Şadlıq evləri boş qalıb — Toy edən yoxdur VİDEO

Bir vaxtlar hər kəs toylara icazə verilsin deyirdi. Müvafiq icazədən sonra toy arzusunda olanlar ailə həyatı qurdular. İndi isə tam əksi müşahidə edilir. Şadlıq evlərində toy etmək istəyən şəxslərin sayı kəskin azalıb. Səbəb isə sadədir. Şadlıq evlərinin qiyməti və toy edən zaman yaranan digər zəruri xərclər xeyli artıb. İnsanlar 150 nəfərlik say məhdudiyyəti ilə keçirilən toylar ilə bu xərcləri qarşılaya bilmirlər. Restoran sahibləri deyirlər ki, menyu qiymətlərində müəyyən endirimlər tətbiq edilib

Şadlıq evlərində toy etmək istəyənlərin sayı kəskin azalıb. Restoran sahiblərinin sözlərinə görə adətən məhərrəmlik ayı bitəndən sonra toy sifarişlərinin sayı kəskin artırdı. Hətta elə günlər olurdu ki, obyektdə olan 3-4 zalın hər birində eyni gündə toy edilirdi. Ancaq bu il gözlənilənlərin tam əksi olub.

Şadlıq evlərindən birinin sahibi Mahir Zeynalov deyir ki, toy sifarişlərinin azalmasının bir sıra səbəbləri var. Əsas səbəb məclislərə maksimum 150 nəfərin iştirakı ilə icazə verilməsidir. Bu sayla şadlıq evində toy etmək və xərcləri qarşılamaq çox çətindir.

Restoran müdiri Fərid Adıgözəlov qeyd edib ki, tələb az olduğundan qiymətlərdə endirib edilib.Amma bu da öz nəticəsini verməyib.

Restoran sahibləri hesab edirlər ki, əgər operativ qərargah tərəfindən say məhdudiyyətinə yenidən baxılarsa və bu say artırılarsa sektorda yenidən canlanma ola bilər.

Mənbə:
0
334
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar