Ağ Evin həkimi Baydenə əsadan istifadə etməyi məsləhət gördü: "Yıxılmaqdan yaxşıdır"
"ABŞ Prezidenti Co Bayden növbəti dəfə səhnədə yıxıldıqdan sonra əsadan istifadə etməlidir".
Bu sözləri kardioloq və Ağ Evin keçmiş tibbi müşaviri Conatan Rayner deyib.
Həkim qeyd edib ki, dövlət başçısının səhhəti ilə bağlı vəziyyət kənardan ürəkaçan görünmür. O əlavə edib ki, insanlar, xüsusilə yaşlılar tez-tez yıxılırlar və Co Baydenin yıxılması ilə bağlı digər hadisələri də xatırladıb.
Conatan Raynerin fikrincə, Baydenin sərt və səndələyərək yeriməsi artrit xəstəliyi ilə bağlı ola bilər. "Bu xəstəlik zamanı büdrədiyiniz zaman tarazlığı qorumaq çətindir", - deyə o vurğulayıb.
"Prezidentə çox diqqətli olmağı məsləhət görərdim, qeyri-sabit səthlərdə əsadan istifadə etmək pis fikir olmaz", - deyə həkim Baydenə tövsiyə verib.
Onun sözlərinə görə, bu fikir nüfuzu baxımından Baydenin xoşuna gəlməyəcək. "Amma yıxılmaq daha pis görünür", - deyə o qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden sonuncu dəfə Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının məzunları üçün keçirilən buraxılış mərasimi zamanı büdrəyərək yıxılıb.
Bununla bağlı görüntülərdə mavi papaqlı 80 yaşlı Baydenin yıxıldıqdan sonra təhlükəsizlik işçiləri tərəfindən tez bir zamanda ayağa qaldırılması əks olunub.
Almaniya kubokunun qalibi bəlli oldu
Futbol üzrə Almaniya kubokunun final oyunu baş tutub.
Həlledici matçda "Leypsiq" "Ayntraxt"dan güclü olub – 2:0.
Bu, "Leypsiq"in tarixində qazandığı ikinci Almaniya kubokudur.
"Leypsiq" - "Ayntraxt" – 2:0
Qollar: Nkunku, 71, Soboslay, 85
Hacıbaba Bağırov son uşağı olarkən nədən qorxurdu? - VİDEO
Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayı Xalq artisti Hacıbaba Bağırova həsr olunub.
Bildirilir ki, H. Bağırov 1932-ci ildə Bakının Maştağa kəndində dünyaya gəlib. Teatra böyük həvəsi olan H. Bağırov 1947-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına gəlib.
İlk müstəqil yaradıcılıq fəaliyyətinə 1950-ci ildə Lənkəran Dövlət Dram Teatrında başlayır. 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirdikdən sonra bir müddət Biləcəri deposunda maşinist köməkçisi işləyir. 1960-cı ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunur və oradakı fəaliyyətindən 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunur.
Daha ətraflı süjetdə:
İbrahimoviçin "Milan"ı tərk edəcəyi dəqiqləşdi
İtaliyanın "Milan" klubu isveçli hücumçu Zlatan İbrahimoviçlə müqaviləni yeniləməyəcək.
Müqaviləyə görə 41 yaşlı forvardın "Milan"la anlaşması iyunun sonunda başa çatır.
Qeyd edək ki, zədə səbəbindən Z. İbrahimoviç bu mövsüm A Seriyasında cəmi 4 matçda iştirak edib.
İsveçli hücumçu 2020-ci ildən "Milan"ın formasını geyinir.
Məşhur türkiyəli aktyor yaşadığı evdən çıxarılır
Kirayə haqqını artırmaq istədiyi üçün ev sahibi ilə məhkəməlik olan Tamer Karadağlı barəsində məhkəmə qərarı çıxıb. Məhkəmə Karadağlının evi boşaltmasına və evdən çıxarılmasına qərar verib.
Məşhur aktyorun qərardan apellyasiya şikayəti vermək hüququ var.
"Mətbuatda "Tamer Karadağlı kirayə haqqını ödəmədi" başlıqlı ədalətsiz xəbərlər səbəbindən açıqlama vermək məcburiyyətindəyəm. İlk gündən yaşadığım mənzilin kirayə haqqını hər ay vaxtlı-vaxtında ödəyirəm. Bu mənzilin kirayə qiyməti hər il qanuni şəkildə artırılıb. Hətta bu il qanuni artım nisbəti 25 faiz olmasına baxmayaraq kirayə haqqımı təxminən 70 faiz artımla ödəmişəm. Ev sahibinə heç bir borcum yoxdur", - deyə o qeyd edib.
"Zəlzələ və iqtisadi böhranı bəhanə edərək kirayəçilərdən astronomik artım tələb edən ev sahibləri var. Yaşadığım evin sahibi də bu fürsətdən yararlanmağa çalışaraq kirayə haqqını 10 min 500 lirədən 55 min lirəyə qədər qaldırmaq istəyir. Bu, mövcud qanuna ziddir, çox yüksək və ədalətsiz artımdır, qəbuledilməzdir. İctimaiyyətə bildirmək istəyirəm ki, həm bu işlərin qurbanı olan kirayəçilər, həm də fürsətçi ev sahiblərinə nümunə olsun deyə bu məbləği əsla ödəməyəcəyəm. Həmçinin bununla bağlı başladığım hüquqi mübarizəmi də sona qədər davam etdirəcəyəm", - deyə Tamer Karadağlı əlavə edib.
Bakıda intihara cəhd edən şəxs xilas edildi - VİDEO
Bakıda səhər saatlarında intihara cəhd hadisəsi olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib.
Bunu görən vətəndaşlar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.
Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib.
Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1987-ci il təvəllüdlü vətəndaş, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən mənzilin eyvanına çıxaraq intihara cəhd edir.
Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.
Ceyhun Bayramov Türkiyənin yeni XİN rəhbərini təbrik edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Hakan Fidanın qardaş Türkiyənin xarici işlər naziri təyin olunması münasibətilə təbriklərini çatdırıb və ona uğurlar arzulayıb.
Ceyhun Bayramov dərin köklərə, ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında çoxşaxəli və strateji müttəfiqlik münasibətlərinin inkişafı üçün birgə səylərin daha da möhkəmlənəcəyindən əmin olduğunu bildirib.
Tərəflər, iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Nazir Hakan Fidan ölkəmizə səfərə dəvət olunub.
Yeni nazir təbriklərə və xoş sözlərə görə nazir Ceyhun Bayramova təşəkkür edib və ölkəmizə səfər dəvətini məmnuniyyətlə qəbul edib.
Ceyhun Bayramov Mevlüt Çavuşoğluna təşəkkür edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının sabiq xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, Ceyhun Bayramov Mevlüt Çavuşoğlunun dost və qardaş Türkiyənin xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında qardaşlıq və yüksək səviyyəli müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri məmnunluqla vurğulayıb və qarşı tərəfə dərin minnətdarlığını bildirib.
Nazir, Mevlüt Çavuşoğluna gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Mevlüt Çavuşoğlu öz növbəsində, minnətdarlığını bildirərək, xarici işlər naziri çalışdığı müddət ərzində daim Azərbaycanın və Türkiyənin maraqlarını irəlilətdiyi, bundan sonra da iki ölkə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə töhfə verəcəyini vurğulayıb.
ABŞ müdafiə və hərbi xərcləri azaldacaq
ABŞ müdafiə və hərbi xərclər ayırdığı vəsait Co Baydenin defolt haqqında hazırlanan sənədi imzalaması ilə azalacaq.
Bu barədə "The Wall Street Journal"da dərc edilən yeni məqalədə qeyd olunur.
"ABŞ-nin hərbi xərcləri 1990-cı illərin sonunda Soyuq Müharibədən sonrakı sülh dividendlərinin pik nöqtəsindən bəri ilk dəfə iqtisadiyyatın 3%-dən aşağı düşə bilər" – məqalədə qeyd olunur.
Müəllif ehtimal edir ki, ABŞ həmçinin 2025-ci ilə qədər ölkədəki donanmaların həcmini 286 gəmiyə qədər azaldacaq.
Məqalədə həmçinin bildirilir ki, ABŞ hazırda öz müttəfiqi olan ölkələrə tam həcmdə silah göndərə bilmir.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin yaxın vaxtlarda defoltun qarşısını almaq üçün hazırlanan yeni qanuna imza atacağı gözlənilir.
"Taliban" "Nestle"ni Əfqanıstan bazarına buraxır
Dünyanın ən böyük qablaşdırılmış qida istehsalçısı olan "Nestle" Əfqanıstanda ofisini açacaq.
Bununla əlaqədar "Taliban"ın Ticarət Nazirliyinin rəhbəri Nürəddin Əzizi "Nestle"ni Əfqanıstanda təmsil edən yerli "Habib Golzar" şirkətinin nümayəndəsi Seyid Məhəmməd Təvkirini qəbul edib.
Tərəflər "Nestle" şirkətinin Əfqanıstan bazarındakı fəaliyyət planın müzakirə ediblər.
Gürcüstan prezidenti Saakaşvilini elektron qolbağla azadlığa buraxmağı təklif edib
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini elektron qolbağla həbsdən azad etməyi təklif edib.
S.Zurabişvili bu barədə Fransa telekanalına verdiyi müsahibədə deyib.
Gürcüstan prezidentinin Saakaşvilinin səhhətini nəzərə alaraq onu əfv etmək niyyətində olub-olmaması ilə bağlı suala cavab verən siyasətçi söyləyib ki, hətta bu baş versə belə ölkəyə dəymiş ziyanı kompensasiya etmək mümkün olmayacaq.
S. Zurabişvili əlavə edib ki, eks prezidentin həbsi Gürcüstanın Qərbdəki imicinə ciddi ziyan vurub.
"Bu, məni narahat edir və mən bu vəziyyəti düzəltmək üçün əlimdən gələni edirəm", - deyə Salome Zurabişvili fikrini tamamlayıb.
İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
İran, Səudiyyə Ərəbistanı, Pakistan və digər region ölkələri Hind okeanının şimal akvatoriyasında dəniz təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmaq niyyətindədirlər.
Bu açıqlama ilə İran Hərbi Dəniz Qüvvələrinin rəhbəri kontr-admiral Şəhram İrani çıxış edib.
O xatırladıb ki, İran və Oman keçmişdə bir neçə müştərək dəniz təlimi keçiriblər.
"Həmçinin Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və İraq da dənizdə əməkdaşlıq etməyə hazırdır", - deyə kontr-admiral vurğulayıb.
Almaniyanın məşhur rok qrupu dağılır
Almaniyanın məşhur rok qrupu olan "Rammstein" dağılmaq ərəfəsindədir.
Məlumata görə, rok qrupun digər üzvləri solistin davranışından son dərəcə narazıdırlar.
"Rammstein"in üzvləri hesab edirlər ki, T. Lindeman onları çirkli bir oyuna alət edib, həmçinin nüfuzlarına xələl vurub.
Qeyd olunur ki artıq sənətçilər qrupu buraxmaq planını da müzakirə ediblər.
Əli Əsədov Cevdet Yılmazı Türkiyənin Vitse-prezidenti təyin olunması münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Cevdet Yılmaza Türkiyə Respublikasının Vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda C.Yılmazın yüksək vəzifəyə təyinatı qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona olan böyük inam və etimadının aşkar təzahürü kimi qiymətləndirilib.
Vurğulanıb ki, son illər ərzində Türkiyə hərtərəfli inkişaf nümayiş etdirərək beynəlxalq aləmdə güc mərkəzinə çevrilib.
Möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkiyə əməkdaşlıq münasibətlərinin bu müddət ərzində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli səyləri ilə möhtəşəm yol keçərək sarsılmaz dostluq və qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən nəhəng layihələrin iki ölkənin, eləcə də regionun dünya miqyasında əhəmiyyətini artırdığı, bölgədə sülhə, əməkdaşlığa və inkişafa xidmət etdiyi bildirilib.
Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
Qusar rayonunun Çiləgir kəndində ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Y.Ağarzayevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Report.az
Şəmkir şəhərində yaşayış evlərini su basıb - VİDEO
Ötən gecədən başlayaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Şəmkir rayonunun bəzi ərazilərinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
FHN-dən bildirilib ki, bununla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
Hazırda Şəmkir şəhəri və rayonun Zəyəm qəsəbəsində su basmış yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri davam etdirilir.
Boşanmaq istəyən həyat yoldaşını ölümlə hədələdi, görüntüləri sosial şəbəkəyə düşdü - VİDEO
Rusiya vətəndaşı olan, əslən Füzuli rayonunun İşıqlı kənd sakini 10.09.1986-cı il təvəllüdlü Quliyev Ruslan Rəcəb oğlu iddiaya görə ondan boşanmaq istəyən həyat yoldaşını ölümlə təhdid edib. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Görüntüdən məlum olur ki, artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülüb.
Həmin görüntüləri təqdim edirik:
Güneyli milli fəal Əhməd Obalını döyən şəxs saxlanılıb
Uzun illərdir ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalını döyən şəxs saxlanılıb.
O bu barədə özünün sosial media hesabında paylaşım edib.
Ə.Obalı bildirib ki, baş verənlər haqqında çoxsaylı şayiələr yayılıb və bu şayiələr həqiqəti əks etdirmir. Ə.Obalı əlavə edib ki, onu vəhşicəsinə döyən şəxs ABŞ polisi tərəfindən artıq saxlanılıb: "Cinayəti törədən adam tutulub. Polisin istəyi budur ki, biz kimsəylə bu barədə danışmayaq və şayiələrin yayılmasına şərait yaratmayaq. Araşdırma gedir və hər şey bəlli olacaq. Bu məsələnin arxasında daha kimlər ola bilər axtarılır".
O, səhətinin normal olduğunu və ölüm təhlükəsini atlatdığını deyib: "Vəziyyətim yaxşıdır, ancaq hələ ki əlim və ayağım iflic vəziyyətdədir. Ona da ümid var ki, düzələcək".
Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.
Lombardların yeni "girov" təklifləri
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:
Lombardlar banklara uduzur
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, lombardların fəaliyyətinin əsasını məhz pul müqabilində qiymətli əşyaların girov qoyulması təşkil edir. Lombardlar üçün qızıl müqabilində dəyərinə və saxlanma rahatlığına görə kredit vermək daha münasibdir: "Təsadüfi deyil ki, lombard dedikdə ilk ağıla gələn qızıl girov qoyub borc pul götürməkdir. Amma bu o demək deyil ki, lombarda girov qoyulan əşya yalnız qızıl olmalıdır. Lombard verdiyi pulun müqabilində ondan daha üstün dəyərə malik girov qəbul edir. Son dövrlər bankların kredit imkanlarının və təkliflərinin genişləndirilməsi, kredit şərtlərinin yumşaldılması lombardların fəaliyyətinə mənfi təsir göstərib. Vətəndaş banklara müraciət edə, girovsuz, özü də sərfəli faizlə kredit əldə edə bilir. Bu da lombardlara üz tutanların sayının azalmasına gətirib çıxarıb. Nəticə etibarilə lombardlar yeni mexanizmlər ortaya qoyurlar. Bu mexanizmlərdən biri də müxtəlif cihazların girov qoyulması müqabilində borc pul təklifləridir. Həmin cihazların ölçüsü böyük deyil, amma dəyərə malikdir, saxlanması da rahatdır. Burada lombardlar üçün risk faktoru yoxdur. Bu, vətəndaşlar üçün də aşağı-yuxarı eyni mahiyyət kəsb edir. Reallıq bundan ibarətdir ki, qızıl zinət əşyası olmayan hər bir vətəndaşın indiki dövrdə mütləq mobil telefonu, notbuku və digər cihazları var. Belə yanaşma lombardlara müraciət edənlərin sayını tədricən artıracaq".
Lombardlar üçün əsas risk
Ekspertin qənaətincə, mobil telefon və notbuk girov qoyub borc pul əldə edənlərin böyük əksəriyyəti bu prosesin qanuni tərəfini, iqtisadi səmərəsini o qədər də anlaya bilmirlər: "Belə davam edərsə, 1-2 il sonra lombardların əlində böyük sayda mobil telefon, notbuk kimi cihazların yığılıb qaldığını müşahidə edə bilərik. Bu, lombardın özü üçün də riskdir. Lombardın 2 min manat dəyəri olan telefonu girova qəbul etməsi müqabilində vətəndaşa hansı məbləğdə borc pul verməsindən çox şey asılıdır. Çünki cihazlar kütləvi şəkildə yığıldıqdan sonra onun satılıb pula çevrilməsi məsələsi var. Tələbə uyğun olaraq qızılı satıb pula çevirmək daha asandır, nəinki hansısa cihazı. Lombardlar üçün əsas risk məhz bundan ibarətdir. Yəqin ki, lombardlar bundan xəbərdardırlar və girov götürdükləri cihazların real dəyərindən qat-qat aşağı məbləğdə borc pul təklif edəcəklər".
Məlumatların oğurlanması riski böyükdür
Kibertəhlükəsizlik üzrə ekspert Berna Baysal bildirib ki, lombarda girov qoyulan cihazdakı şəxsi və ya həssas məlumatlara icazəsiz giriş riski böyükdür: "Məsələn, şəxsi fotoşəkillər, sənədlər, e-poçtlar, parollar kimi məlumatlar başqaları tərəfindən əldə edilə və istifadə oluna bilər. Məlumatların oğurlanması riski də böyükdür. Kimlərsə cihazınızda olan məlumatları hədəf alar və bu məlumatları zərərli məqsədlər üçün istifadə edər. Burada şəxsiyyət oğurluğu riski də mümkündür. Cihazınızda giriş və ya etimadnamələriniz varsa, sizin adınıza müxtəlif onlayn fəaliyyətlərlə məşğul olar və ya hesablarınıza icazəsiz girə bilərlər. Eyni zamanda, zərərli proqram təminatının, yəni virus, trojan, və s. cihazınızda quraşdırılması riskləri də var. Cihazınızın fiziki təhlükəsizliyinin pozulması da mümkündür".
Qərar var, qanun yox
Lombardların fəaliyyətinin, o cümlədən müxtəlif girovlar müqabilində pul təklif etməsinin qanuni olub-olmamasına gəlincə, Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli qərarı ilə "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb. Konkret qanunvericiliyə gəlincə isə hələlik Milli Məclis "Lombardlar haqqında" qanunu qəbul etməyib. 6 fəsil 32 maddədən ibarət yeni qanun layihəsi hazırlansa da, parlamentdə tam müzakirədən keçməyib.
Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox insan yaralanıb
Hindistanın Odişa ştatında qatarların toqquşması nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb, 1 000-dən çox yaralı var.
Bu barədə "Hindustan Times" Cənub-Şərqi Dəmiryolunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Aditya Kumar Çoudxariyə istinadən yazır.
"Hindistanda baş verən ən dəhşətli qəzalardan birində azı 294 nəfər ölüb, 1000-dən çox insan yaralanıb", - o deyib.
Nəşrin məlumatına görə, hadisənin baş verdiyi Balasor şəhərinin xəstəxanalarında sıxlıq müşahidə olunur. Xəstəxanaya yerləşdirilən yüzə yaxın insanın səhhətinin vəziyyəti ağır qiymətləndirilir.
Hindistan Dəmir Yolları Nazirliyi bildirib ki, artıq hadisə yerində bərpa işləri aparılır.
Balasor şəhəri yaxınlığında dəmir yolu qəzası iyunun 2-də axşam baş verib. İlkin məlumata görə, üç qatarın iştirakı ilə baş verən qəzaya səbəb sərnişin ekspress qatarının bir neçə vaqonunun relsdən çıxması olub.
Azərbaycanın müdafiə naziri Hulusi Akara minnətdarlıq edib
Azərbaycan Respublikasının müdafiə naziri Hulusi Akara minnətdarlıq məktubu göndərib.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, məktubda deyilir: "Cənab Hulusi Akar, Sizə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə birgə fəaliyyətimizə görə minnətdarlığımı bildirirəm.
Siz daima Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə və Azərbaycan Ordusunun təkmilləşdirilməsinə, döyüş qabiliyyətinin yüksəldilməsinə böyük töhfə vermisiniz.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində də Azərbaycan xalqına və ordumuza daim mənəvi dəstək olmusunuz.
Siz həmişə Azərbaycanı və Azərbaycan Ordusunu sevmisiniz.
Əminəm ki, Türkiyə Böyük Millət Məclisində fəaliyyətiniz zamanı da hər iki qardaş ölkənin ordularının qüdrətlənməsi naminə əməyinizi əsirgəməyəcəksiniz.
Sizi öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".