QƏRİBƏ HADİSƏ: 37 yaşında yatıb, 16 yaşında oyandı - FOTO

QƏRİBƏ HADİSƏ: 37 yaşında yatıb, 16 yaşında oyandı - FOTO

ABŞ-ın Texas ştatından olan Deniel Porterin heyrətamiz hekayəsi eşidənlərin marağına səbəb olur.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, onun barəsində "Odditycentral" yazır.

Belə ki, ötən ilin iyul ayında Porter səhər yuxudan oyananda özündə qəribəlik hiss edib. Yanında uzanan qadını tanımayan Deniel güzgüyə baxdıqda öz əksini yox, yaşlı kişini görərək şok olub.

QƏRİBƏHəqiqətdə 37 yaşlı evli kişi, hətta ata olan Deniel cəmi 16 yaşlı məktəbli olduğuna və dərsə tələsdiyinə əmin idi. Həyatının 20 ili onun yaddaşından tamamilə silinmişdi.

QƏRİBƏHəyat yoldaşı Rut uzun müddət Denieli sakitləşdirməyə və onun həqiqətdə kim və harada olduğunu izah etməyə çalışıb. Lakin Porter axşam çox içdiyini və tanımadığı qadının evinə getdiyini, yaxud qaçırıldığını düşünərək evdən çıxmağa çalışıb.

Nəhayət Rut onu valideynlərinin yanına getmək üçün dilə tutub. Porterin anasıyla atası onu hər şeyin qaydasında olduğuna və heç bir təhlükənin olmadığına inandıra biliblər.

Buna baxmayaraq, o, hələ də nə həyat yoldaşını, nə qızını, nə dostlarını, heç itlərini də xatırlamayıb. Hətta güzgüyə baxdıqda da Deniel yad birinə baxdığını düşünüb.

İlkin olaraq, Porterə müvəqqəti qlobal amneziya diaqnozu qoyuldu. Həkimlərin proqnozuna əsasən, qəfil yaddaş itkisi 24 saat sonra keçməli idi, lakin bu vəziyyət indiyədək davam edir.

Həmin gündən Deniel özünü 16 yaşlı yeniyetmə kimi aparmağa başlayıb. Onun ailəsi hələ də qeyri-adi halıyla barışa bilmir.

"Çox qəribədir: mənim onunla münasibətlərim köhnədir, onun mənimlə isə - təzə", - deyə Rut çaşqınlığını bildirib.

Mütəxəssislər bu ağır amneziyanın dəqiq səbəbini aşkarlaya bilməsələr də, bunun ciddi emosional stressin yan təsiri olduğunu güman edirlər.

Çünki 2020-ci ilin yanvarında işini itirdikdən sonra Porterdə stress nəticəsində qeyri-epileptik tutmalar olurdu.

Hazırda Deniel psixoterapevt yanına gedir və xatirələri geri qaytarmaq üçün köhnə tavmalarının üzərində işləyir. Həkimlər onun yaddaşının qayıdacağına əmindirlər, lakin buna zaman lazım olduğunu bildirirlər.

QƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏQƏRİBƏ

Mənbə:
0
103
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar