Xocavənddə mina partlaması nəticəsində yaralanmış erməninin ayaq pəncəsini amputasiya ediblər

İyulun 12-də Xocavənd rayonunda hərbi əməliyyatlar zamanı ölmüş və bu günə qədər itkin düşmüş hesab edilən erməni hərbi qulluqçuların cəsədlərinin axtarışı zamanı mina partlaması nəticəsində xilasediciləri müşayiət edən erməni yaralanıb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mina partlaması nəticəsində ayağından yaralanan şəxs Norayr Sarsadanyandır.

Ona ilkin tibbi yardım göstəriblər, bundan sonra Xankəndi tibb müəssisəsinə köçürüblər, ayağından yaralandığı hissəni, yəni ayaq pəncəsini amputasiya ediblər.

Alpər Mövludoğlu
 

 

Mənbə:
0
471
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar