"Paşinyan öz aləmində Moskvaya manipulyasiya edir, KTMT məsələyə qarışmayacaq"

"Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhəddimizi nəzarətə götürüb erməniləri Azərbaycandan qorumaq istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik”.

Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Nikolun Ermənistan-Azərbaycan sərhəddində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsi təklifdən danışarkən deyib. 

Politoloqun sözlərinə görə, Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir:
"Moskvanın özü Bakının təklifini səsləndirib: "Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”. 

Paşinyan "delimitasiya” və "demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Paşinyan Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki demək istəyir:
 
"Ay ermənilər Rusiya bizi Azərbaycandan qorumaq istəmir, odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa Ermənistanda Rusiyanı əvəz etməyə hazırdılar. Rusiya buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq”

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə qeyd edib ki,  Paşinyan öz aləmində Moskvaya manipulyasiya edir:

"Makron və Paşinyanın son hadisələrlə bağlı yol xəritəsi var. Ermənistan rəhbərliyi çox yaxşı bilir ki, hətta müharibənin coğrafiyası Qərbi Zəngəzura və Göyçəyə keçsə belə, KTMT məsələyə qarışmayacaq. Ona görə də , Paşinyan Rusiyaya qarşı belə təxribatlı bəyanatlar səsləndirməklə daxili auditoriyanı Qərbə yaxınlaşdırır. O, yaxşı başa düşür ki,  Putin bir müddət sonra ondan yaxa qurtarmaq istəyəcək. Bütün bunları bilərək , hazırda bitərəf qalan elektoral bazanı anti- Rusiya ideyası altında öz ətrafına toplamağa davam edir”.

Günay Rəsulqızı
Sfera.az
Mənbə:
0
84
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar