərə soxmamalıdırlar. Bu, yaxşı haldır. Amma onları deyilən çərçivələrdə saxlamaq mümkün olacaqmı? Böyük ehtimalla, mümkün olmayacaq".

QAT sədri həmçinin hesab edir ki, digər tərəfdən, danışıqların bərpa olunması ermənilər üçün nəfəslik deməkdir: “Ermənilər nəticəsiz danışıqları mümkün qədər uzadıb vaxt qazanıb mövqelərini möhkəmlətməyə çalışacaqlar. Ona görə də bu cür danışıqlara razılaşmaq lazım deyil. Əgər razılaşmışıqsa, onda danışıqların uzadılmasına imkan verməməli, qısa vaxtda bitməsinə nail olmalıyıq. ”Düşməni yıxmısansa kəs!" Bu, min illərin sınağından çıxmış hikmətdir. O ki qaldı Qarabağa səfər məsələsinə Azərbaycan bu məsələdə xüsusi qətiyyət göstərməli və məsələ qoymalıdır ki, həmsədrlər Xankəndiyə gedəcəklərsə Azərbaycanın rəsmi razılığı alınmalıdır".

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Minsk Qrupunun həmsədrləri regiona səfəri çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil edə bilərlər: “Məhz Prezident İlham Əliyev də Fransa telekanalına verdiyi müsahibədə belə bir görüşə etiraz etmədiyini qeyd etdi. Ona görə də görünür, Azərbaycan öz şərtlərini qəbul etdirdiyinə görə həmsədrlərin regiona səfərinə etiraz etmir. Bu şərtlər əsasən, Ermənistan və Azərbaycan arasında mümkün sülh danışıqlarına töhfə vermək, Qarabağ məsələsini müzakirə etməməkdir.

Həmsədrlər Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulması istiqamətində vasitəçilik edəcək. Amma ABŞ və Fransa tərəfi bir müddətdən sonra “status” məsələsini gündəliyə gətirə bilər. Bu da növbəti dəfə iki ölkə arasında təmasların qurulmasının qarşısını alacaq. Minsk Qrupu öncə 10 noyabr Birgə Bəyannaməsinin yerinə yetirilməsinə çalışmalıdır. Əgər bu baş verməsə, ümumiyyətlə, bu formatdan imtina etmək lazım gələcək. Minsk Qrupunun iki ölkə liderlərini bir araya gətirməsi mümkündür. Əgər belə bir görüş təşkil olunacaqsa, prinsipcə Ermənistan tərəfi növbəti dəfə “status” məsələsinə qayıda bilər. Ümumiyyətlə, Bakı-Moskva-Ankara formatı çərçivəsində bu proses gedərsə, uğurlu olar. ABŞ və Fransanın yenidən prosesə qatılması ümumi vəziyyəti gərginləşdirəcək".

Politoloq qeyd etdi ki, Türkiyə prezidenti Ərdoğanla Soçidə görüşdən sonra Rusiya Prezidenti Putin Nikol Paşinyanı Moskvaya dəvət edib: “Görünür, Zəngəzur dəhlizi ilə bağlı danışıqlar olacaq. Bütün baş verənlər də göstərir ki, belə bir format olduqda Minsk Qrupunun yenidən dirçəlməsinə ehtiyac yox idi. Görünür, rəsmi Bakı Vaşinqtondan artan təzyiqləri neytrallaşdırmağa çalışır. Amma hər bir halda şübhəsiz ki, şərtlərimizi ciddi ortaya qoymalıyıq və yəqin ki, qoyulacaq”.

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Keçmiş dövlət başçısı sosial media hesablarında “Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam” məzmunlu video paylaşıb. Hazırda Batumi şəhərində olduğunu deyən Saakaşvili yaxın günlərdə paytaxt Tiflisə dönəcəyini bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 2-də ölkəyə dönəcəyi vədini versə də, səfərini bir gün tezləşdirib. Rəsmi dairələr isə onun ölkəyə daxil olması faktını təsdiq etmir. Seçkiöncəsi geri dönməsi isə Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi olacağı ilə bağlı iddiaların gündəmə gəlməsinə səbəb olub.

Və son xəbərlərə görə, artıq Saakaşvili həbs olunub və ona qarşı ittihamlar hazırlanır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya açıqlamasında deyib ki, Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi baş verə bilər: “Şübhəsiz ki, rəsmi Tiflis mümkün qədər onun gəlişinin qarşısını almağa, zərərsizləşdirməyə çalışacaq. Təbii ki, həbs oluna da bilər. Bütün hallarda onun qayıdışı təsadüfi deyil. Düzdür, uzun müddətdir geri dönəcəyini bəyan etsə, bu, baş vermirdi. Seçki dönəmində onun qayıtması və bunu uzun müddət sonra həyata keçirməsi müəyyən şübhələrə yol açır. Unutmaq lazım deyil ki, Saakaşvili ziddiyyətli fiqurdur. Eyni zamanda inqilab təcrübəsi və xarakteri var. Bu mənada rəsmi Tiflis üçün real təhlükə aşılayır”.

Analitikin sözlərinə görə, Azərbaycanda da bu məsələ diqqətlə izlənilməlidir: “Gürcüstan bizim qonşumuzdur. Hər ikimiz Cənubi Qafqaz xalqlarıyıq. Bu ölkədə baş verənlərin bizə də müəyyən təsirləri var. Eyni zamanda, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Əgər Saakaşvili kütləni arxasınca apara bilsə, bu halda region üçün yeni dönəm başlayacaq. Onun yenidən hakimiyyətə qayıdışı regionda qüvvələr nisbətini dəyişəcək. Digər yandan, dəqiq bəlli deyil ki, onun qayıtmasında kimlər maraqlı ola bilər. Bir neçə gün öncə verdiyi müsahibəsi zamanı Qərbin ünvanına kəskin fikirlər səsləndirməsi, yenidən hakimiyyətə gələrsə, fərqli siyasi texnologiyalardan istifadə edəcəyini bəyan etməsi də diqqətdən kənarda qalmamalıdır”.

“Yaxın günlərdə bütün bu məsələlərə aydınlıq gələcək. Bütün hallarda Gürcüstan siyasi mənada ağır dövrə daxil olur. İndidən hadisələrin hansı məcrada inkişaf edəcəyinə dair qəti proqnoz vermək mümkün olmasa da, bu qarışıq situasiya Gürcüstan siyasəti üçün tamamilə yeni mənzərə yaradacaq”, - deyə Əkbər bildirib.

Politoloq Turab Rzayev də AYNA-ya söyləyib ki, Saakaşvilinin gəlişi qonşu dövlətdə siyasi canlanmaya səbəb olacaq: “Gürcüstanda müxalifətə olan inam ölmək üzrəydi. Bir neçə dəfə Saakaşvilinin gəlişi gözlənilsə də, bu, baş vermədi. Bundan əlavə, onun olmadığı dövrlərdə rəhbəri olduğu partiyada parçalanmalar yaranır, bəzi qüvvələr iqtidarla anlaşmaya gedirdi. Bu xüsusda ölkəboyu müxalifət də zəif duruma düşmüşdü. Bu səbəbdən Gürcüstanda siyasi dəyişiklik etməyin yolu Saakaşvilinin geri qayıtmasından keçirdi. Yalnız onun özü siyasi vəziyyəti dəyişə, əhaliyə güvən verə bilərdi. Əgər o, doğrudan da Gürcüstana gəlibsə və bundan Gürcüstan hakimiyyət orqanlarının xəbəri yoxdursa, deməli, iqtidar daxilində də ona dəstək verən qüvvələr mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Gürcüstanda hakimiyyətə ciddi problemlər yarana bilər: “Hadisələrin inkişafı, hətta hakimiyyət dəyişikliyinə, yeni inqilaba qədər gətirib çıxara bilər. Sözsüz ki, bunun regiona da ciddi təsirləri olacaq. Məlumdur ki, Saakaşvili gedəndən sonra uzun müddət ABŞ-la Rusiya arasında üzdə görünməyən “centlmen sazişi” ortada idi. Faktiki olaraq ölkədə ikihakimiyyətlilik hökm sürürdü. Bir qrup dövlət qurumlarına rusmeylli qüvvələr, digərlərinə isə Qərb dairələri nəzarət edirdi. Bir müddət sonra rusmeylli qüvvələr üstünlük qazanmağa başladılar. Ola bilsin ki, Qərb bundan sonra hadisələri öz nəzarətinə almağa çalışır. Saakaşvilinin qayıdışı da bu xüsusda təsadüfi sayıla bilməz”.

Rzayevin Saakaşvlinin gəlişinin regionda da ciddi maraqla qarşılandığını qeyd edib: “Bilirsiniz ki, Saakaşvili postsovet məkanında “məxməri inqilab”ın əsas iştirakçılarından biridir. Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, Belarusda Lukaşenkonu devirməyə yönəlik fəaliyyəti də yaxın keçmişdə baş verib. Mümkündür ki, Saakaşvili Gürcüstanda hakimiyyəti ələ alaraq Ukrayna ilə birlikdə Rusiyaya qarşı ciddi təzyiq rıçağına çevrilsin”.

Şəki Rayon Baş Göynük kəndinin sakini Fəttahov Azər Məmməd oğlu ona məxsus əkinə yararlı torpaq sahəsinin kəndin bələdiyyə sədri və icra nümayəndəsi tərəfindən zorla əlindən alındığını iddia edir.
Bu barədə Yeniavaz.com-a danışan A. Fəttahov iddia edir ki, kəndin bələdiyyə sədri Yusif Hüseynəliyev və icra nümayəndəsi Rza Calalov Baş Göynük inzibati ərazi vahidində yerləşən Baş Şabalıd kəndində əkinə yararlı torpaqların bir qismini böyük maddi vəsait qarşılığında varlı sahibkara satdıqları üçün, onun torpağını əlindən alaraq Baş Şabalıd kəndinin sakinlərinə verirlər:
fettahov-azer
“Kənddən təxminən 25 kilometr məsafədə bizim əkin sahəmiz var. Sahəsi 1 hektar 29 sotdur. Həmin ərazinin yaxınlığında boş, kol-kosun bitdiyi təxminən 2-3 hektar bir ərazi var idi. 2018-ci ildə bundan əvvəlki bələdiyyə sədri Vüqar Məmmədovun yanına getdim və soruşdum ki, həmin ərazini təmizləsəm, müqavilə ilə mənə verərsinizmi, oranı əkib-becərim? Bildirdi ki, sən oranı təmizləsən, biz əlbəttə verərik. Mən də təxminən 5-6 min xərc çəkib həmin ərazini təmizlətdirdim və əkinə yararlı hala saldım. Çünki həmin ərazinin bir hissəsini sel yumuşdu, bir hissəsi daşlıq idi, bir hissəsində isə kol-kos bitmşdi. Elə həmin ilin yayında V. Məmmədov bələdiyyə sədrliyi vəzifəsindən getdi. Təəssüf ki, həmin vaxta qədər mən hələ ərazini normal hala sala bilmədiyim üçün müqavilə bağlaya bilmədik.
Keçən il yayda həmin əraziyə taxıl əkmişdim. Getdim yeni bələdiyyə sədri Yusif Hüseynəliyevin yanına. Ona məsələni izah etdim, dedim, sizdən əvvəlki bələdiyyə sədri Vüqar Məmmədovla bu barədə razılaşmışdıq, bələdiyyə sədrinin müavini İslam Bəkirov da bunu təsdiqləyə bilər. İ. Bəkirov hər iki bələdiyyə sədrinin də müavinidir. Hazırda da bu vəzifəni icra edir.
Yusif Hüseynəliyev də razılıq verdi. Ona 600 manat pul və şəxsiyyət vəsiqəmin surətini verdim, sənədləşməni tamamlamasını, rüsumları da bu vəsaitdən qarşılamasını istədim. Bildirdi ki, pul azdır. Dedim, azdırsa, bitəndə de, yenə verim. Razılaşdıq.
Bu söhbətin üzərindən təxminən 10 gün keçdikdən sonra Y. Hüseynəliyev mənə zəng vurdu və bildirdi ki, torpağın ərazisini müəyyənləşdirmək üçün rayondan, əmlak komitəsindən adam gətirib. Mən də oğlumu göndərdim, əraziyə baxıb getdilər. Bir gün sonra isə özüm getdim bələdiyyə sədrinin yanına, vəziyyəti soruşdum. Bildirdi ki, alınacaq.

Bizim sahələrin yaxınlığında bir nəfər ferma tikib. Satan bir neçə adamın da torpaq payını alıb, fermasına qatıb. Baş Göynük kəndinin bələdiyyə sədri ilə icra nümayəndəsi həmin adama 60 hektar torpaq sahəsi vəd edərək 90 min manat pul alıblar. Həmin ərazidəki bələdiyyə torpaqlarını da fermanı tikən sahibkara verirlər. Amma mənim bu təmizləyib taxıl əkdiyim yeri ona birbaşa verə bilmirlər. Çünki ona uzaqdır və sərf etmir. Ona görə də həmin fermanın yaxınlığındakı pay torpaqlarını sürüşdürdülər mən tərəfə. Mənim də pay torpağımı saldılar bu sürüşmənin içinə. Heç bir əsas olmadan mənim pay torpağımı əlimdən alırlar. Əgər o torpaq kiməsə müqavilə ilə verilirsə, birinci mənə təklif olunmalıdır. Mənim atam, anam o torpağa gözünün nurunu töküb, indi əlimdən alırlar”.
F. Azər bildirib ki, Baş Göynük bələdiyyəsi tərəfindən vergi borcunun ödənilməsi ilə bağlı ona və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın kadastrı və ünvan reyestri xidməti tərəfindən yerquruluşu planının hazırlanması barədə Baş Göynük bələdiyyəsinə göndərdiyi sənədlərdə də, onun əkinə yararlı vəziyyətə gətirdiyi ərazi kollu örüş ərazisi kimi göstərilib.
O sözügedən sənədləri redaksiyamıza təqdim edib:

F. Azər bildirib ki, indi həmin ərazini də Baş Şabalıd kəndinin sakinlərinə məxsus əkinə yararlı pay torpaqları kimi göstərirlər və onun özünə məxsus ərazinin də həmin kəndin sakinlərinə aid olduğunu bildirirlər.

Məsələ ilə bağlı Baş Göynük kəndinin bələdiyyə sədri Yusif Hüseynəliyevlə əlaqə saxladıq. Y. Hüseynəliyev sorğumuza rəsmi şəkildə cavab veriləcəyini bildirdi. Təqdim edəcəyini desə də, bələdiyyə sədri rəsmi sorğunu göndərmək üçün elektron poçt ünvanı təqdim edə bilmədi.
Kəndin icra nümayəndəsi Rza Calalov isə məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, F. Azərin iddiaları əsassızdır. R. Calalov hətta Azər Fəttahovun Baş Şabalıd kəndinin sakinlərinə məxsus torpaq sahəsini qanunsuz zəbt etdiyini bildirib. O qeyd edib ki, Fəttahov Azərdə sözügedən ərazinin ona məxsus olduğunu göstərən heç bir sənəd yoxdur:
“Heç kimi rəsmi torpağını əlindən almaq mümkün deyil. Fəttahov Azərin iddiaları tamamilə əsassızdır”.
Şəki Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov Yeniavaz.com-un iddialarla bağlı sorğusuna cavab olaraq bildirib ki, Azər Fəttahovun uzu illərdən bəri əkib becərdiyi torpaq Baş Şabalıd kəndinin 4 sakininə məxsusdur. R. Mənəfov bildirib ki, həmin şəxslər A. Fəttahovun onlara məxsus torpağı zəbt etməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər:
“Fəttahov Azər həmin torpağı zəbt edib. Baş Şabalıd kəndində bir neçə ailəyə məxsus torpaq sahəsini zəbt edib. Fəttahov Azər isə iddia edir ki, həmin ərazilər ona məxsusdur. Deməli, həmin məsələ yer quruluşunun mütəxəssisləri tərəfindən yerində araşdırılıb və mərz nişanları qoyulub. F. Azərə bildirilib ki, məhz onun iddia etdiyi 4 hektara yaxın torpaq sahəsi Baş Şabalıd kəndinin sakinləri Oruc Ququşov, Nuru Baxışov, Mikayıl Abdullayev və Rəhim Quliyevə məxsusdur. Həmin sakinlər də F. Azərin onların torpaq sahəsində qeyri-qanuni əkin aparmasını əsas gətirərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Həmin sakinlər iddia edirlər ki, F. Azərin oğlu tüfəngi götürüb torpaq sahəsini mühafizə edir və onlara sahəyə yaxınlaşmağa icazə vermir. Onlar bildirirlər ki, torpağın ona aid olmadığını mütəxəssislər də ona izah edib, lakin o bunu qəbul etmək istəmir. Azər Fəttahov Baş Şabalıd sakini deyil.
Torpağın uzun müddətdir ki, Azər Fəttahov və onun ailəsi tərəfindən əkilib becərilməsinə gəldikdə isə, məsələ bundan ibarətdir ki, həmin ərazi uzun müddət başqasına icarəyə verilib. Ola bilsin ki, A. Fəttahovun da ailəsi həmin icarədarların şəriyi olub və beləliklə uzun müddət həmin ərazini əkib-becəriblər. Lakin indi icarə müddəti bitib və torpağın sahibləri öz torpaqlarını istəyirlər.
Fəttahov Azərin iddia etdiyi əraziyə əsaslı sənədi yoxdur”.

Yenə də söhbət döndü-dolandı, əslində sağlamlığımızın keşiyində olmalı olan, realda isə mövcud xəstəliyimizin üstünə, bir də əsəb xəstəliyi artırmağı peşəkarcasına bacaran Səhiyyə Nazirliyinin üzərinə gəldi.

Səhiyyə Nazirliyi təəssüflər olsun ki, ölkəmizdə vacib olduğu qədər də, bərbad fəaliyyət göstərən qurumlardan biridir.

Elə bir gün yoxdur ki, o günü kimsə, daha doğrusu kimlərsə səhiyyəmizdən şikayət etməsin.

Yerli televiziya kanalları müəyyən ödəniş qarşılığında, reklam xatirinə özəl klinikalarda çalışan bəzi Türkiyədə təhsil almış həkimlər vasitəsilə Səhiyyəmizin güya inkişaf etdiyi pozitiv görüntü yaratmağa çalışsalar da, Dövlət xəstəxanalarında çalışan əksər həkimlər yenə bir yolunu tapıb səhiyyənin əsl simasını tanıtmağa nail olurlar.

Əminliklə deyə bilərik ki, Azərbaycan səhiyyəsinin ən yaxşı bacardığı iş rüşvət almaqdır.

2020-ci ilin özü ilə gətirdiyi pandemiya bəlası da Səhiyyəmizin, daha doğrusu bir çox işbaz səhiyyə işçilərinin "biznesinin inkişafına təkan verdi".

Rüşvətlə "COVID" testi götürən kim, rüşvət qarşılığında "yerimiz yoxdur" deyib, xəstəxanaya götürmədiyi xəstəni, elə həmin xəstəxanada "yer tapıb" yerləşdirən kim, reseptə bahalı dərmanlar yazaraq, əczaxanalarla əməkdaşlığını daha da inkişaf etdirən kim, reseptə yazılmış "covid"in müalicəsində yararlı dərmanları iki, hətta bəzən üç qat bahasına satan kim, kim.... kim... kim... və.s.
Saymaqla bitməyən bu qədər oyunları, bizim səhiyyəmiz illərdir yorulmaq bilmədən bizimlə oynayır. Hələ oynamağa nə qədər davam edəcəyi də bəlli deyil.
Səhiyyəni öldürməyib, ölümcül vəziyyətə salıb, yanı üstə qoyan Oktay Şirəliyevin izlərini bu sistemdən təmizləmək üçün yəqin ki, hələ çox zaman lazım gələcək.

Zatən, hələ deyəsən ağsaqqal Oktay Şirəliyevin nöqsanlarını aradan qaldıra biləcək (ən azından buna ümid edirik) biri də Səhiyyə Nazırı kürsüsünə əyləşməyib

Elə bu səbəbdəndir ki, "dərəni yiyəsiz görən, saysız tülkülər bəylik edir" lər.

Yəni, ağsaqqal sabiq nazirin zamanındakı "qayda" ilə davam edirlər.

"DogruXeber.az" informasiya agentliyinin redaksiyasına bu yaxınlarda daxil olan məlumatlar da bunun açıq sübutudur.
Demək, məlumatda bildirilir ki, Milli Onkologiya Mərkəzində rüşvət "ayaq tutub yeriyir".

Hansı ki, hazırkı dövrümüzdə tam müalicəsi mümkünsüz olan və onların müalicəsi Onkologiya Mərkəzində təmənnasız müalicə edilməli olan xəstələrə Mərkəzin həkimləri müalicəni rüşvətlə yazır, tibb bacıları da rüşvətlə bu müalicəni xəstəyə tətbiq edir.

Özü də əvvəlcədən təyin edilmiş xüsusi qiymətlər var.

Ağır ankoloji xəstəyə bir iynəni 100 manata vururlar. Hələ üstəlik xəstə yaxınları ilə "bazarlıq" edib, növbəti iynələrdə "endirim" edəcəklərini dəyərək, "müştəri" də "şirnikləndirirlər".

Bun videogörüntülərdə də gördüyünüz kimi Davud həkim bu vətəndaşa qarşı "humanistlik" göstərərək, "ola bildiyi qədər endirim edib".

Vurulmalı olan iynənin 4-nü 100-dən aşağı yeri yoxdur, qalan ikisini "endirim" edib, onların ikisinə 100 manat.

Yəni, məşhur reklam mətnlərində olduğu kimi - "6 al, 5 ödə".

Deyir: - "Gedin, baxın. Hər yerdə xəstələrdən bu iynənin hər biri üçün 150-200 manat alırlar. Amma, rayonlara getsəniz, hamısı birlikdə sizə 250-300 manata başa gələcək.

Mən həqiqətən sizə kömək etmək istəyirəm, ona görə minimum qiymət deyirəm."

Yeri gəlmişkən onu da bildirək ki, Milli Onkologiya Mərkəzinin gəlirləri təkcə dövlət tərəfindən ayrılan maaş və xəstə yaxınlarından aldıqları rüşvətdən ibarət deyil.

Redaksiyamızın əldə etdiyi daha bir məlumata görə Milli Onkologiya Mərkəzi açıq tender keçirib. Tenderin qalibi olan "Azər-Med" QSC ilə müqavilə imzalayıb.

"Tibbi avadanlıqların satın alınması" adı ilə keçirilən və külli miqdarda məbləğin də qeyd edildiyi bu müqavilə isə Dövlət Satınalma Portalında katirovka sorğusu baş tutmadan keçirilib.

Açıq tender elan verildikdən ən azı 30 iş günü sonra keçirilməlidir.

Milli Onkologiya Mərkəzi isə nə vaxt, harda elan verdiyi bəlli deyil, lakin 08.09.2021-ci il tarixində tenderin qalibini elan edir.

"Tibbi inventarların satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.Açıq tenderin qalibi "Azəri-Med" QSC olmuşdur.

Milli Onkologiya Mərkəzi qalibə 47 mn 649 manat ödəyəcək."

16.09.2021-ci il tarixində yenidən eyni adlı şirkətlə, "Azər-Med" QSC ilə tender müqaviləsi imzalanıb.

Bu müqavilə barəsində də nə əvvəlcədən verilmiş elana, nə qalib adının açıqlandığı elana heç bir mediada rast gəlmədik.

Qeyd: Qanunvericilikdə nəzərdə tutulur ki, millət vəkili, dövlət məmuru hər hansı bir özəl bizneslə məşğul ola bilməzlər.

Qeyd2: Deyilənə görə, "Azəri -Med" QSC nin rəhbəri 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin müavini Kəmaləddin Qafarovdur.

"Tibbi avadanlıqların satınalınması" adı altında, külli miqdarda məbləğin qeyd edildiyi və açıq tender olmasına baxmayaraq, katirovka sorğusu baş tutmadan keçirilən tender barəsində yaranmış suallarımızı cavablandırması üçün Milli Onkologiya Mərkəzinin elektron ünvanına rəsmi sorğu göndərdik.

24 saat ərzində cavab verilməli olan sorğumuza, iki həftəyə yaxın müddətdə cavab gəlmədiyini görüncə, sözügedən mərkəzlə telefon əlaqəsi saxladıq.

Özünü Saida xanım kimi təqdim edən, telefonumuza cavab verən xanım bildirdi ki: - "Bizim akademik Cəmil müəllim bu sorğuya cavab vermədi. Deyir, Səhiyyə Nazirliyinə göndərsinlər sorğunu, ordan cavab alsınlar."

Mətbuatın sorğusuna cavab verməyi lüzum bilməyəcək qədər məsuliyyətsiz olan bu qurum, eyni zamanda bağladığı şübhəli tender müqavilələrinin və xəstə yaxınlarından aldıqları rüşvətin də məsuliyyətini öz boyunlarından ataraq, Səhiyyə Nazirliyinin üzərinə atmağa çalışır.

Ya da nə bilmək olar, atalar deyir: "balıq başdan iylənər". Bəlkə elə həqiqətən də bu boyda məbləğlərlə oynayan Milli Onkologiya Mərkəzinin arxasında Səhiyyə Nazirliyinin özü dayandığı üçün bu qədər sərbəstdir.

Cəmil müəllim də sorğumuza cavabı Səhiyyə Nazirliyinin verməli olduğunu deyərək, bəlkə də elə buna işarə edib.

Qeyd: Milli Onkologiya Mərkəzi hələ təkcə 2021-ci ildə bir neçə tender elan edib. Onların bir neçəsinin qalibləri barəsində də mediada heç bir məlumata rast gəlmədik.

Elan var, qalib yox.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Füzuli uğrunda gedən döyüşlərdə canından keçmiş 18 yaşlı şəhidimiz, fəxr və qürur yerimiz Dəmirov Ədalət Nüsrət oğlunun məzarı başında hicablı qadınların çıxışı ictimaiyyətdə narazılıqla qarşılanıb. Buna səbəb isə xanımların İranın siyasi mövqeyindən İsrailə qarşı çıxış etmələri olub: "Hər birimizin susmağı bizim Azərbaycanın başına bir bəladır. Hər birimiz haqqı bilək danışmayaq, hamımızın başına bəla gələcək. İsraili bütün yerlərdən qovlayıb çıxardıblar, indi Bakıda məskən salıb. Biz bu günləri qorxudan səsimizi çıxartmayaq. Mən də dinmirəm. Amma buna yüz faiz əmin olun ki, uzağı 5 ilə İsrail bizi Fələstinin gününə salacaq. Yəni şiələr bizim üstümüzə qalxacaq, evimizdə uşaqlarımızı öldürəcək və ondan sonra da bu torpaqları ələ keçirəcək. İsrail heç bir müsəlman ölkəsi ilə dost deyil, xanımlar. Bunu yadınızdan çıxardın. Bilin ki, İsrail bizə elə-belə silah verməyib".

Sual olunur, bu xanımlar dua oxumağa gəlib, ya şəhiddən, şəhidin ailəsindən təbliğat məqsədilə istifadə etmək üçün? Bu cür halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Mövzuya münasibət bildirən ilahiyyatçı-ekspert Tural İrfan "Şərq"ə açıqlamasında qeyd edib ki, din siyasətdən ayrıdır. O vurğulayıb ki, ölkədə din adamlarının, ruhanilərin siyasətə qarışması doğru deyil:

"Şəhidin məzarı başında hicablı qadınların İranın siyasi mövqeyindən İsrailə qarşı çıxış etməsi məhz şeyxlik məqamına hazırlaşdırılan Şahin Həsənli kimi şəxslərin uzun illik təbliğatının nəticəsidir. Çünki İranın Azərbaycandakı nümayəndəsi qeyri-rəsmi tələbələr yetişdirir, bunlardan biri də Hacı Şahindir. Onun bütün moizələri, söhbətləri, təşkil etdiyi ayin və tədbirlər sırf İran təmayüllüdür və İranın siyasi xəttinə xidmət edir. Bu təbliğatın nəticəsində də belə adamlar yetişir. İranda dinlə siyasət eynidir. Ona görə onların ruhanilərinin hər bir fətvası, göstərişi sırf öz ölkələrinin maraqlarına xidmət edir. Ancaq bizim ruhanilər də onları kor-koranə təqlid etməklə bir növü məcburi şəkildə İranın siyasi maraqlarına alətə çevrilirlər. Ölkədə dini maarifçilik düzgün aparılmır. Dünən görürəm ki, bütün milli düşüncəli, savadlı, elmi dərəcəsi olan ilahiyyatçı və ruhanilərdən vaz keçilərək, heç bir ilahiyyat təhsili almamış, ixtisasca texnoloq olan Şahin Həsənlini Şəhidlərin anım günündə başa keçirib nazirlə yanaşı təqdim edirlər. Bu da haqlı olaraq ziyalı dini təbəqədə etiraz yaradır. Əksər ziyalılar, hətta partiya sədrləri belə buna etiraz edir bu gün. Çünki hamı görür kim kimdir. Müctəhidə təqlid sistemini ölkədə formalaşdırıblar. Və deyirlər ki, müctəhid də yalnız İranda ola bilər. Odur ki, namaz qıldınsa gərək hökmən müctəhidə təqlid edəsən, yəni tabe olasan. Bunu təbliğ edənlərdən biri də məhz Şahin Həsənlidir. Mən əminliklə deyirəm ki, o qadın Şahin Həsənlinin moizələrindən dərs alanlardandır. Yəni kimlərsə dindarları İrana alət edir. Əksər məscidlərdə Kəbədən sonra İrana, Xorasana ikinci qiblə kimi ibadət edilir. İran mollasına xüms, zəkat adı ilə ianələr göndərilir".

T.İrfan əlavə edib ki, ən əsası isə onlara tabeçilik təbliğ olunur və bunu edənlər başa keçirilir:

"Milli ruhda təhsil alan, Türkiyə meyilli, savadlı, ziyalı ilahiyyatçıları isə uzaqlaşdırıblar. İsrail Qarabağ savaşında Azərbaycana kömək edib. İsrail İranın düşməni ola bilər. Ancaq bunun bizə dəxli yoxdur. Bizim öz düşmənimiz var. Qarabağda məscidlərə donuz salan erməniyə bir söz deməyən o xanım, Azərbaycan əsgərinin qalib gəlməsi üçün ən modern silahlarını bizə təqdim edən bir ölkəyə dil uzadır, təxribat yaradır. Mən hesab edirəm ki, o və onun kimi adamları məhz o cür düşünməyə vadar edən qüvvələr zərərsizləşdirilməlidir. Son günlər İranla yaranan bəzi narahatlıqlardan dərhal sonra bu kimi çıxışlar meydana gəldi. Demək bu, idarə olunur. Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdə İran səfirliyindən daha böyük işlər görüb İran üçün. Onun bir xırda nümunəsi həmin molla xanımın çıxışıdır. Ona görə də ölkədə müstəqil, milli islam modeli formalaşmalıdır. Yerli, savadlı, elmi dərəcəli, ziyalı ilahiyyatçılara imkan yaradılmalıdır ki, onlar qabağa düşüb inanclı insanları xarici təbliğatdan qorusunlar. Nəinki bayaq adını çəkdiyim kimi adamları, əqidəsini gizlədib üzdə bir cür, arxada başqa cür fəaliyyət göstərən şəxsləri önə çıxarsın".