"Hercai" serialının final tarixi bəlli olub.

Open.az xəbər verir ki, baş rollarını Ebru Şahin ilə Akın Akınözünün paylaşdığı ekran işi 3 bölüm sonra izləyicilərinə vida edəcək.

Qeyd edək ki, 3 mövsümdür yayımlanan serial son zamanlar reytinqlərdə istənilən nəticəni ala bilməyib.

Əməkdar artist Bəsti Sevdiyeva oğlu Ayxanı evləndirib.

Open.az xəbər verir ki, müğənni pandemiyaya görə övladının toyunu Rusiyada edib. Bu haqda Sevdiyeva "Zaurla Günaydın" proqramında danışıb:

"Gülarə oğlumun öz seçimidir. Qız Rusiyada yaşayırdı. Pandemiya düşdü, gördüm ki, çox uzanır. Fikirləşdim ki, uşaqlar nə qədər telefonla danışacaq. 2 ildir münasibətləri var idi. Dedik, pandemiya nə vaxt bitəcək bilmirik. Ona görə də, qərar verdik ki, Rusiyada toy edək. On günlük Moskvaya getdik, "hə", nişan, xınayaxdı oldu. Sonra da qız toyu etdik, gətirdik qızı evimizə. Hələ bizim toy olmayıb".

Gülarə stomatoloq olduğunu söyləyib. axşam.az

Gürcüstanda son sutkada daha 399 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 10 pasiyent vəfat edib.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 279 027-yə, ölənlərin sayı isə 3 732-yə çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 356 nəfər artaraq 271 278-ə yüksəlib.

Martın 23-dən etibarən Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Open.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, buna səbəb Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Rusiyada son bir gündə daha 8 998 nəfərə COVID-19 diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 418 436 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 427 nəfər artaraq 93 364-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 024 975 nəfər sağalıb.

Bakıda gəmidə yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Open.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

Bu barədə Open.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Bildirilib ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Qapalı məkanda məşq etməyə qadağaların tətbiqi voleybolçuların hazırlıq keçməsi və yarışların təşkilinə imkan vermir. Bu üzdən də 2020/21 mövsümündə kişi və qadınlar arasında ölkə çempionatı, həmçinin 1-ci dəstədəki yarışlar baş tutmayacaq.

Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019/20 mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

Qeyd edək ki, növbəti – 2021/22 mövsümünün keçirilib-keçirilməməsi koronavirusla bağlı vəziyyətdən asılı olacaq.

Voleyboldan öncə isə basketbol üzrə Azərbaycan çempionatında mövsümün ləğv olunması barədə qərar verilib.

Lənkəranda karantin qaydalarını pozan daha üç obyekt aşkarlanıb, 16 nəfər cərimələnib.

DİN-dən Open.az-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən bir bilyard zalı, bir oyun zalı və bir çayxananın karantin rejimi qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyektlərlə bağlı 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Open.az xəbər verir ki, avronun məzənnəsi 0,77 % azalaraq 2,0327 manat, Rusiya rublunun məzənnəsi isə 0,87 % geriləyərək 0,0228 manat təşkil edib.