Memarlar İttifaqının üzvü, tanınmış memar, “RT Project Group architect&design studio”nun rəhbəri Toğrul Ruslanoğlunun Axşam.az-a müsahibəsi:
– Toğrul bəy, istərdim söhbətimizə memarlığı seçmək səbəbinizdən başlayaq.
– Bu sənəti seçməyimdə başlıca səbəbkar, düşünürəm ki, atamdır. Mən onun ixtisasını davam etdirirəm. O, bir memar kimi mənim həm həyatımda, həm də sənət seçimimdə çox mühüm rol oynayıb. Memarlıq elə bir sənətdir ki, bunu oxumaqla, nəzəriyyəsini öyrənməklə öhdəsindən gəlmək mümkün deyil. İnsanda başlıca olaraq yaradıcılıq qabiliyyəti olmalıdır. Yaradıcılıq qabiliyyəti çox insanın daxilində ola bilər. Amma ona düzgün yol göstərilməsə, o yaradıcılıq elə insanın daxilində itib-batar. Belə nümunələr çoxdur. Memarlıq elə bir sahədir ki, gərək insanın təfəkkürü geniş, xəyal dünyası zəngin olsun, nəyisə təsəvvüründə canlandıra bilsin. Bu sənəti o qədər çox sevirdim ki, ali məktəbə qəbul zamanında seçim olaraq bircə yer yazmışdım, o da memarlıq idi. Özümü başqa heç bir sahədə görmürdüm. 2003-cü ildə instituta qəbul oldum, 2007-ci ildə bitirdim. Atam mənə layihələr üzərində işləməyi, çəkməyi öyrədirdi. Tələbəlik zamanında bu biliklərimi daha da təkmilləşdirdim.
– Məşhur layihələrinizdən sadalaya bilərsinizmi?
– Ali məktəbi yeni bitirmişdim ki, 33 mərtəbəli “Trump Tower”in layihəsini işlədim. O vaxt Bakıda ən hündür mərtəbəli bina o idi. Mənim də ilk ən böyük işim idi. Ondan sonra mütəmadi böyük, önəmli işlərim oldu. Dövlət binaları, musiqi məktəbləri, şahmat məktəbləri, Xırdalan, Sumqayıt, Quba şəhərlərindəki Heydər Əliyev mərkəzləri, Sabunçu rayonundakı Gənclər Mərkəzi, Asan Xidmət binaları, yaşayış binaları və sair kimi layihələrim var:(https://www.instagram.com/rtprojectgroup/?igshid=1i6oxubkwxv5e)
– Hər kəs atasının sənətini davam etdirmir. Demək ki, memarlıqda sizi hər şeydən öncə çəkən nəsə varmış. Nə idi o?
– Ona ad vermək çətindir, daxili aləm, yaradıcılıq ruhu desək, daha düz olar. Çünki valideynlərimin dediyinə görə, hələ ta uşaq yaşlarımdan oyunlarım da məhz qurmaqla, düzəltməklə bağlı olub. Nəyisə tikib qurmağa, düzəltməyə çox həvəsim vardı. Hətta evdə nəsə dağılsa, xarab olsa, onu düzəltmək mənim işim idi. Rəhmətlik babam Hüseyn Kürdoğlu tanınmış şair olub. O belə öz şeirində bu mövzuya toxunub, məni gələcəkdə memar kimi gördüyünü qeyd edib.
– Sənətinizdə özünüz üçün seçdiyiniz ən böyük hədəfiniz nədir?
– Əslində, müxtəlif hədəflərim var. Onlardan biri işlərimi dünyaya çıxartmaq, özümü bir memar kimi dünyaya təsdiq etməkdir. Başqa ölkələrdə layihələrim var, amma hədəfim təkcə Azərbaycanda deyil, dünyada da sayılıb-seçilən memar kimi tanınmaqdır.
– Babanız Hüseyn Kürdoğlu Azərbaycanın sevilən şairlərindən biri olub. Onu necə xatırlayırsınız?
– Babam 2003-cü ildə mənim ali məktəbə qəbul imtahanımdan bir gün qabaq rəhmətə getdi. Mən o imtahana nə cür, hansı hisslərlə getdim təsvir eləmək çətindir. Əslində, elə halda idim ki, imtahana gedə bilmirdim. Amma valideynlərim mənə ürək-dirək verdilər ki, sənin memar olmağın babanın arzusudur. Mən də bu fikirlə özümü topladım və sevinirəm ki, onun arzularını yerinə yetirdim. Babam bir az Səməd Vurğuna oxşayırdı (gülür). Ağ saçları, özünəməxsus duruşu vardı. Bir şair kimi çox istedadlı idi. Hər hansı mövzudan desən, çox tez bir zamanda sinədəftər şeir deyər, yazardı. Çoxlu şeir kitabları var. Bəstəkar, xanəndə Qulu Əsgərovla dost olublar. O, babamın şeirlərinə çoxlu mahnılar bəstələyib. “Sev ki, sevən mərd olar”, “Bəyənmir məni” və sair kimi məşhur mahnıların müəllifidirlər. Onların birgə işləri olan əksər mahnıları insanlar xalq mahnısı kimi tanıyırlar. Amma təbii ki, xalq birgə mahnı yazmır, bunun müəllifləri var. Görünür, o qədər mənimsənilib ki, xalq mahnısı səviyyəsinə qalxıb.
– Ailəsi olaraq onun yoxluğunda yaradıcılığını necə davam etdirdiniz və gələcəkdə nələr etməyi düşünürsünüz?
– Onun şeir kitablarının, haqqında yazılmış kitabların çapına böyük diqqət göstəririk. İstəmirik ki, yoxluğu ilə yaradıcılığı unudulsun. Amma babamın ən böyük arzusu, xəyalı Laçının azadlığı idi. Laçının azad olunması onun ruhunun dinclik tapmasına səbəb olacaq, bilirəm. Çünki Hüseyn Kürdoğlu Laçın həsrətiylə, torpaq yanğısıyla çox şeirlər yazıb, bu vətən uğrunda canından keçmiş şəhidlərimizə əsərlər həsr edib. Düşünürəm ki, nəvə kimi onun borcundan hələ çıxa bilməmişik. Çünki baba-nənənin nəvə üçün çəkdiyi zəhmətlərin əvəzini heç nəylə qaytarmaq mümkün deyil. Bəlkə Laçının azadlığından sonra onun üçün orda hansısa işlər görsək, adını əbədiləşdirsək, müəyyən qədər borcumuzu yerinə yetirmiş olarıq.
– Hüseyn Kürdoğlunun şeirlərində yana-yana bəhs etdiyi Laçın uğrunda bu gün döyüşlər gedir. Bu günlərdə nələr hiss edirsiniz?
– İnşallah, bütün torpaqlarımız düşmən işğalından azad olunacaq. Başda Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla, ordumuz tərəfindən bu ədalətsizliyə birdəfəlik son qoyulacaq, elindən-obasından didərgin düşmüş bütün insanlar öz yurd-yuvalarına qayıdacaqlar. Bu dəqiqə doğulduğu, aid olduğu torpağın azadlıq xəbərini eşidən insanların sevincinə şahidlik edirik. Fikirləşirəm ki, görəsən, Laçının qurtuluş xəbərini alanda nə hiss edəcəm, onu necə qarşılayacam? İnanın, hisslərimi heç təsəvvür belə edə bilmirəm. Bakıda doğulsam da, əslən Laçındanam. Biz Laçının görüntülərinə baxaraq böyüyüb, həsrətimizi bu cür dindirməyə çalışmışıq. Laçının dağları, çayları, şəlaləsi, o gözəl torpaqları bizim həsrətimizi çəkir və biz də çox tezliklə yenidən oraya qayıdacağıq.
– Qarabağla bağlı indidən hansısa layihə düşünmüsünüzmü?
– Mənim fikrimcə, Qarabağın təbiətini başqa zonaların təbiəti ilə bir tutmaq olmaz və Qarabağı turizm bölgəsinə çevirmək, dağıdılmış abidələri yenidən qurub yaratmaq biz memarların öhdəsinə düşür.İnşallah, müharibə bitəndən, torpaqlarımız azad olunandan sonra Qarabağımızda döyüşən igidlərimizin ruhunu şad etmək və qələbəmizi əbədiləşdirmək üçün xatirə abidəsi də inşa edərik. Bu, bizim borcumuzdur.
– Bildiyim qədəriylə sizin qardaşınız da hazırda döyüş bölgəsindədir və oraya könüllü yollanıb.
– Kiçik qardaşım Şaiqin 33 yaşı var. İşlərini dayandırdı və müharibəyə yola düşdü. Bizdən xəbərsiz könüllü yazılıbmış. Artıq biz öyrəndiyimiz zaman o, yola düşmək üçün hazırlaşırdı. Biz Laçını ata-babalarımızdan çox dinləmişik, onların o Laçın sevgisi, yurd həsrəti bizə də keçib. Qardaşım Şaiqdə həm də şairlik qabiliyyəti var. Babamın bu istedadı onda özünü göstərib. Biz üç qardaşıq və hər birimizdə incəsənət ruhu var. Fikrimcə, gen böyük önəm daşıyır. Böyük qardaşım da dizaynerdir.
– Qardaşınızın bu qərarını eşidərkən, onu müharibəyə yola salarkən nələr hiss elədiniz?
– Sözsüz ki, hər bir kəs öz doğması üçün narahat olur. Hər bir ata-ana üçün övladı əzizdir. Valideynlərim bildirməməyə çalışsalar da, nə hisslər keçirdiyini duyuruq. Özlərinin narahatlıqlarını ürəklərində yaşadılar, indi də yaşayırlar. Sözsüz ki, vətən uğrunda verilmiş bu qərara heç birimiz qarşı çıxmadıq və biz onunla qürur duyduq, valideynlərim də daxil olmaqla, hamımızın keçirdiyimiz fəxr, qürur hissi bütün qorxudan, təlaşdan daha üstündür. Qardaşımın bütün dostları, tanışları da demək olar ki, hər gün maraqlanırlar, məlumat alırlar. Mən və böyük qardaşım da günü bu gün vətən üçün döyüşməyə və ordumuza dəstək olmağa hazırıq. Dövlətimiz tərəfindən çağırılacağımız günü gözləyirik. İnşallah, bütün əsgərlərimiz tezliklə sağ-salamat və qələbə müjdəsiylə geri dönsünlər. Qarabağ bizimdir!
Şahanə Müşfiq
Foto: Ramin Aslanov
Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.
Axar.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddialarınıb əsassız olduğunu deyib.
“Bu məlumatlar həqiqəti əks etdirmir”, – DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Gelandevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarını təhqir edib.
Bu gün isə həmin yol polislərinin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumat yayılıb.
Google Android 13 yeniləmələrini və digər istifadəçi təkmilləşdirmələrini təqdim etdi. Samsung yeni buraxılmış cihazlarına 5 illik təhlükəsizlik yeniləmələri vəd etdi. Cihazların 4 Android yeniləməsi alacağını da açıqladı . Bu açıqlamalardan sonra şirkət dərc etdiyi yeniləmə təqvimində böyük bir sürpriz etdi. Samsung 7 il əvvəl satışa çıxardığı model üçün yeniləmə yayımladı.
Samsung bu gün Türkiyə vaxtı ilə saat 16:00-da “ Galaxy Unpacked ” tədbirini keçirəcək . Tədbirdə yeni qurğular təqdim olunacaq.
Samsungun gözlənilməz yeniləməsi 7 il əvvəl çıxan ” Galaxy J7 ” modeli üçün gəldi. Sözügedən yeniləmə indiyə qədər Asiya qitəsindəki istifadəçilərlə paylaşılıb. Şirkətdən yeniləmənin hansı paketləri ehtiva etdiyi barədə rəsmi tanıtım elanı verilməyib.
Galaxy J7 GPS Problemləri Düzəltildi
Galaxy J7 istifadəçilərinin ən çox şikayət etdiyi GPS qeyri-sabitlikləri yeniləmədə aradan qaldırılıb. İndi cihazın GPS sistemi çox daha sabit bir performans təqdim etməyə başladı . GPS sistemi problemini həll edən yeniləmə ilə bağlı əhəmiyyətli bir iddia ortaya atıldı. İddialara görə, şirkət GPS problemindən daha çox aşkar edilmiş boşluq üçün yeniləmə yayımlayıb .
Samsung daha əvvəl cihazın “ Android 7.0 Nougat ” yeniləməsini alacağını elan etmişdi . Lakin sonradan öz qərarı ilə bu yeniləmə dəstəyini ləğv etdi.
Samsung Galaxy J7 Xüsusiyyətləri
2015-ci ildə bazara çıxarılan “ Galaxy J7 ” dövrünün məşhur cihazları arasında idi. Həmin vaxt cihaz ölkə bazarına “ Qualcomm ” tərəfindən hazırlanmış “ Snapdragon 615 ” prosessoru ilə təqdim edilmişdi. O, həmçinin bəzi bölgələrdə “ Exynos 7580 ” prosessoru ilə satışa çıxarılıb .
Avadanlıq
Xüsusiyyət
Prosessor
1,5 Ghz / 8 nüvə
Ekran
5.5” / 720*1280 HD (Super AMOLED)
Arxa Kamera
CMOS 13.5MP
Ön kamera
CMOS 5.0MP
ram
1,5 GB RAM
Yaddaş
11,6 GB
Batareya
3000 mAh
Şəbəkə/Şəbəkə
2G/3G/4G
ƏS
Android Marshmallow
Ölçü
152.4*78.6*7.5
Çəki
171 q
Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.
Axar.az Unikal-a istinadən xəbər verir ki, 90 AA 978 dövlət qeydiyyat nişanlı “Mersedes Gelandevagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.
Bu vdeo Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.
Xəbər verdiyimiz kimi, bu gün Məhərrəm ayının onuncu günü, Aşura günü kimi qeyd olunur. Pandemiya ilə bağlı qadağaların aradan qaldırılmasından sonra ilk dəfədir Aşura mərasimləri əvvəlki kimi izdihamla keçirilir. Minlərlə din əhli məscidlərə baş çəkərək ibadət edirlər.
“Qafqazinfo”nun fotoqrafları Aşura günündə Bakıda “Təzə Pir” və “Məşədi Dadaş” məscidlərində olub, mərasimin gedişini izləyib.
Mərasimdən fotoları təqdim edirik:
Qeyd edək ki, ötən il COVID-19 pandemiyası səbəbindən Aşura mərasimlərində yalnız az sayda insanın iştirakı nəzərdə tutulmuşdu. Tədbirlərdə sosial məsafə, maska və dezinfeksiya vasitələrindən istifadə təmin olunurdu.
Müzəffər İsmayılov
Pərvin Zeynal
Azərbaycanın Laçın rayonunda yaçayan ermənilər avqustun sonuna kimi çıxacaq.
Oxu24.com xəbər verir ki, bu barədə Azadlıq radiosunun erməni bürosu məlumat yayıb.
Ətraflı video məlumatı təqdim edirik:
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.
Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyev dəfn olunub.
“Report” xəbər verir ki, onun cənazəsi Naxçıvanın Culfa rayonunun Ləkətağ kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçumuz Əliyev Tahir Çingiz oğlu dəfn edilib.
Oxu.Az xəbər verir ki, o Yenigün kənd qəbiristanlığında torpağa tapşırılıb.
10:06
Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində şəhid olan hərbi qulluqçusu, 2002-cü il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi başlayıb.
Oxu.Az xəbər verir ki, mərasim şəhidin Ağstafa rayon Xətai kəndində yaşayan ailəsinin evində keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi Yenigün kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib.
Yaranmış gərginliyə görə bütün məsuliyyətin rəsmi İrəvanın üzərinə düşdüyünü bildirən Prezident İlham Əliyev qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi təxribat törədilib və nəticədə Azərbaycan hərbi qulluqçusu həlak olub. Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu hərbi təxribatın qarşısını almaq üçün zəruri cavab tədbirlərini həyata keçirdiyini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu yol hazır olandan sonra üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı qüvvələrinin kontingenti həmin yola dislokasiya olunacaq.
Ötən gün “Mehdi xidmətçiləri”nin Londondakı səfirliyimizə hücumu zamanı lentə alınan görüntülər yayılıb.
Yenipress.az xəbər verir ki, bu görüntüləri terrorçular özləri çəkiblər və qəsdən yayıblar.
Görüntülərdə terrorçuların Azərbaycanın milli dəyərlərini – Bayrağımızı, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünə nail olan Ali Baş Komandan, Prezident İlham Əliyevin fotolarını nümayişkaranə şəkildə səfirlik binasından çıxararaq, küçənin ortasına atıb üstünı çıxıblar.
Həmin şəxsin “Mehdi xidmətçiləri”nin mətbuat xidmətinin rəhbəri Hicam Ləşkər olduğu bildirilir. Onun fotoları ayaq altına atdıqdan sonra cırdığı görüntülərdə tam dəqiqliklə əks olunub.
Bütün bunlar baş verərkən səfirliyin əməkdaşları və mühafizəçiləri heç bir addım atmayıb və terrorçulara mane olmayıb.
Həmin görüntüləri təqdim edirik:
Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 12 dəfə atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bunlardan 3-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Nərimanlı və Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.
Digər doqquz hadisə isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Şəxsi heyət və texnikamızda itki yoxdur.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xəbər verdiyimiz kimi, Londonda radikal dini dəstə Azərbaycan səfirliyinə təxribat xarakterli hücum təşkil edib.
Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb, radikal şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
London polisinin məlumatına görə, səfirliyə hücumla bağlı 8 nəfər saxlanılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.
“Polis yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat alıb. Hadisə yerinə dərhal gələn polis 8 nəfəri səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilərək saxlayıb”, – deyə məlumatda qeyd olunur.
Axar.az xəbər verir ki, sosial şəbəkələrdə qruplaşma üzvlərinin polis tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayılıb.
Həmin görüntüləri təqdim edirik:
Ötən gün Laçında şəhid olan əsgər Anar Kazımovun hərbi xidmətə yollandığı ərəfələrdə lentə alınan görüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, görüntülər şəhidin evində lentə alınıb.
Məlumata görə, o, öz dostlarını ətrafına yığaraq əsgərliyə getməsi münasibəti ilə məclis təşkil edib.
Qeyd edək ki, A.Kazımov 2004-cü ilin fevralın 16-da Şəmkirin Qaracəmirli kəndində doğulub. Şəhid Anar Kazımov 4 ayın əsgəri olub.
Sosial şəbəkələrdə İranın Azərbaycanla sərhədə hərbi texnika cəlb etməsi ilə bağlı görüntülər yayılıb. İddia olunur ki, sözügedən videoda İran qoşunlarının Azərbaycanla sərhəddə təlim keçirəcəyi hazırlığı əks olunub.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfirinin köməkçisi Seyid Əli Musəvi İTV-yə açıqlama verib.
Daha ətraflı süjetdə izləyə bilərsiniz:
“Azərbaycan Respublikası dəfələrlə bildirib ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.
Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”, – deyə məlumatda qeyd olunur.
“Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb”.
Bunu Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
“Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür”, – nazirlik vurğulayıb.
Ermənistan mətbuatı iddia edir ki, hazırda Laçın dəhlizi ərazisində döyüşlər gedir.
Təmas xəttindən gələn müxtəlif tipli xəbərlərlə bağlı Qazet.az Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovla əlaqə saxlayıb.
“Bu barədə məlumatı dəqiqləşdirib mətbuata xəbər verəcəyik”, – deyə Anar Eyvazov bildirib.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Bildirilib ki, bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!
Allah rəhmət etsin!
“Cinayət işinin üstünün açılmamasının səbəbini keçmiş polis rəisi Şirzad Əsgərovla əlaqəli olduğunu düşünmürük. Çünki o artıq vəzifədə deyil. Müəyyən təsir imkanı yoxdur. Bəlkə, vaxtilə ola bilərdi, hazırda Ş.Əsgərov çalışmır axı”.
Oxu24.com  xəbər verir ki, bu sözləri “Sherg.az”a açıqlamasında 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun qardaşı Adil Süleymanov söyləyib.
A.Süleymanov bildirib ki, haqq-ədalət yerini tapacaq:
“Dövlət və onun qanunları o qədər də aciz deyil. Bəzi dövlət məmurları cinayət işinin üstünün açılmasını istəmir. İlkinin cinayətkar olduğunu təsdiqləyən dəlil yoxdur. Qanunla Prokurorluq İlkini məhkəməyə də göndərməməli idi.
Hər kəs görür ki, ortada saxtakarlıq var. Hətta hakim özü də yaxşı görür. Məhkəmənin gedişatının necə nəticələnəcəyini gözləyirik. İlkin azadlığa buraxılacaq, ümidimiz çoxdur.
Yay tətilinə görə hakimlər məzuniyyətdədirlər. Avqustun 24-ü növbəti məhkəmənin keçirilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkarlanıb..
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.