“WhatsApp” messencerinə çoxdan gözlənilən yenilik əlavə olundu

“WhatsApp” messencerində çoxdan gözlənilən yenilik, “Windows 10” və “macOS” əməliyyat sistemləri üçün əlçatan oldu.

Open.az xarici mənbələrə istinadən xəbər verir ki, ötən ilin payız aylarında test edilən, audio və video zəng funksiyaları WhatsApp Desktop üzərindən istifadəyə verildi.

Təchizatçılar vəd edirlər ki, masa üstü (Desktop) kompyuterlərində istifadə ediləcək yeni əlavələr xüsusi kilid ilə şifrələnərək “WhatsApp” üçün belə məxfi məlumat statusunda qalacaq.

Bundan əlavə tətbiqetmənin istifadəsi yeniliklər sayəsində olduqca rahat üsluba qovuşub. Belə ki, messencer üzərindən aparılan dialoqlar zamanı, tətbiqə məxsus pəncərələr digərlərindən daha üst hissələrə bərkidilərək “portret” və ya “albom” formatında əks olunacaq.

Mənbə:
0
970
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar