Rusiya məhkəməsi “Google” şirkətini 3 milyon rubl cərimələyib

“Google” şirkəti Rusiyada növbəti dəfə cərimələnib. Məbləği üç milyon rubla çatan cəriməyə səbəb isə şirkətin rusiyalılara məxsus məlumatları ölkə ərazisində saxlamaması olub.

AZƏRTAC “Qovorit Moskva”nın teleqram kanalına istinadla xəbər verir ki, iyunda “Roskomnadzor” “Google”yə rusiyalılara aid məlumatların lokallaşdırılmasına ehtiyac olduğunu xatırladıb. Bununla bağlı şirkətə göndərilən xəbərdarlıq məktubunda ona qarşı inzibati protokolun tərtib edildiyi vurğulanıb. Xəbərdarlıq məktubunda cari il mayın sonlarında “Roskomnadzor”un rəhbəri Andrey Lipov “Google” xidmətlərində sürətin aşağı salındığını, iradların nəzərə alınmayacağı təqdirdə məsələnin hüquqi yolla tənzimlənəcəyi bildirilib.

Həmçinin “Roskomnadzor” xarici sosial şəbəkələrə də iyulun 1-dək rusiyalı istifadəçilərin şəxsi məlumatlarının məlumat bazalarını lokalizasiya etməyin təmin olunması ilə bağlı öhdəlik götürülməsi barədə ultimatum verib.

Rusiya qanunlarına görə, rusların şəxsi məlumatları yığılan saytlar bu informasiyaları ölkə ərazisində saxlamalıdır.

Nəşr xatırladır ki, Rusiya məhkəməsi “Google”u dəfələrlə cərimələyib. Xüsusilə may ayında şirkət yerli qanunvericiliklə qadağan olunmuş məzmunu silməkdən imtina etdiyi üçün dörd milyon rubl cərimələnib. 2020-ci ilin sonunda Moskva məhkəmələrindən biri “Google”u axtarış sorğularının tam filtrə olunmamasında günahkar bilib və pozuntuya görə onu üç milyon rubl məbləğində cərimə edib.

Mənbə:
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar