Peskov ortaq türk ordusundan danışdı: "Bölgədəki sabitlik və proqnozlaşdırıla bilən..."

RİA Novosti xəbər verir ki, «Kreml Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafının bölgədəki sabitlik hesabına olmayacağını ümid edir».

Yenisabah.az «RİA Novosti»yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov dilə gətirib.

Kremlin belə bir layihəyə necə baxdığını və bunun Rusiyanı və müttəfiqlərini potensial olaraq təhdid edə biləcəyini düşünüb-düşünmədikləri ilə bağlı jurnalistlərin sualına Peskov belə cavab verib: “Təbii ki, Azərbaycan və Türkiyə ikitərəfli əlaqələri inkişaf etdirir. Həm də bu suveren bir məsələdir. Bunun bölgədəki sabitlik və proqnozlaşdırıla bilən atmosferə zərər verməməsi vacibdir. Bu baxımdan, həm türk, həm də azərbaycanlı tərəfdaşlarımızla müntəzəm təmaslarımız var".

Mətbuat katibinin sözlərinə görə, Kreml Türkiyə Prezidenti və ya Azərbaycan Prezidentindən bununla bağlı hansısa açıqlamasından xəbərsizdir.

Xatırladaq ki, Türkiyə parlamentinin rəhbəri Mustafa Şentop Türkiyə ilə Azərbaycanın ortaq türk ordusu yaratmaq üçün danışıqlar apardığını bildirib.

Mənbə:
0
19
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar