Premyer Liqa təmsilçisi 4 futbolçu ilə  müqavilə bağlamağı planlaşdırır

“Mançester Siti” yeni transferlər etməklə yanaşı, heyətdə olan futbolçularla da yeni müqavilələr bağlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Siti” 4 futbolçu ilə yeni müqavilə bağlamağı planlaşdırır.

Artıq qapıçı Edersonun agenti ilə müzakirələr başlayıb.

“Şəhərlilər” onunla müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq niyyətindədir. Yeni müqavilədə qapıçının məvacibi də artırılacaq.

Bundan əlavə, rəhbərlik daha 3 futbolçu – Ruben Diaş, Con Stounz və klubun yetirməsi olan Fil Fodenlə də yeni müqavilə bağlanması üçün göstəriş verib.

Mənbə:
0
114
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar