Uşaqlar üçün açıq havada məşğələ, ekskursiya və ustad dərsləri davam edir-FOTO  

Təhsil Nazirliyinin dəstəyi, NARGIS Nəşriyyat Evi və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 5-14 yaş arası uşaqlar üçün “Make the Earth Smile” (“Yer kürəsində təbəssüm yaradın”) adlı açıq dərslər, interaktiv görüşlər, açıq havada məşğələ, ekskursiyalar və ustad dərsləri proqramının təşkilinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində uşaqlara tullantıların düzgün atılması, təkrar emal edilə bilməyən materialların zərərləri və tullantılardan sənət əsərləri yaratmaq barədə məlumat verilir. Proqram 23 iyul - 27 avqust tarixlərində  cümə günləri saat 17.00-19.00-da NARGIS jurnalının Dənizkənarı Milli Parkdakı sərgisində keçirilir.

 

Tədbirin proqramına mütəxəssislərlə görüşlər, israf problemi barədə uşaq qrupları ilə müzakirə, komanda debatları, həmçinin, açıq havada komanda interaktiv oyunları, NARGIS jurnalının sərgisinə ziyarət, heykəltəraş və rəssamların əsərlərinin müzakirəsi, "Əşyaların ikinci həyatı" oyun-ev tapşırığı və “Yaradıcı Mən" dizaynerlə master-klass daxildir.

 

Sərgidə təqdim olunan 15 instalyasiya arasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə NARGIS Nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış "Eynşteynin Portreti" paneli də yer alır. 

 

Məktəblilərin bu cür sərgilərdə iştirakı onlarda təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

 

 

 

Mənbə:
0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar