Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

Psixoloji yardım göstərilən şəhid ailələrinin sayı açıqlanıb.

Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 18 noyabr 2020-ci il tarixində ilk olaraq Gəncə, Bərdə, Tərtər, Yevlax, Ağdam rayonları istiqamətində psixoloji xidmətlərə başlanılıb. Daha sonra ölkə ərazisi əhatə olunub.

28 fevral 2021-ci il tarixinə kimi psixoloq və psixiatrlar tərəfindən 3 minə yaxın ailəyə səfər edilərək ailə üzvlərinə ilkin psixo-sosial dəstək göstərilib, ailə üzvlərinin psixoloji ehtiyacları müəyyənləşdirilərək ehtiyacı olan ailə üzvləri ilə davamlı psixoloji konsultasiyalar keçirilib. Onlardan 2455 ailə hərbi şəhid ailəsi, 51 ailə mülki şəhid ailəsi, 445 ailə isə yaralı hərbiçilər və onların ailə üzvləri olub.

Mənbə:
0
133
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar