Rusiya-Almaniya gərginliyi – Alman diplomat nazirliyə çağırıldı

Almaniyanın Rusiyadakı səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə dəvət olunub.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, nazirlikdə alman hərbi attaşeyə etiraz notası təqdim edilib.

Məlumata görə, bu addıma səbəb Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin Rusiyanı nüvə silahı ilə çəkindirmək haqqında səsləndirdiyi fikir olub.

Rusiya Müdafiə Nazirliyi alman nazirin həmin fikirlərinin Avropa ölkələri ilə Rusiya arasında ziddiyyətlərin dərinləşməsinə xidmət etdiyini bildirib.

Mənbə:
0
138
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar