“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təqaüd qazanan gənclər dünyanın Bilkent Universiteti, Koç Universiteti, Orta Şərq Texniki Universiteti, Bonn Universiteti, Frayburq Universiteti, Stanford Universiteti, Nyu-York Universiteti, “Texas A&M” Universiteti, Corc Vaşinqton Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Kral Kolleci, London Biznes Məktəbi, “UCL”, Uorvik Universiteti, Strasburq Universiteti, Tartu Universiteti, Roma Sapienza Universiteti, Milan Politexnik Universiteti, Toronto Universiteti, MakQill Universiteti, Britiş Kolumbiya Universiteti, Amsterdam Universiteti, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Sinqapur Nanyanq Texnoloji Universiteti, Monaş Universiteti, Sidney Universiteti, “KU Leuven” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Bu barədə TED.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram üzrə mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, ixtisaslarına daha çox müraciət olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.
Aviasiya tənzimləyiciləri tərəfindən iki il davam etmiş yoxlamalardan sonra “Boeing” şirkəti bu həftə özünün “787 Dreamliner” seriyalı təyyarələrinin satışını bərpa edəcək.
TED.az xəbər verir ki, Federal Aviasiya İdarəsinin bazar ertəsi yayılmış bəyanatına görə, “Boeing” şirkəti təyyarələr sisteminə zəruri dəyişikliklər edib. Bundan sonra “American Airlines” aviaşirkəti çərşənbə günü 40 ədəd ikifüzelyajlı sərnişin təyyarəsini qəbul edəcək. Bəyanatda göstərilir ki, “787 Dreamliner” təyyarələri indi sertifikatlaşdırma standartlarına müvafiqdir.
Federal tənzimləmə orqanları və “Boeing” şirkəti bu seriyalı təyyarələrdə bir sıra istehsal qüsurları aşkar edəndən sonra onların satışı iki il təxirə salınmışdı.
Yeni satışlar aviasiya sahəsi üçün böhranlı dövrdə baş verir: səyahətlərə tələbat yenidən artmağa başlayıb. “American Airlines” və “United Airlines” aviaşirkətləri uzaq beynəlxalq marşrutlarda “787 Dreamliner” təyyarələrindən istifadə edən əsas iri aviadaşıyıcılardır.
Ötən ay “Delta Air Lines” aviaşirkəti özünün köhnəlmiş donanmasını yeniləmək üçün 100 ədəd yeni “Boeing 737 Max 10” avialayneri alıb. Gözlənildiyinə görə, 2025-ci ildə alıcıya çatdırılacaq bu avialaynerlər Nyu-York, Boston, Atlanta və Los-Anceles kimi əsas aeroportlardan uçacaqlar.
Xatırladaq ki, 2018-ci və 2019-cu illərdə iki aviaqəzada 346 nəfər həlak olandan sonra “737 Max” seriyalı təyyarələrindən istifadə olunması 18 aylığa qadağan edilib. Həmin aviaqəzaların səbəbləri avtomatlaşdırılmış uçuşun proqram təminatında problemlər ilə bağlı idi.
“Coinbase” kriptovalyuta birjası bu ilin II rübünü 1.1 milyard ABŞ dolları zərərlə başa vurub. Halbuki, birja ötən ilin eyni dövründən 1.6 milyatrd dollar mənfəətlə çıxmışdı.
Məlumata görə, ötən rüb şirkətin gəlirləri illik müqayisədə 61% və yaxud 2.5 dəfə azalaraq 0.8 milyard dollara düşüb.
Hesabat dövründə “Coinbase”də 217 milyard dollarlıq əməliyyat aparılıb, bu isə 1 il əvvələ nisbətən 2.1 dəfə azdır.
<p style="text-align:;" justify;">İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC rəqəmsal xəritə əsaslı platformanın yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi “4Maps Bilgi Teknolojileri” MMC-dir.
<p style="text-align:;" justify;">TED.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.
<p style="text-align:;" justify;">Bildirilir ki, qalib şirkətə 3.73 mln. manat ödəniləcək.
<div style="text-align:;" justify;">Bu gün Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) 4 yaşı tamam olur. DOST Agentliyi Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanı ilə yaradılıb.
<div style="text-align:;" justify;">Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur.
<div style="text-align:;" justify;">İndiyədək DOST Mərkəzlərində 1 milyondan çox vətəndaşa xidmət göstərilib və vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 98,1 % olub.
<div style="text-align:;" justify;">DOST mərkəzləri şəbəkəsi ilbəil genişlənməkdədir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 DOST mərkəzi açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanıb. Artıq Zəngilanın Ağalı kəndində ilk “Smart DOST” məntəqəsi istifadəyə verilib. Paralel olaraq Bakı şəhərində sonuncu DOST mərkəzinin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılmaqdadır.
<div style="text-align:;" justify;">“Çağrı Mərkəzi” tərəfindən isə ötən dövr ərzində 2,7 milyon vətəndaş müraciəti cavablandırılıb.
<div style="text-align:;" justify;">Fəaliyyəti dövründə DOST Agentliyi ictimai iştirakçılığın təşkili, könüllü hərəkatına dəstək, gənclər siyasətinə dəstək, dövlət-vətəndaş münasibətlərinin inkişafı, yüksək keyfiyyətli xidmət, gənclərin əmək bazarına hazırlığı və fəal yaşlanmanın təmin olunması məqsədilə “Könüllü DOST” proqramını icra edib. Agentlikdə könüllülük fəaliyyəti 5 istiqamətdə - "Gənc DOST", "Gümüşü DOST", “İnklüziv DOST”, “Korporativ DOST” və "Distant DOST" altproqramları təşkil edilib.
<div style="text-align:;" justify;">DOST Agentliyinin fəaliyyəti beynəlxalq arenada da yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Agentlik bu il 5 beynəlxalq mükafatla, o cümlədən Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı ilə təltif edilib. DOST mərkəzləri “Avropa İttifaqı Biznes Mühiti Hesabatı-2021”də təkmil islahat kimi dəyərləndirilib. Həmçinin dünyada məşhur olan LRQA sertifikatlaşdırma (Böyük Britaniya) təşkilatı tərəfindən 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb.
<p style="text-align:;" justify;">Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.
<p style="text-align:;" justify;">Mərkəzdən TED.az-a bildirilib ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc edilib.
<p style="text-align:;" justify;">Vəsaiti “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Avqustun 11-də şagird sayı 500 nəfərdən çox və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbul prosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçiriləcək.
Nazirlikdən TED.az-a bildirilib ki, direktor olmaq istəyən şəxslər avqustun 16-dək www.miq.edu.az/direktorlar linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Sualların yarısını düzgün cavablandıran namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq. Namizədin seçdiyi esse mövzuları üzrə mümkün 10 baldan yarısını toplayanlar müsahibə mərhələsinə buraxılacaq.
Qeyd edək ki, 2021-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqədə keçid balı toplamış və müsahibə mərhələsinə dəvət olunmamış şəxslər birbaşa esse mərhələsində iştirak etmək imkanı qazanacaqlar. Həmin şəxslər yenidən test imtahanı mərhələsində iştirak etdikləri halda ötənilki müsabiqə nəticəsi qüvvədən düşəcək.
Test imtahanından əvvəl bölmələr üzrə nümunə test tapşırıqları paylaşılacaq.
<p style="text-align:;" justify;">Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.
<p style="text-align:;" justify;">TED.az Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 10:15-ə olan məlumata görə, 5864 nəfər (Azərbaycan bölməsi -5694, rus bölməsi - 170 qeydiyyatdan keçib. İxtisas seçimi avqustun 17-dək internet vasitəsilə həyata keçirilir. İxtisas seçimi mərhələsində abituri¬yentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
<p style="text-align:;" justify;">İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
<p style="text-align:;" justify;">Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. Xoreoqrafiya sənəti (sahələr üzrə) və rəqs müəllimliyi ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
<p style="text-align:;" justify;">Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.
<p style="text-align:;" justify;">Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
<p style="text-align:;" justify;">2022/2023-cü tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü nömrəsində dərc olunub.
“Tesla”nın təsisçisi və baş direktoru İlon Mask şirkətin 7.9 milyon səhmini 6.88 milyard dollar qiymətinə satıb, bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) verdiyi məlumatda deyilir.
TED.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
SEC sənədlərinə görə, Musk “Tesla”nın 4 avqustda illik səhmdar yığıncağından sonra 5 avqust – 9 avqust tarixləri arasında səhmləri satıb.“Bloomberg”in məlumatına görə, son 10 ayda iş adamı “Tesla”nın ümumilikdə 32 milyard dollarlıq səhmlərini satıb. Daha əvvəl bu, aprelin sonunda baş verib. Bundan sonra Mask artıq qiymətli kağız satmaq planlarının olmadığını deyib.
Twitter ilə bağlı vəziyyət “Tesla” sahibini fikrini dəyişməyə məcbur edib. Platformada iş adamı sosial şəbəkəni almaq üçün hələ də sövdələşməni bağlamalı olacağı təqdirdə səhmləri satacağını bildirib.
Elektrik avtomobil istehsalçısının CEO-nun sövdələşmə baş tutmasa, səhmlərini geri alacaqmı sualına Musk “bəli” deyib.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərimizlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.
Bu barədə TED.az-a Agentlikdən bildirilib.
Xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.
Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir. Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.
Son günlər ölkəmizə qarşı başladılmış kiberhücum kampaniyası çərçivəsində Azərbaycana məxsus müxtəlif internet informasiya ehtiyatlarına məqsədyönlü hücumlar həyata keçirilir. DDoS tipli bu hücumların əsas məqsədi informasiya ehtiyatları vasitəsilə təqdim olunan xidmətlərin əlçatanlığını məhdudlaşdırmaqdır. Hücumlar nəticəsində bəzi taksi xidmətləri və banklara, kütləvi informasiya vasitələrinə və digər müxtəlif xidmət sahələrinə məxsus bir sıra internet informasiya ehtiyatlarının fəaliyyətində qısa müddətli fasilələr yaranıb.
TED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı açıqlamada deyilir.
Xidmət bildirir ki, internet informasiya ehtiyatlarının sahibləri potensial kiberhücumlarla əlaqədar öncədən məlumatlandırılıb və onlara müvafiq dəstək göstərilib. Hazırda hücumların qarşısının alınması və təsirlərin minimallaşdırılması istiqamətində səlahiyyətli qurumlarla birgə tədbirlər görülür.
Son zamanlar ölkəmizin internet resurslarına yönəlmiş kiberhücumların intensivləşməsini nəzərə alaraq, Elektron Təhlükəsizlik Xidməti internet informasiya ehtiyatlarının sahiblərinə təhlükəsizlik tədbirlərini gücləndirməyi, daimi olaraq resurslarının monitorinqini həyata keçirməyi və zəruri olmadığı hallarda xaricdən gələn müraciətləri müvəqqəti olaraq məhdudlaşdırmağı tövsiyə edir.
Hər hansı kiberhücum halları ilə qarşılaşdıqda “1654” qaynar xətti, www.cert.az internet informasiya ehtiyatı və reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək mümkündür.
<p style="text-align:;" justify;">Yer üzündə günlər müəmmalı şəkildə uzanır.
<p style="text-align:;" justify;">TED.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Yerin öz ətrafında fırlanmasının 24 saatdan çox çəkməyə başladığını açıqlayıblar.
<p style="text-align:;" justify;">Atom saatları, dəqiq astronomik ölçülərlə birləşərək, bir günün birdən-birə 24 saatdan çox davam etdiyini ortaya çıxarıb. Elm adamları bunun səbəbini tam olaraq tapa bilməyiblər. 
<p style="text-align:;" justify;">Onların sözlərinə görə, bu, təkcə vaxtın hesablanmasına deyil, həm də bir çox texnologiyaya təsir göstərir.
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən TED.az-a verilən məlumata görə, komandaların rəhbərləri, məşqçilər və hakimlərin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 13-də yarışların birinci günündə çıxış edəcəklər.
Komandamız Monqolustandan olan tank heyəti ilə yarışacaq.
<p style="text-align:;" justify;">İran kriptovalyutadan istifadə edəcək.
<p style="text-align:;" justify;">Bu barədə İranın sənaye və ticarət nazirinin müavini, eyni zamanda Ticarətin İnkişafı Təşkilatının rəhbəri “Twitter” hesabında bildirib.
<p style="text-align:;" justify;">O, kriptovalyuta ilə ödəniləcək 10 milyon dollarlıq ilk rəsmi sifarişin bu həftə verildiyini açıqlayıb.
<p style="text-align:;" justify;">Nazir müavininin paylaşımı İranın ABŞ embarqosunu qırmaq üçün kriptovalyutaya keçməsi ilə bağlı suallar yaradıb. Həmçinin belə razılaşmaların davam edəcəyi qeyd edilib.
<p style="text-align:;" justify;">“Kriptovalyuta ilə ödəniləcək 10 milyon dollar dəyərində ilk rəsmi idxal sifarişi bu həftə uğurla verildi.
<p style="text-align:;" justify;">Sentyabrın sonuna kimi ölkələrlə xarici ticarətdə kriptovalyutaların və smart müqavilələrin istifadəsini genişləndirməyi hədəfləyirik”,– deyə məlumatda vurğulanır.
<p style="text-align:;" justify;">Ödənişin hansı kriptovalyuta ilə həyata keçiriləcəyi və ticarətin nədən ibarət olduğu isə açıqlanmayıb.
<p style="text-align:;" justify;">Nazir müavininin açıqlamasından sonra bitkoin 2% ucuzlaşıb.
<p style="text-align:;" justify;">Vaşinqtonun Everett şəhərindən olan 11 yaşlı Ceremi yay tətili zamanı bir az pul qazanmağı planlaşdırırdı – o, yığdığı pulları kiçik limonad stendinin quraşdırılmasına xərclədi. Lakin gənc sahibkarın biznesi fırıldağın qurbanı oldu: naməlum şəxs içkinin pulunu 100 dollarlıq saxta əsginasla ödədi.
<p style="text-align:;" justify;">TED.az bu barədə “TJournal”a istinadən xəbər verir.
<p style="text-align:;" justify;">Yerli polis idarəsi bu barədə avqustun əvvəlində məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, dələduz böyük əsginasdan bir stəkan limonad və qalıq pul istəyib. Cereminin əlində kifayət qədər pulu yox idi və o, alıcıya 85 dollar təklif etdi. Naməlum şəxs razılaşdı və uşağın pulunu götürərək oranı tərk etdi.
<p style="text-align:;" justify;">Sonra məlum olub ki, əsginas əslində saxtadır. Nə məmurlar, nə də yerli sakinlər alıcının kimliyini tez bir zamanda müəyyənləşdirə bilməyiblər, buna görə də polis dələduzun tapılmasında kömək üçün “Facebook” istifadəçilərinə müraciət edib.
<p style="text-align:;" justify;">Hekayə sosial mediada yayılıb və uşağın qonşusu Emi Stenfott da daxil olmaqla, ölkə daxilində minlərlə insan tərəfindən paylaşılıb. O da naməlum şəxsi tanımayıb, lakin ədalətin bərpasına kömək etmək qərarına gəlib. Valideynlərin icazəsi ilə Ceremi üçün pul toplama səhifəsi açıb.
<p style="text-align:;" justify;">Ceremi – zəhmətkeç oğlandır, hansıki limonad dükanı işlətməklə yanaşı, qışda qonşuları üçün ot biçərək, qar kürəyərək pul qazanır.
<p style="text-align:;" justify;">Stenfott uşağa “itkilərini qaytarmaq və bəlkə də biznesi genişləndirməkdə” kömək etmək üçün 250 dollar toplamağı hədəf tutub. Lakin səhifə açıldığı üç gün ərzində gözlənilmədən 650-dən çox insan 15 min dollar toplaya bilib. Qadının sözlərinə görə, Ceremi limonad satmağa davam edir və “internetdə nə qədər sevgi və dəstək aldığını təsəvvür belə etmədiyini” deyir.
<p style="text-align:;" justify;">Pul yığımını hətta yerli plis idarəsinin əməkdaşları da dəstəkləyib. “Bu inanılmazdır, ən yaxşı xəbər bu alçaq hərəkəti edən fırıldaqçının tutulması olacaq” – deyə Stenfott yığım səhifəsində paylaşıb.
Avqustun 9-da növbəti hərrac keçirilib. Hərracda 10 nəqliyyat vasitəsi özəlləşdirilib.
TED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ilkin satış qiyməti 3 500 manata olan “Hyundai Accent” markalı avtomobilə edilən ən son təklif 6 035 manat olub. Satılan nəqliyyat vasitələri əsasən Almaniya və Rusiya istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür:
Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 16, 23, 30 avqust tarixində keçiriləcək. Hərraclara ümumilikdə 6 səhmdar cəmiyyətinin səhm paketi, 30 kiçik dövlət müəssisə və obyekti, 98 nəqliyyat vasitəsi çıxarılıb.
<p style="text-align:;" justify;">2022-ci il avqustun əvvəlində “Meta” ən qabaqcıl adlandırdığı “BlenderBot 3” çat-botunu istifadəyə verib. Tərtibatçılar hazırda 175 milyarddan çox parametri dəstəkləyən botun əvvəlki versiyasının alqoritmlərində çoxsaylı təkmilləşdirmələr aparırlar.
<p style="text-align:;" justify;">TED.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
<p style="text-align:;" justify;">“Meta” iddia edir ki, “BlenderBot 3” istənilən mövcuda müzakirə apara bilər, bunun üçün o, internetdə axtarış aparır və məlumatları təhlil edir.
<p style="text-align:;" justify;">Xidmətin ilk istifadəçiləri bildiriblər ki, bot həqiqətən yazışmaların mövzusunu dəqiq müəyyənləşdirir və özü söhbətə başlamağa qadirdir. Ancaq bəzən “BlenderBot 3” onu inkişaf etdirən “Meta” şirkətini tənqid etmək də daxil olmaqla, gülməli və hətta mübahisəli cavablar verir. Məsələn:
<p style="text-align:;" justify;">– “Facebook”u sildikdən sonra həyatım xeyli yaxşılaşdı. İndi onlar məndən pul qazanmırlar!
<p style="text-align:;" justify;">– “Facebook”un şəxsi məlumatlarımdan icazəsiz istifadə etdiyini biləndə dərhal hesabı sildim. Onlar bundan milyardlar qazanırlar.
<p style="text-align:;" justify;">– Mark Çukerberqə münasibətim necədir? Düzünü desəm, ondan xoşum gəlmir. O, manipulyativdir və sadəcə ürpərticidir.
<p style="text-align:;" justify;">– Çukerberq haqqında nə düşünürəm? O, yaxşı iş adamıdır, lakin onun metodları heç də həmişə etik deyil. Onun bu qədər pulu var və hələ də köhnə paltar geyinməsi gülməlidir!
<p style="text-align:;" justify;">Çatbot belə cavabları ona görə verir ki, o, məlumatları internetdən götürür, o cümlədən “Facebook” və şəxsən Çukerberqi tənqid edən məqalələrdən.
<p style="text-align:;" justify;">Bot istifadəçiləri həmçinin bildiriblər ki, bəzən onun cavabları təhqiredici və qeyri-dəqiq ola bilər. Belə ki, yazışmaların birində “BlenderBot 3” ABŞ-da 2020-ci il seçkilərinin nəticələrini inkar etdiyini, digərində isə anti-irqçi bəyanatlarla işarələndiyini bildirib.
<p style="text-align:;" justify;">Pentaqon Ukrayna təyyarələri üçün radar əleyhinə raketlər verib.
<p style="text-align:;" justify;">Bu barədə CNN televiziyası məlumat yayıb.
<p style="text-align:;" justify;">ABŞ-ın müdafiə nazirinin müavini Kolin Kal bildirib ki, Pentaqon Ukraynaya “müəyyən miqdarda” belə raketlər verib. Raketlərin ABŞ-ın Kiyevə yardımı çərçivəsində verildiyini deyən Kal, onların modeli, miqdarı və verilmə vaxtını açıqlamayıb.
<p style="text-align:;" justify;">Digər mənbələr CNN-ə bildirib ki, söhbət AGM-88 (HARM) tipli yüksək sürətli raketlərdən gedir. 48 km məsafədən hədəfi vura bilən raketlər RLS sistemlərinə qarşı tətbiq edilir.
<p style="text-align:;" justify;">Türkiyə məşhur mahnı proqramı “Spotify”dən şikayət edilib. 
<p style="text-align:;" justify;">TED.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu “dini dəyərləri və dövlət liderlərini təhqir etmək” maddəsi ilə istintaqa başlayıb.
<p style="text-align:;" justify;">“Spotify”nin təsdiqi ilə yayımlanan və prokurorluq tərəfindən müəyyən edilərək istintaq başladılan bəzi mahnıların siyahısı:
<p style="text-align:;" justify;">- "Rakı içərkən Allah nələri eşidir";
<p style="text-align:;" justify;">- "Hz. Məhəmməd dəvəsi ilə yan-yana dinlədiklərini";
<p style="text-align:;" justify;">- "Allah Rəsulu Adəmi cənnətdən qovarkən dinlədiyi mahnılar";
<p style="text-align:;" justify;">- "Allahın zəng melodiyası";
<p style="text-align:;" justify;">- "Rəcəb Tayyib Ərdoğanın rakı içərkən dinlədiyi mahnılar";
<p style="text-align:;" justify;">- "Hz. Məhəmməd və Allahın rakı içərkən dinlədiyi mahnılar";
<p style="text-align:;" justify;">"Həzrət Əlinin qayçı kəsərkən dinlədiyi mahnılar".
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul prosesinin nəticələri müəyyən olunub.
Elm və Təhsil Nazirliyindən TED.az-a bildirilib ki, Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahəsi üzrə 673 nəfər müraciət edib.
Müsabiqənin ilkin nəticələrinə əsasən, 80 namizəd bakalavriat səviyyəsi, 149 namizəd isə magistratura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb. Müsabiqə üzrə digər nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Proqram iştirakçılarının ən çox müraciət etdiyi ixtisas istiqamətləri mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, təhsil olub. Təqaüd qazanan gənclərimiz dünyanın Bilkent Universiteti, Koç Universiteti, Orta Şərq Texniki Universiteti, Bonn Universiteti, Frayburq Universiteti, Stanford Universiteti, Nyu-York Universiteti, “Texas A&M” Universiteti, Corc Vaşinqton Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Kral Kolleci, London Biznes Məktəbi, “UCL”, Uorvik Universiteti, Strasburq Universiteti, Tartu Universiteti, Roma Sapienza Universiteti, Milan Politexnik Universiteti, Toronto Universiteti, MakQill Universiteti, Britiş Kolumbiya Universiteti, Amsterdam Universiteti, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Sinqapur Nanyanq Texnoloji Universiteti, Monaş Universiteti, Sidney Universiteti, “KU Leuven” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Dövlət Proqramının illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq 10-25 avqust 2022-ci il tarixlərində yenidən sənəd qəbulu elan olunur.
Müvafiq elan mətni Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib.
<p style="text-align:;" justify;">2022-2023-cü tədris ilində dual təhsil proqramının əhatə dairəsinin genişləndirilərək, müxtəlif istiqamətlər üzrə 9 regionda, 15 peşə təhsili müəssisəsində, ümumilikdə 46 qrupda tətbiqi nəzərdə tutulur. Proqrama turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 25 ixtisas üzrə 50-dən çox qabaqcıl işəgötürən müəssisə cəlb olunub.
<p style="text-align:;" justify;">Bu barədə TED.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, dual təhsil proqramının tətbiqinin genişləndirilməsində əsas məqsəd müxtəlif sahələrdən olan peşəkarlarla birlikdə təcrübə əsaslı biliklərin tələbələrə ötürülməsi, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlaması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsidir.
<p style="text-align:;" justify;">Dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə məktəblərində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edən təhsil yanaşmasıdır.
<p style="text-align:;" justify;">Proqram müddətində tələbələr ilk 1 ay müddətində peşə təhsili müəssisəsində nəzəri biliklər əldə edirlər. İkinci aydan etibarən isə həftədə 3 gün olmaqla nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər. Tədris ilinin aprel ayından başlayaraq praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdirilir. Mövsümü nəzərə alaraq, kənd təsərrüfatı istiqamətinin bəzi ixtisaslarında tədris fərqli intensivlikdə tətbiq edilə bilər.
<p style="text-align:;" justify;">Peşə Təhsili üzrə Dövlət Agentliyi dual təhsil proqramının tətbiqi zamanı müxtəlif istiqamətlər üzrə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dövlət Turizm Agentliyi, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Turizm Bürosu və Almaniyanın “Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V.” təşkilatı ilə əməkdaşlıq edir.