Rəsmi qurumlar bunu niyə açıqlamır, məqsəd nədir? -Həkimdən ETİRAZ

"Rəsmi qurumlar hazırki yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdırlar! Niyə açıqlamırlar? Məqsəd nədir? Bax burda qaranlıq nüanslar var və haqlı olaraq bizə şübhələnməyə əsas verir".

Medicina.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev deyib.

"Yoluxma sayı kəskin artıb, vəziyyət necə olacaq?

Həkim vəziyyəti aşağıdakı formada dəyərləndirib:

1. Heç bir panikaya əsas yoxdur!

2. Əsaslandırıram: indiki yoluxma sayı 2019-20-ci illərdəki yoluxma sayındakı artımdan qat-qat təhlükəsizdir!

3. Niyə? Əvvəlki yoluxmalarda biz virusu yaxşı tanımırdıq, törədəcəyi fəsadları bilmirdik, ona görə də 2019-20-ci illərdə bütün dünyada itkilər çox oldu. İndi virusu tanıyırıq, əhalinin xeyli hissəsi peyvəndlənib və ən əsası yoluxucu virus xəstəliklərinin əsas qanunlarlndan biri olan yoluxuculuq artdıqca, ölümcüllüyün azalmasıdır!

4. Bunu ayrlca qeyd edirəm: əgər yoluxuculuq artırsa, demək ki, öldürücülük azalır. Artıq elmi cəhətdən də sübut edilib ki, hazırki delta ştamının yoluxuculuğu çox olsa da, öldürücülüyü əvvəlki britaniya, cənubi afrika, braziliya, çin və s. ştamlarından azdır.

5. Buna görə də narahatçılığa heç bir əsas yoxdur!

6. Rəsmi qurumlar hazırki yoluxma sayında olan ağır xəstələrin faiz dərəcəsini açıqlamalıdırlar! Niyə açıqlamırlar? Məqsəd nədir? Bax burda qaranlıq nüanslar var və haqlı olaraq bizə şübhələnməyə əsas verir.

7. Əgər hazırki yoluxmalarda xəstəliyi ağır keçirənlərin sayı faiz etibarilə təqribən 5% civarındadırsa, heç bir karantin qaydalarının sərtləşdirilməsinə, panikaya ehtiyac yoxdur və bu o deməkdir ki, biz artıq bu virusla yaşamağa öyrəşirik. Necə ki, hər il qrip virusuna milyardlarla insan yoluxub sağalır.
Mənbə:
0
135
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar