Ucarda toy qaydalarını pozan 6 nəfər

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən 6 fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri ilə profilaktiki səpkidə söhbətlər aparılıb və həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Mənbə:
0
82
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar