Oturacaqları rahat olan avtomobillər– REYTİNQ

Ekspertlər hansı avtomobillərdə oturacaqların daha rahat olmasını araşdırıblar.

Avtosfer.az xəbər verir ki, Amerikanın J.D. Power analitik qrupu sözügedən məsələ ilə bağlı avtomobil alıcılarından sorğu keçirib.

Sorğuda 111 min nəfər iştirak edib. Onların arasında, avtomobil alıcıları və icarəyə götürənlər də olub.

Reytinq şikayətlərin az və çox olmasına görə tərtib olunub. Az şikayət olunan reytinqdə daha yüksək yer tutur.

Sorğuya görə, kütləvi kompakt avtomobil kateqoriyasında ən rahat oturacaqlar Hyundai Elantra modellərindədir. İkinci yerdə Honda Civic və üçüncü isə Volkswagen Golf modeli müəyyənləşib.

Orta ölçülü avtomobillər arasında isə Honda Clarity qalib gəlib. Dodge Charger və Nissan Maxima isə ikinci və üçüncü yerləri tutublar.

Krossoverlər arasında Nissan Rogue birinci olub. İkinci yerdə Ford MustangMach-E və Honda CR-V modelləri qərarlaşıb.

Orta ölçülü krossoverlər kateqoriyasında isə ilk üçlük belədir: 1. Chevrolet Blazer, 2. Hyundai Palisade, 3. Nissan Murano.

Pikaplar arasında isə RAM 1500, Ford F-150 və GMC Sierra olub.

Premium avtomobillər kateqoriyasında Porsche 718, Lexus RC və Genesis G90 modelləri ilk üçlüyə daxil edilib.

Orta premium krossover kateqoriyasında Lexus UX, Lexus LX və BMW X4 modellərinin oturacaqları digər avtomobillərdən daha rahat hesab olunur.

Fins.az

Mənbə:
0
113
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar