Tarlada çalışan gənc qız tibb fakultəsinə qəbul oldu

Türkiyədə tütün tarlasında çalışıb, imtahana hazırlaşan gənc qız tibb fakultəsinə qəbul oldu.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, smartfon istifadə etməyən və sosial media hesabı olmayan Xədicə adlı gənc qız, tütün sahələrində işləməsinə baxmayaraq, tam təqaüdlü tibb fakültəsində təhsil almaq hüququnu qazanıb.
Müvəffəqiyyətinin sirri olaraq nizam-intizamlı çalışdığını izah edən gənc qız, "məntiqi anlayaraq dərslərimi öyrəndim, müəllimlərim və ailəm mənə dəstək oldular. Mən də anama kömək edirdim. Tarlamızda tütün əkirdik. İmtahandan əvvəl tarlada çalışırdım və evə gələndə ilk işim oxumaq idi. Təxminən 5 saat oxuyurdum " deyə bildirib.

Mənbə:
0
334
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar