"Twitter" baş ofisini bağladı

Amerikanın “Twitter” şirkəti koronavirusun delta ştammının yayılması səbəbindən San-Fransiskodakı mənzil-qərargahını və Nyu -Yorkdakı ofislərini müvəqqəti bağlayır. Azvision.az xəbər verir ki, bu barədə “Forbes” sosial şəbəkə nümayəndəsinə istinadən xəbər yayıb.

Məlumata görə, iki həftə əvvəl "Twitter" əməkdaşlarına məsafəli iş rejimindən çıxmağa və ofislərə gəlməyə icazə verib. Qərargah və ofislərin bağlanmasına əlavə olaraq, şirkət yeni ofis açılışlarını da dayandırıb.

Daha əvvəl, ABŞ -ın bəzi qurumlarında, o cümlədən Nümayəndələr Palatasında və Daxili Təhlükəsizlik Departamentində koronavirusun delta ştammının yayılması fonunda maska taxmanın yenidən məcburi olacağı bəyan edib.

Amerika şirkəti "Twitter Inc." 2006 -cı ildə qurulub. Şirkət qısa mesaj mübadiləsi üçün sosial şəbəkədir. Baş ofisi Kaliforniya ştatının San -Fransisko şəhərində yerləşir.

Pərvanə Sultanova



 

Mənbə:
0
90
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar