Şoyqu tacikistanlı həmkarına kömək vəd etdi

“Əfqanıstanda xarici qoşunların ölkədən tələsik çıxarılması fonunda terror fəaliyyətinin artması müvafiq tədbirlərin görülməsini tələb edir”.

Cebhe.info xəbər verir ki, bunu Düşənbədə Tacikistan müdafiə naziri Şirəli Mirzo ilə danışıqlar zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu söyləyib.

Bu barədə TASS məlumat yayıb. Şoyqunun sözlərinə görə, qoşunların geri çəkilməsi bölgədəki vəziyyətin sürətlə deqradasiyasına və yaraqlıların fəaliyyətinin artmasına səbəb olub.

“Bu vəziyyət müvafiq tədbirlərin görülməsini tələb edir. Artıq bu istiqamətdə işlər gedir ”, - deyə nazir bildirib.

Qeyd edək ki, iyulun 24 -də Şoyqu və Mirzo telefon danışığında bölgədəki vəziyyəti müzakirə ediblər. Nazirlər Tacikistan-Əfqanıstan sərhəd bölgəsi və Əfqanıstanda baş verən hadisələrdən gələn təhdidlərin zərərsizləşdirilməsinə kömək edə biləcək tədbirlər barədə danışıblar.

Xatırladaq ki, ABŞ və NATO ölkələri mayın 1 -dən Əfqanıstandan rəsmi olaraq qoşunlarını çıxarmağa başladıqdan sonra ölkədə vəziyyət gərginləşib, "Taliban" terror hərəkatının qüvvələri güclənib və geniş əraziləri ələ keçirməyə başlayıblar. İyulun 22-də isə Taliban sözçüsü Zabiullah Mücahid talibançıların Əfqanıstan sərhədlərinin yüzdə doxsanına nəzarət etdiyini açıqlayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Bizi Telegramda izləyin

Mənbə:
0
156
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar