Bakıda sexdə yanğının söndürülməsinə 2 helikopter cəlb edilib.
Bildirilib ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nərimanov rayonu ərazisində – metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verməsi barədə FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”.
“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, – o söyləyib.
Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb.
“Ukraynaya hücumu kəskin şəkildə pisləyirik”.
O, ABŞ və NATO-nu da müharibənin başlamasına görə tənqid edərək deyib: “Biz Ukraynaya qarşı hərbi əməliyyatlar kimi, Əfqanıstan, İraq, Yəmən və Fələstinə qarşı fəaliyyəti də doğru saymırıq. Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrova İranın hər iki tərəfi qəbul etməyə hazır olduğunu təklif etdim””.
H.Əmirabdullahian deyib ki, ABŞ daha realist olacaq: “Donald Trampın maksimal təzyiq amili aradan qalxacaq”.
Nazir vurğulayıb ki, danışıqlara başlamaq alınmazsa, İran iqtisadi maraqlardan məhrum olarsa, deməli, Trampın təzyiq amili qalır.
H.ƏmirAbdullahian Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında münasibətlərin perspektivindən də danışıb.
“Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5 000-dən çox vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib”.
Bildirilib ki, sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcək: “Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 000 nəfərə “Müharibə veteranı” adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək”.
“Hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik”, – məlumatda qeyd olunub.
Mayın 26-da Cəbrayıl rayonunda “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər.
Ermənistanın ilk kosmik peyki orbitə buraxılıb.
“2022-ci il mayın 25-də Yerevan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan “Space-X” kosmik gəmisi ilə ilk kosmik peykimiz buraxılıb”, – Paşinyan deyib.
Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.
Paşinyan deyib ki, bu sahədə bütün qərarlar məxfi şəkildə qəbul edilirdi.
Onun sözlərinə görə, buraxılış Ermənistanın “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub. Baş nazir vurğulayıb ki, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz.
“Beləliklə, Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur və ümid edirik ki, bu sahədə zəngin ənənələrimiz (kosmik tədqiqatlar və istehsal) bərpa olunacaq”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, hökumətin məqsədi Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılmasıdır.
Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq.
4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.
Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varank iştirak edirlər.
Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.
Birinci günün sonunda təşkil ediləcək konsert proqramında Xalq artisti Aygün Kazımova, müğənnilər Nigar Camal, Azad Şabanov və digərləri çıxış edəcək.
Günün sonunda isə lazer şou olacaq. Şounu Dənizkənarı Bulvarın bütün nöqtələrindən izləmək mümkün olacaq.
Qeyd edək ki, “TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xarici ölkədə – Azərbaycanda təşkil olunur. Azərbaycanda “TEKNOFEST Azərbaycan”nın təşkilatçılığı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.
Selçuk Bayraktar: “Bakıda, qardaşlarımızla birlikdə olmağa məmnunam. Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun, hər dəfə bu bağlarımız daha da qüvvətləndi. 1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən milli PUA-ları yaradan türk mühəndislər də eyni ruhu rəhbər tutdu. Bizim də ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda qardaşlığımızın zirvəsidir. Ruhlarınız şad olsun. Bu vəsilə ilə Qarabağı təkrar vətən torpağı halına gətirən, zəfərin əsl memarı olan şəhidlərimizi anmaq istəyirəm. Azərbaycanda bizə yaxın olan bir atalar sözü var: Dost yaman gündə tanınar. Bax bunun sayəsində ən yaman gündə belə bir yerdə idik. İnşallah dünya üzərində son günümüzə qədər bir yerdə olmağa davam edəcəyik”.
Rəşad Nəbiyev: “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqliyin bariz nümunəsidir. Gələcəkdə də biz bir yerdə addımlayacağıq. Bu, gənclərin festivalıdır və Azərbaycan xalqı haqlı olaraq gəncləri ilə qürur duyur. 44 günlük Vətən müharibəsində bu gənclərimiz Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən azad etdi.
“TEKNOFEST” gənclərə 6 ay ərzində bir-birindən öyrənmək bacarığını mənimsətdi. Burada müxtəlif yarışmalar, festivallar keçirilib. Düşünürəm ki, festivalda hər bir şəxs qalibdir. Buradakı ən önəmli tədbirlərdən biri “Smart Qarabağ” Hakatonudur. “TEKNOFEST” “Startup” festivalıdır.
Festival çərçivəsində qaliblər 28 mayda elan olunacaq, ancaq burada iştirak edən hər kəs qalibdir. “Startup” festivalında bizim gənclərimiz xaricdən dəvət olunan investorlarla birlikdə işləyəcəklər. Burada Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin əzəmətinin şahidi olacağıq. “TEKNOFEST” elmin, qardaşlığın qələbəsidir”.
Mustafa Varank: “Bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq, sabah da bütün imkanlarımızla Azərbaycanın yanında olmağa davam edəcəyik. Biz Azərbaycan və Türkiyə üçün hədəf seçdik. Bizim müstəqilliyimizin sirri texnologiya həmləsidir. Biz milli texnologiya həmləsi ilə bizə qarşı olan ölkələrə meydan oxuduq. Bu gün bizə PUA satmayan ölkələr bizim texnologiyamızı almaq üçün sırada gözləyirlər. Bunun əsas sirri əzmimiz, idarəmizdir.
Gənclərə yol göstərsəniz, bacarmayacağınız heç nə yoxdur. Bu festivalda hər il yüz minlərlə övladımız iştirak edir. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında mükafatları birbaşa olaraq qardaş ölkələrin Prezidentləri təqdim edəcək. Şübhəsiz ki, “TEKNOFEST Türkiyə”dən sonra Azərbaycanda da tarixə keçəcək. Biz texnologiya baxımından müstəqil ola bilməməyin mənfi tərəflərini yaşamışıq. Bu gün Bakıda sadəcə festival təşkil etmirik. Dünyaya tək millət, iki millət şüarımızı bir daha çatdırırıq. Eşq olsun, Azərbaycan, eşq olsun, Türkiyə!”
Bakıda və Abşeron yarımadasında mayın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 19-24° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq
“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq Bakının bəzi məktəblərində dərslər distant formada keçiriləcək.
Həmin məktəblərin adını təqdim edirik:
1. Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi;
2. Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;
3. Təhsil Nazirliyinin tabeliyindəki İ.Əfəndiyev adına Elitar gimnaziya;
4. Bakı şəhəri 7 nömrəli tam orta məktəb;
5. Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
6. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziya;
7. Bakı şəhəri 189-190 nömrəli tam orta məktəb;
8. Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
9. Bakı şəhəri 27 nömrəli tam orta məktəb.
Sözügedən məktəblərin distanta keçəcəyi tarix hələ ki açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.
Maliyyə naziri Samir Şərifovun ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasındakı çıxışı ictimaiyyətdə geniş rezonans doğurdu.
Belə ki, nazir Azərbaycanda qazın qiymətini Avropa öləkələri ilə müqayisə edib:
“Qazın qiymətini bir neçə dəfə artırmışıq. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir”.
Əksəriyyət nazirin Azərbaycanı Avropa ilə müqayisə etməsini qınayıb. Sosial şəbəkə istifadəçiləri, eləcə də ictimaiyyət nümayəndələri, iqtisadçılar “Qazın qiymətini müqayisə edəndə, Azərbaycandakı maaş və pensiyalarla Avropadakı maaş və pensiyaları da müqayisə edin” və bu kimi fikirlər səsləndirirlər.
Deputat nazirin fikirlərinə aydınlıq gətirərkən bunları deyib:
“Yəni o demək istədi ki, dünya bazarına, dünya ölkələrinə baxanda qazın qiyməti Azərbaycanda daha ucuzdur. Ancaq belə götürəndə indi dünya ölkələrində tamamilə başqa şəraitdir. Avropa ölkələrinin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Orada pensiyalar da, maaşlar da bizimkindən tamam fərqlidir, yüksəkdir. Nazir sadəcə olaraq, qaz qiymətlərindəki fərqin böyük olduğunu çatdırmaq istədi”.
“Amma mən belə hesab edirəm ki, Azərbaycanda əhaliyə satılan qazın qiyməti olduqca yüksəkdir. Biz qazın qiymətini iki dəfə artırmışıq. Məlumdur ki, maaşlar, pensiyalar buna adekvat olmalıdır. İnsanlar qaz üçün ödəmə edə bilmirlər. Bu, problemdir. Amma həmişə də maaşları, pensiyaları qaldırmaq olmur. Maaşları, pensiyaları qaldırdıqda inflyasiya artır, manata təzyiq yaradır. Yəni problemlər çoxdur”, – deyə deputat vurğulayıb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.
Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm”.
Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb.
Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, 1 nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: “Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti sabit qiymətləndirilir”.
Xəzər Universitetinin həyətində yerləşdirildiyi bildirilən elan sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Elanda tələbələrə xitabən qeyd olunub ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.
Xəzər Univeristetinin mətbuat katibi Əlövsət Əmirbəylinin sözlərinə görə, elanı yeməkxana rəhbəri özbaşına yerləşdirib:
“Universitetə aidiyyəti yoxdur, yeməkxanaya yemək aparmasınlar deyə elə bir elan asıblar. Amma bu qanunsuzdur. Elan dərhal səhər tezdən göstərişimizlə yığışdırıldı, yeməkxana müdiri də rektorluğa dəvət edilib. Onunla bağlı tədbir görüləcək”.
Ermənistana səfər edən fars mənşəli İngiltərə vətəndaşı olan bloger dünən tvitterdə indiki Zəngəzurun Urud kəndindən fotolar paylaşıb.
Kənddə yerləşən və dağıdılmış qəbiristanlıqdan görüntülərin əks olunduğu fotolarda üzərinə “Oğlu Musadan xatirə” yazılmış bir başdaşı diqqət çəkir. Sosial şəbəkələrdə həmin dağıdılan qəbirin – aşırılan başdaşının Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin atasına məxsus olduğu qeyd edilib.
Komitə sədri bildirib ki, blogerin paylaşdığı şəkillər doğulduğu Urud kəndinin qəbiristanlığında çəkilib, üzərinə “Oğlu Musadan xatirə” yazılmış başdaşı isə mərhum atasının məzarında qoyulmuşdu:
“2006-cı ildə mən Ermənistana getmişdim, kəndimizə baş çəkəndə qəbiristanlığı uzaqdan görmüşdüm. Tamamilə dağıdılmışdı. O zaman mənə qəbiristanlığa girib foto çəkməyə icazə verməmişdilər, onu uzaqdan çəkmişdim. Bu barədə kitabımda da yazmışam. Çox qalmayıb, biz ora qayıdacağıq, qəbiristanlığı da bərpa edəcəyik”.
Musa Quliyev qəbiristanlıqdakı vandalizmlə bağlı Ermənistan hökumətinə heç bir müraciət ünvanlamadığını deyib:
“Bizə aid hər şeyi dağıdıb, yerlə-yeksan ediblər. Nə saxlayıblar ki, nəyə də baxsınlar? Qəbiristanlıqda bizim kənddə yaşamış bir seyidin məzarı da var idi, üzərində günbəz ucaldılmışdı, onu da dağıtmışdılar. Ermənilər vandal millətdir, guya desək, nə edəcəkdilər. İrəvanda mətbuat konfrasında bunun haqqında danışdıq. Erməni jurnalistin biri bizə qayıdıb dedi ki, bəlkə heç orda qəbir olmayıb?! Düşünün, bir qəbiristanlığı dağıdırlar, üstəlik bu qədər məntiqsiz fikir səsləndirirlər. Belə millətdən nə gözləməliyik?!
Ola bilər, bloger mənim kitabımı oxuyub, hansısa şəkildə qabağına çıxıb, həmin kəndə gedib. Çünki kitabım ingilis və fransız dillərində çap olunmuşdu, siyasilərə paylamışdım.
Dediyim kimi, biz ora qayıdacağıq. Mən çox ümidliyəm. Şərqi Zəngəzura da qayıdacağıq. Oraları bərpa edəcəyik, hətta evlərimizi də geri alacağıq. Cənab prezident də söylədi ki, biz ora gedəcəyik, amma hansı nəqliyyat vasitəsilə getməyi özümüz seçəcəyik”.
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 240 uşaq ölüb, 436 uşaq güllə və qəlpə yarası alıb.
Bildirilib ki, Rusiyanın hücumları nəticəsində 676 uşaq müxtəlif dərəcəli xəsarət alıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.
Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 883 təhsil müəssisəsinə ziyan dəyib, 178-i isə dağılıb.
Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Qeyd edək ki, ötən gün bu rəqəm 238 nəfər təşkil edirdi.
“Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır. İşğalçıların məqsədi təkcə Ukraynanı tutmaq deyil, həm də Ukrayna millətini məhv etməkdir. Ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib”.
Onun sözlərinə görə, Rusiya Ukraynanı gənc nəsildən məhrum etməyə çalışır.
“Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir”, – Dvornik bildirib.
O əlavə edib ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib.
Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.
“Bizim heç bir şübhəmiz yoxdur ki, Rusiyanın hərbi strategiyalarında bu qaçqın böhranı müharibənin uğurlu nəticələrindən biri kimi nəzərdə tutulub. Eləcə də ərzaq böhranı”, – Ukrayna nümayənsədi BMT-də bildirib.
Dvornik həmçinin Rusiyanın nasist tipli hərbi strategiyasının bir hissəsi olaraq mülki insanları hədəf aldığını bəyan edib.
Son hesablamalara görə, Ukraynada Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində azı 671 uşaq xəsarət alıb. Onlardan 238-i uşaq dünyasını dəyişib. 433-dən çox yaralı var.
Sosial Xidmətlər Agentliyi Azərmaşdan 2 milyon manatlıq avtomobil alır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslər üçün 160 ədəd minik avtomobilinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
NOCOMMENT dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Azərmaş” MMC-dir.
Qalib şirkətə 2 milyon manat ödəniləcək.
Bakı və ətraf ərazilərdə faraş kartof və soğanın, eləcə də, digər kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Ötən il 1 kiloqramı 50 qəpik olan faraş kartofun qiyməti hazırda 1 manat 40 qəpik – 2 manat arasında dəyişir. 3 kiloqramı 1 manata olan soğan isə 0.90 qəpik-1 manatdan təklif edilir. Pomidor-xiyar 2 manat 50 qəpik – 4 manat arasında satılır. Mövsümü meyvələrin qiymətindən danışmağa isə dəyməz…
Kənd təsərrüfatında məhsuldarlığın bol olduğu söylənilsə də, qiymətlər gün keçdikcə qalxır.
Komitə sədrinin sözlərinə görə, yerli məhsulların istehsalına önəm verilirsə, onun artırılması üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər həyata keçirilirsə, deməli, bu məhsulların bahalaşması yolverilməzdir:
“Təəssüflər olsun ki, kartof-soğanın, meyvələrin qiyməti kəskin şəkildə artıb. İki-üç ay bundan əvvəl kiloqramı 90 qəpik olan almanın kiloqramı indi 3 manat 80 qəpik olub. Bu, bazarda inhisarçılıq edənlərin “xidmətidir”, onlar qlobal bahalaşmadan süni şəkildə istifadə edirlər. Bu gün məhsulun istehsalından, istehsalın artımından danışırıqsa, necə ola bilər ki, qiymətlər gün keçdikcə bahalaşır?”
T.Rzayev qeyd edib ki, kənd təsərrüfatı məhsullarının istehsalı artıb:
“Bizə təqdim olunan statistikaya görə, kənd təsərrüfatı məhsulları son illər müvafiq olaraq artır. Kartof, soğan və digər kənd təsərrüfatı məhsullarının artımında irəliləyiş var, belə olan halda qiymətlər aşağı düşməlidir. Bazarda anlaşılmazlıq var, müvafiq orqanlar tərəfindən qiymətlər təmin olunmalıdır. Tez-tez monitorinqlər keçirilməlidir, sahibkarlıq azaddır, ancaq bu o demək deyil ki, sən istənilən qiyməti qoyub, məhsulu bazara çıxarmalısan. Vətəndaşlarla tez-tez görüşürük qiymətlərdən çox narazıdırlar. Marketlərə, bazarlara özümüz də gedib görürük, qiymətləri belə qaldırmaq olmaz. Müəyyən işbazlar bazarları tənzimləyirlər, ona görə də bu qədər qiymət artımı yaranır”.
Komitə sədri deyib ki, hazırkı hava şəraiti də təsərrüfata müəyyən qədər təsir edəcək:
“İqlim dəyişikliyi bütün dünyada baş verir və çox ciddi problemlər yaradır. Son illər təxminən 40%-ə qədər kənd təsərrüfatı məhsulları iqlim dəyişikliyindən və ziyanvericilərdən zərər görüb. Havanın temperaturunun bu qədər aşağı düşməsi kənd təsərrüfatına çox pis təsir edir. Qarşıdakı müddətdə bunun qiymətlərdə təzahürünü görəcəyik”.
Dünyanın koronavirusdan sonra meymunçiçəyi virusu ilə mübarizə apardığı bir vaxtda bəzi ölkələr yeni tədbirlər görməyə başlayıb.
Zikar Baytarlıq Xəstəxanasından verilən məlumatda meymun saxlayanların heyvanları baytar həkimlərə göstərmələri tələb olunub. Bəsrədə virusa görə xüsusi komissiyanın yaradıldığı açıqlanıb.
Bəsrə Baytarlıq Xəstəxanasının direktoru Riyaz Məhəmməd xüsusi komissiyanın Bəsrədəki heyvan bazarlarına, xüsusilə meymunlara nəzarəti həyata keçirəcəyini bildirib.
Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.