Bilindiyi kimi, "Şamaxı" mayın 31-də "ASK Arena"nı tərk edəcək.

Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası ilə müqaviləsi bu tarixdə başa çatır.

Apreldən etibarən təmsil etdiyi Şamaxıda ev oyunlarını keçirməyə başlayan sabiq «bankirlər» yeni mövsümdə də tam şəkildə əyalətdə məskunlaşmayacaq.

14 yaşdan yuxarı qruplar, gənclərdən və əvəzedicilərdən ibarət heyətlər, o cümlədən, əsas komanda paytaxtda qalacaq.

"Şamaxı"lılar yeni düşərgə axtarışında istiqaməti dəyişib.

Hazırda "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəhbərliyi ilə danışıqlar gedir. Məqsəd buranı uzunmüddətli icarəyə götürməkdir.

Heydər Əliyev prospektində yerləşən stadion və baza isə təyinatı üzrə istifadə olunacaq. Böyük idman kompleksin yeni istifadəçisinin kimliyi də məlumdur - “Sabah“.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib. “Sabah“ın iyunun 1-dən etibarən “ASK Arena“da məskunlaşmağa başlaması planlaşdırılır.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub. Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.

Bu barədə nazirliyin feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək: “Bundan sonra onlara da Azərbaycan Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Bugünədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.

Hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik”.

Avropa Konfrans Liqasının qalibi olan "Roma"nın qazandığı məbləğ məlum olub.

Sportinfo.az xəbər verir ki, İtaliya təmsilçisi turnirin çempionluğuna görə 5 milyon avro mükafat əldə edib.

"Canavarlar" finala qədər olan mərhələlərdə göstərdikləri nəticələrə görə də 10 milyon avro qazanıb.

Beləliklə Joze Mourinyonun rəhbərlik etdiyi komandanın Avropa Konfrans Liqasındakı ümumi gəliri 15 milyon avro olub.

"Roma"nın televiziya yayımından nə qədər qazanacağı isə önümüzdəki günlərdə məlum olacaq.

«Neftçi»nin yarımmüdafiəçisi Sezar Meza Kolli öz xidmətini yenidən «Zirə»yə təklif edib.

Paraqvaylı legioner qəsəbə təmsilçisinə xəbər göndərərək, illər öncə ayrıldığı düşərgəyə dönmək istədiyini bildirib.

Cənubi amerikalının niyyəti «qartallar»ı sevindirib. Axı onlar hələ ötən yay Sezarla anlaşmağa çox həvəs göstərirdi, di gəl, o, həmin vaxt «Şamaxı»dan «Neftçi»yə keçməyə üstünlük vermişdi.

Geridə qalan «futbol ili» orta sahə oyunçusu üçün bir elə uğurlu keçmədi. Bir neçə matçda komandasına fayda versə də, daim əsas heyətdə yer almadı, ön plana çıxmadı.

Burada pul amili də var idi, bu gün isə ona daha çox oynamaq lazımdır.

SPORTİNFO.AZ

«Qarabağ» yeni transferinin adını açıqlamağa hazırlıq görür.

Bu barədə klubdan Sportinfo.az-a bildirilib.

Verilən məlumata görə, uzun müddətdir danışıqlar aparılan legionerlərdən biri ilə yekun anlaşma əldə olunub və yaxın günlərdə Azərbaycana gələcək.

Sürpriz olsun deyə, hələlik adı ictimaiyyətdən gizli saxlanılır. Sadəcə, informasiyada o qeyd edilib ki, yeni transferin ampluası stopperdir və 2+1 illik müqavilə yə imza atacaq.

4 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıdan “Kəpəz” dəstək üçün iş adamlarına çağırış edib.

Sportinfo.az xəbər verir ki, müraciətdə futbolu sevən gəncəli biznesmenlərdən komandaya dəstək göstərmələri istənilib.

"Kəpəz" I Diviziondan Premyer Liqaya "Turan Tovuz"la birlikdə yüksəlib. Bildirilib ki, hazırda Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik klubun maliyyə yardımına ehtiyacı var:

"Qədim futbol ənənələrinə malik Gəncə layiq olduğu yerə - elitaya qayıdır. Bu dönüşümüz doğma şəhərimizin, klubumuzun adına, tarixinə, qazandıqları titullara layiq olmalı, “Kəpəz” ruhu titrəməlidir.

Bunun üçün “sarı-göylər”ə maddi və mənəvi dəstək mütləqdir. Sonuncu amil sarıdan komandamızın bəxti digər klublardan daha çox gətirib.

Bu gün “Kəpəz” Azərbaycan futbolunda ən böyük azarkeş ordusuna malik klubdur. Gəncə təmsilçisi çempionat oyunlarında tamaşaçı sayına görə özünəməxsus rekordları yeniləməklə öyünür.

Təsadüfi deyil ki, “12-ci oyunçu” sözü daha çox “Kəpəz” azarkeşlərinə uyğun gələn ifadədir. Və biz bu cür fanatlarımızla qürur duyur, fəxr edirik.

Amma müasir futbolda uğurlu çıxışı şərtləndirən amillərdən ən birincisi şübhəsiz ki, maddi məsələdir. Nailiyyət qazanmaq klubun maliyyə təminatına bağlıdır.

Odur ki, “Kəpəz” PFK gəncəli iş adamlarına, futbolu sevən biznesmenlərə dəstək üçün müraciət edir. Bu gün klubumuz maliyyə yardımına ehtiyac duyur.

“Kəpəz”in hesabına müxtəlif şirkətlər və sahibkarlar tərəfindən maliyyə vəsaiti köçürülə bilər ki, bu da komandamızın büdcəsini artırmaqla uğurlu çıxışa kömək olacaq.

“Kəpəz” ailəsi olaraq bizimlə birlikdə irəliləmək istəyən sponsorlara çağırış edirik.

Futbolun inkişafını əhatə edən investisiya təkliflərini dəyərləndirməyə hazırıq! Klubumuza sərmayə qoymaq, futbolun inkişafını birgə təmin etmək üçün yolunuzu gözləyirik! Kəpəz zirvədir, həmişə zirvədə olun!".

«Neftçi» Vojislav Stankoviçə yeni müqavilə təklif edib.

Serbiyalı müdafiəçi şərtlərlə razılaşarsa, onunla kontrakt gələn mövsümün sonunadək uzadılacaq.

Ötən 3 sezonu paytaxt klubunda keçirən sabiq «Qəbələ»li ən ödənişli legionerlərdən biri sayılır.

Bakılılar 34 yaşlı balkanlının daha aşağı şərtlərlə çıxışını davam etdirməyə okey verəcəyinə ümid bəsləyir.

SPORTİNFO.AZ

“Rusiyanı sakitləşdirmək mümkün deyil. Buna güclə cavab vermək lazımdır.

Biz Ukraynanın qələbəsini hərbi yardım və sanksiyalarla təmin etməkdə mətanətli olmalıyıq. İndi biz daha geriyə addım ata bilmərik, yalnız irəli getməliyik".

Bunu Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass deyib.

Liz Trass bildirib ki, Rusiyanın təcavüzünə güc tətbiq edilməlidir və Kremlin sahibi Vladimir Putini “sakitləşdirmək” cəhdləri təhlükəlidir.

Britaniyalı nazir Ukraynaya silah tədarükünün artırılmasını və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini tələb edib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsində məğlubiyyətini təmin etmək üçün heç bir geriləməyə yol verilə bilməz.

“Biz Ukraynada uzanan və getdikcə ağrılı münaqişənin inkişafına imkan verməməliyik. Qərb yaxın tarixdən nəticə çıxarmalıdır. Xüsusilə, Qərbin Putinə müxtəlif güzəştlərə getdikdən sonra Gürcüstana, Krıma və Donbasa hücum etməsindən...".

"Mənimlə birlikdə oynayan çox bacarıqlı futbolçular olub".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis ölkə futbolunda 3 oyunçunu xüsusi fərqləndirib:

"Onlar Avropada istənilən komandada oynaya bilərdilər. Sanki Azərbaycana aid futbolçu deyildilər.

Bu, Yunis Hüseynov, Vidadi Rzayev və Rəşad Sadıqov idi. Hərəsinin özünəməxsus özəlliyi var idi. Bəlkə də bu qabiliyyətə malik oyunçular Avropada yoxdur".