Qanunsuz erməni silahlı dəstələri niyə aktivləşib? VİDEO

Son günlər Qarabağda olan qanunsuz erməni silahlı dəstələrinin təxribatları onların aktivləşməsindən xəbər verir. Bu bir daha onu göstərir ki, düşmən revanşist meyllərindən əl çəkməyib. Siyasi şərhçi Murad Saddədinovun sözlərinə görə Azərbaycanın sülh çağırışlarına adekvat cavab verməyən Ermənistan bölgədə vəziyyətin gərginləşməsinə çalışır. Amma bu tendensiya rəsmi İrəvana fayda gətirməyəcək.

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri tərəfindən bir neçə təxribat həyata keçirilib. Belə ki, oktyabrın 13-də Suqovuşandan Kəlbəcərə hərəkət edən mülki avtomobil karvanını atəşə tutuldu, oktybarın 14-də açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid oldu, növbəti gün isə Ağdərə istiqamətində bölmələrimizə qarşı terror-təxribat cəhdi qeydə alındı.

Siyasi şərhçi Murad Sadəddinov hesab edir ki, 44 günlük vətən müharibəsinin nəticələrindən dərs çıxarmayan Ermənistanda hələ də revanşist qüvvələr var. Son günlər regionda sülh mesajlarının verilməsi onları narahat etdiyindən bu cür təxribatlara təkan verilir. Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən son təxribatlar Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Murad Sadəddinovun sözlərinə görə Azərbaycanın hər zaman öz ərazisində anti-terror əməliyyatı həyata keçirmək hüququ var. O hesab edir ki, bu təxribat xarakterli hücumlar təkrarlanarsa, dəmir yumruq bu dəfə onların başına daha bərk dəyə bilər

Ekspert əlavə edib ki, Ermənistan azsaylı qanunsuz silahlı birləşmələri dəstəkləməkdənsə Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmalı və sülh çağırışlarına adekvat cavab verməlidir.

Mənbə:
0
349
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar