Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Xarici Əlaqələr Komitəsi AK Partiya İstanbul Millət vəkili Akif Çağatay Kılıçın sədrliyi ilə toplanıb.
İclasda Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının Rəyasət Heyətinin rəsmiləri də iştirak ediblər. Xarici işlər nazirinin müavini Burak Akçapar parlamentarilərə Finlandiyanın NATO-ya qoşulmasıyla bağlı qanun təklifi barədə məlumat verib.
Akçapar, "Finlandiya, bu prosesin lap əvvəlindən bəri ölkəmizin həssaslığını və gözləntilərini yerinə yetirmək üçün daha hazırlıqlı və qətiyyətli idi" deyə bildirib.
Danışıqlardan sonra Finlandiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması ilə bağlı Protokolun təsdiq edilməsi təklifi qəbul edilib.
İlahə Əliyeva
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, martın 11-də Kəraçi limanından yola düşən “PNS Moawin” gəmisi səhər saatlarında limana yanaşıb.
Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakət qurbanları üçün 2600 qış çadırı, ədyal və müxtəlif dəstək materialları daşıyan hərbi gəmidə, "23 Mart Pakistan Milli Günü" münasibətiylə Pakistan bayrağı dövlət himninin müşayiəti ilə qaldırılıb, daha sonra İstiqlal Marşı səsləndirilib.
İlahə Əliyeva
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri N. Paşinyan tərəfindən 23 mart tarixində səsləndirilmiş əsassız iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.
"Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir.
Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır", - XİN rəsmisi qeyd edib.
Visiontv.az xəbər verir ki, bunu Kahramanmaraşda 17 902 binanın təməlqoyma mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident Ərdoğan Kahramanmaraş Bələdiyyəsi qarşısında "Pazarcık zəlzələsindən sonra 17902 Fəlakət və Kənd Evinin İlk Təməl Qoyma Mərasimi"ndə iştirak edir.
İlahə Əliyeva
XİN-dən Visiontv.az-a verilən xəbərə görə, 23 mart 2023-cü il tarixində Ermənistan mətbuatında yayılmış iddiaya əsasən Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və guya Azərbaycanın Laçın yolu ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarının yerinə yetirilmədiyinin xatırlandığı bildirilib. Bu xəbəri necə şərh edərdiniz sualına cavabında A.Hacızadə deyib:
"Ermənistan mətbuatının yaydığı bu xəbər Ermənistan tərəfinin növbəti yalan və manipulyasiyasıdır, həqiqəti əks etdirmir.
Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Niderland XİN-ə çağırılmayıb. Səfirin XİN-də sonuncu dəfə öz təşəbbüsü ilə görüşü 15 mart tarixində olub".
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Helsingin Sanomat qəzeti xəbər yayıb.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, daha sonra Kahramanmaraşda vətəndaşlarla bir araya gələcək Ərdoğan, ilk iftarını zəlzələ qurbanları ilə birgə açacaq.
Zəlzələdən zərər çəkmiş 11 əyalətdə 46 min 500 evin tikinti prosesi başlayır. İlkin mərhələdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 17 902 binanın bu gün təməli qoyulacaq.
İlahə Əliyeva
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə quruma üzv ölkələrin nümayəndə heyətlərinin təmsilçiləri iştirak ediblər. Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Ramin Məmmədov təmsil ediblər.
Gündəlik təsdiq edildikdən sonra iclasda “QDİƏT-ə üzv dövlətlərin sosial-iqtisadi inkişafında Kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda hesabat layihəsi təqdim edilib. Mövzu ətrafında müzakirələrdə iclas iştirakçıları öz fikirlərini açıqladıqdan sonra hesabat layihəsi qəbul edilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.
Yığıncaqda, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti barədə məlumat dinlənilib.
İclasda bir sıra təşkilatı məsələlərə də baxılıb. Milli Məclisin komitə sədri Musa Quliyev yenidən QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri seçilib. Tədbir iştirakçıları, habelə komissiyanın sədr müavinlərini də seçiblər.
Toplantıda komissiyanın növbəti iclasının yeri, tarixi və mövzusu müəyyən olunub. Komissiyanın 61-ci iclasının Rusiya Federasiyasında 2023-cü ilin oktyabr ayında keçirilməsi planlaşdırılıb. Tədbirdə “QDİƏT-ə üzv dövlətlərdə uşaqların müdafiəsi siyasətinin gücləndirilməsində parlamentlərin rolu” mövzusunun müzakirəsi nəzərdə tutulub.
Visiontv.az
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Ermənistan XİN başçısı Ararat Mirzoyan “İrəvan Qarabağa beynəlxalq missiyanın göndərilməsinə məsələsində Moskva ilə əməkdaşlığa ümid edir” bəyanatı ilə çıxış edib. Bəs Rusiya Ermənistanın Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına necə yanaşır?” suala cavabında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb.
“Bir çox məsələlər əlbəttə ki, tərəflərin özlərinin siyasi iradəsindən asılıdır. Vacibdir ki, üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunsun. Çünki, bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının “yol xəritə”sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi Bakının da razılığı tələb olunur. Lakin bugünkü gün biz belə şeyi görməmişik. Hər iki tərəfin bununla bağlı (Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi-red) razılığının mövcudluğunu nəzərdə tuturam”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Tekirdağ limanından Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi limanına gedən Panama bayraqlı, hündürlüyü 63 metr, qüllə hündürlüyü 120 metr olan "Aras Driller" platforması səhər saatlarında Mərmərə dənizi istiqamətindən Bosfor boğazına daxil olub.
Qeyd edək ki, platformanın qüllələri "1915 Çanaqqala körpüsü"ndən keçə bilməsi üçün suya batırılıb və hündürlüyü 67 metrə endirilib.
Çanaqqala boğazı platformanın keçidi ilə əlaqədar hər iki istiqamətdə tranzit gəmilərə bağlanılıb. Boğaz təxminən 15 saat gəmi keçidlərinə bağlı saxlanacaq.
İlahə Əliyeva
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Konqres Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış zamanı bildirib.
“Bunun üçün bir sıra əsaslı səbəblər var, xüsusilə də sülhməramlı missiyalar çərçivəsində Azərbaycan və NATO hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi olduqca vacibdir”, - Blinken dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin ABŞ Prezident Administrasiyasının Azərbaycan Ordusunun beynəlxalq hərbi təlimlərdə iştirakı üçün 700 min dollar tələb etməsi ilə bağlı təxribatçı sualını cavablandırarkən deyib.
Qeyd edək ki, senator Menendez arvadı Nadine Arslanyanın sxemi ilə erməni lobbisindən külli miqdarda pul vəsaiti almaq kimi qaranlıq əməlləri nəticəsində uzun müddətdir ki, ABŞ Federal Təhqiqat Bürosunun (FTB) diqqətini cəlb edib və bununla bağlı araşdırma aparılır.
Beləliklə, erməni lobbisi tərəfindən maliyyələşdirilən senatorun növbəti təxribatı fiaskoya uğrayıb.
Erməni lobbisinin cəhdlərinə və lobbidən maliyyə dəstəyi alan "cib senatorlar"ın sayının artmasına baxmayaraq, Azərbaycan və ABŞ hər iki ölkə üçün faydalı olan qarşılıqlı əməkdaşlığı davam etdirir.
Visiontv.az TRT Haber-ə istinadən xəbər verir ki, Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim dəyişikliyi naziri Murat Kurum, sosial media hesabından verdiyi açıqlamada, 6 fevralda baş verən Kahramanmaraş episentrli zəlzələdən zərər çəkmiş insanları bir ildən sonra isti evlərinə qovuşduracaqlarını, bu gün isə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ilk təməllərin qoyulacağını bildirib.
İlahə Əliyeva
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Qərbin və Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına cəlb olunması ilə miqyaslı problemlər yaranmağa başladı. Onlar peyda olan kimi, miqyaslı problemlər yaranmağa başladı”, - Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.
Zaxarovanın sözlərinə görə, Qərbin sülh haqqında sözləri və yardım etmək istəkləri ilə bağlı bəyanatları reallıqda olan vəziyyətlə tamamilə ziddiyyət təşkil edir.
Rusiya XİN sözçüsü ABŞ dövlət katibi Entoni Blinkenin “Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatına da münasibət bildirib: “Gəlin baş vermiş hadisəni şərh edək. Perspektivləri çoxları şərh edir. Lakin biz o mövqedən çıxış edirik ki, əvvəl bu (sülh sazişinin imzalanması-red.) baş verməlidir, sonra isə onu şərh etmək lazımdır. Biz hər zaman şərh verməyə hazırıq. Lakin burada şərh ediləsi bir şey yoxdur”.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, "əsrin fəlakəti" olaraq adlandırılan Pazarcık və Elbistan episentrli zəlzələlərdən zərər görən vilayətdə, vətəndaşların sığınacaq probleminin həlli üçün işlər davam etdirilir.
Malatyanın ən böyük konteyner şəhərciyi isə İnönü Universiteti Texnoparkın bağçasında təxminən 200 dekar sahədə qurulub.
İnfrastruktur işlərindən sonra 2 min 122 konteyner qurulan müvəqqəti məskunlaşma mərkəzinə 8 min nəfər yerləşdirilib.
İlahə Əliyeva
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bu mövzunun olduqca həssas xarakter daşıdığını söyləyib. Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır:
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir. Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.
Zaxarova Ermənistan tərəfinin də oxşar müraciətinin olduğunu da xatırladıb.
Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri bayram günlərində İdarənin qəza xidmətinin əməkdaşlarına dəstək olmaq məqsədi ilə abonent tərəfindən daxil olan müraciətin birinin icrasını öz üzərinə götürüblər.
Ətraflı video materialda:
Visiontv.az
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, sülh prosesinə alternativ yoxdur.
"Hesab edirik ki, sülh prosesinə alternativ yoxdur. Bunda biz qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova qeyd edib ki, Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin artması və Laçın dəhlizi ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı tərəflərin güzəşt axtarmağa hazır olmaması narahatlıq doğurur.
Visiontv.az xəbər verir ki, aksiyanın təşkilatçılarından olan Mahmud Bilgin APA-ya açıqlamasında aksiyanın əsas tələblərindən bəhs edib:
"Əsas məqsəd İrandakı fars-molla rejiminin Azərbaycan türklərinə qarşı törətdiyi əməllərə etirazdır. Bu əsasda da azadlıq, ədalət, Milli Hökumət çağırışları edərək millətimizin milli mənfəətlərini səsləndirəcəyik. Aksiyada Güney Azərbaycanın da bayraqları olacaq. Bu vasitə ilə İranda yaşayan qeyri-türk millətindən olanlara çağırış etmiş olacağıq. Birlikdə çalışaçağıq ki, dünyaya öz varlığımızı göstərək və Güney Azərbaycan faktorunun siyasi müstəvidə nəzərdə tutulmadan heç bir demokratik irəliləyişə nail oluna bilinmədiyini sübut edək".
Mahmud Bilgin, Avropa ölkələrindən də çağırışlarına səs verildiyini vurğulayıb:
"Aksiya üçün Güney Azərbaycan siyasi təşkilatları, milli fəallar, fərqli düşünən hər kəs bir araya gəlib. Birlikdə, ciddi iş birliyi ilə sözügedən hərəkatı irəliyə aparacağımızı düşünürük və inanırıq ki, 25 mart milli bayram gününə çevriləcək.
Azərbaycan vətəndaşlarına, diasporumuza, habelə türk cəmiyyətlərinə də çağırış etmişik. Biz, bütün bacı-qardaşlarımızı yanımızda görmək istəyirik ki, səsimizi daha yaxşı eşitdirə bilək. Aksiyaya gəlmək üçün xüsusi avtobuslar da nəzərdə tutulub. Norveç, Almaniya, Fransa, İngiltərə, Danimarka, İsveç, Finlandiya kimi ölkələrdən də aksiyaya gələnlər olacaq. Bu da, hesab edirəm ki, Güney Azərbaycan məsələsində böyük bir tərpənişə təkan verəcək".
Qeyd edək ki, aksiya 25 mart saat 14:00-da başlayacaq və saat 17:00-ə qədər davam edəcək. Aksiyanın başlanma yeri Lüksemburq meydanı, sona çatağı yer isə Şuman meydanıdır.
Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, episentri Kahramanmaraşın Göksun səmti zəlzələ, yerin 7 kilometr dərinliyində qeydə alınıb.
İlahə Əliyeva
Visiontv.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri və media mənsubları iştirak edib.
Qeyd edək ki, Oqtay Əliyev martın 22-də yol-nəqliyyat hadisəsi zamanı vəfat edib.
Xatırladaq ki, Oqtay Əliyev təsisatçısı olduğu "SOY" pradakşınla birgə onlarla televiziya layihəsinin müəllifi və baş prodüseri olub.
12:04
Ötən gün yol qəzasında vəfat edən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə vida mərasimi keçirilir.
APA xəbər verir ki, Oqtay Əliyevin evində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak edir.
Qeyd edək ki, mərhum bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
10:44
Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn yeri dəyişib.
APA xəbər verir ki, o, bu gün saat 13:00-da ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, dünən axşam saatlarında Oqtay Əliyevin Mehdiabaddakı ailə qəbiristanlığında dəfn olunacağı deyilmişdi.
Qeyd edək ki, dünən Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib.
Visiontv.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
"Xəbər verdiyimiz kimi, tanınmış teatr və kino xadimi, Xalq artisti Mehriban Zəki martın 22-də avtomobil qəzası nəticəsində xəsarət alıb. Hadisədən dərhal sonra Mədəniyyət Nazirliyi tərəfindən aktrisanın vəziyyəti nəzarətə götürülüb. Xalq artistinin xəstəxanaya yerləşdirilməsi, daha sonra başqa müalicə müəssisəsinə köçürülməsi diqqətdə saxlanılır. Mehriban Zəkiyə Allahdan şəfa diləyirik", - məlumatda vurğulanıb.