Tramp prezident seçkilərində qanun pozuntularına dair yeni sübutlar təqdim edəcəyini bildirib

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın zamanda ictimaiyyətə ötən ilin payızında keçiriləcən prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularına dair yeni sübutların təqdim ediləcəyini bəyan edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə siyasətçinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Seçkilərin ölkəmizin indiyə qədər görmədiyi saxtakarlıq və qanun pozuntuları ilə pozulduğuna dair əhəmiyyətli və qəti dəlillər var. Bunun çoxu artıq ictimaiyyətə məlumdur və daha çoxu yaxın gələcəkdə ortaya çıxacaq".

 

Ağ Evin keçmiş rəhbəri aparıcı KİV-ləri "insanların baş verənləri görməməsi və ya oxumaması üçün əllərindən gələni etməkdə" ittiham edib və ştatların rəhbərliklərini gələcəkdə oxşar qanun pozuntularının qarşısını almaq üçün səsvermə prosedurlarını dəyişdirməyə çağırıb.

Mənbə:
0
113
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar