Vladimir Bekiş: “Jirinovski Rusiya rəhbərliyinin bir hissəsinin mövqeyini çatdırır"

Rusiyada və onun hüdüdlarından kənarda bir fakt şübhə doğurmur ki, Vladimir Volfoviç ölkə rəhbərliyinin, aparıcı məmurların və siyasətçilərin, həqiqi hökm sahiblərinin fikirlərini oxumaq hissiyyatına və bacarığına malikdir. Ona görə də, həyatda özünü tez-tez təsdiq edən belə bir fikir var ki, Jirinovski hökm sahiblərinin düşündüyü, amma deyə bilmədiyi şeyləri danışır. Bu ilk növbədə onun adaşına aiddir. Bunu Azvision.az-a açıqlamasında rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovskinin Azərbaycanla bağlı mənfi fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Kremlin Jirinovskiyə bunları söyləməsini əmr etdiyini demək həddindən artıq mübaliğəli olardı.

"Ancaq qəti şəkildə deyə bilərik ki, Jirinovski Azərbaycan və onun lideri ilə bağlı dedikləri Rusiyanın bugünkü fəallarının, ilk növbədə Azərbaycanla bağlı düşüncələrini, niyyətlərini və siqnallarını ifadə edir. O, Rusiya rəhbərliyinin bir hissəsinin mövqeyini ifadə edir. Bu düşüncələr artıq bir neçə dəfə Dövlət Dumasında, Prezident Administrasiyasında və hökumətdə səsləndirilib. Yəni Rusiyanın öz strateji maraqları və təsir zonaları var. Bu təsir zonalarında (Azərbaycan və Ermənistan şübhəsiz ki, onlara aiddir) Rusiya hər hansı təşəbbüslərin və ya rəqiblərin ortaya çıxmasının qarşısını almaq üçün istədiyini edəcək", - Bekiş bildirib.


Pərvanə Sultanova
 

Mənbə:
0
86
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar