Paşinyan Minsk qrupunun formatı çərçivəsində hərbi qüvvələri sərhəddə yerləşdirməyə çalışır

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə gömrük postlarının qurulması məsələsini qabardıb. Azərbaycanın Kəlbəcərdə Ermənistanın təxribatlarına qarşı sərt cavabı Yerevanın bu kimi açıqlama verməsinə səbəb olub". Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyanın bu açıqlaması ilə heç də delimitasiya və demarkasiya prosesində maraqlı olduğunu demək olmaz: "Sadəcə manevr edir və Minsk qrupunun formatı çərçivəsində hərbi qüvvələri sərhəddə yerləşdirməyə çalışır. N.Paşinyan 10 noyabr və 11 yanvar razılaşmalarını yerinə yetirməyincə, Ermənistanda probelmelər davam edəcək. Qeyd edim ki, Rusiyada 10 noyabr öhdəliklərinə yerinə yetirməyə maraqlı deyil. Ona görə də N.Paşinyan Rusiyanın bu avantürasına qarşı Qərbi prosesə cəlb edir və Qərbdə bu prosedə Ermənistanın maraqlarından çıxış edir. Bu da Azərbaycanın maraqlarına cavab vermir. Əgər, Rusiya 10 noyabr və 11 yanvar razılaşlarını həyata keçirməkdə maraqlı olarsa, bu kimi problemlər yaşanmaz. Baş verən Moskavın avantürst siyasətinin tərkib hissəsidir. Rusiya istmir ki, Qərb ölkələri Ermənistanda olsun. Bir tərəfdən də idarəolunanmünaqiş yaradır. Fransada, ABŞ -da Ermənistanı dəstəkləyir. Azərbaycan sərhəddə möhkəmləndikcə və erməni təxribatıarına cavab verdikcə, Rusiyada, Qərbdə reallıqlarla barışmalı olacaq".

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar