Türkiyədəki kütləvi yanğınlardan ölüm sayı artıb

Türkiyənin Muğla rayonunda baş verən yanğında bir nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün “twıtter” səhifəsində yazıb.

Marmaris rayonunun Bələdiyyə sədri Mehmet Oktay bildirib ki, hazırda ölüm hadisəsi baş verən İçmeler mərkəzindəki yaşayış məntəqələrində təhlükə yoxdur, amma yanğın Bozburun yarımadasına doğru davam edir.

M.Oktay yanğının təxribat ehtimalı ilə törədildiyi ehtimalının böyük olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə dünəndən davam edən kütləvi yanğınlarda ümumilikdə 4 nəfər ölüb.

Mənbə:
0
157
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar