Tovuz döyüşləri: Düşmənə verilən layiqli dərs - VİDEOREPORTAJ

Ermənistan Silahlı Qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd etməsindən bir il ötür.
Həmin vaxt bir neçə gün davam edən şiddətli döyüşlər zamanı Azərbaycan Ordusnun qəhrəman əsgər və zabitləri həmişə olduğu kimi yenə düşmənə layiqli dərs verdi, işğalçılar öldürücü zərbələr aldılar. Ermənistan ordusu xeyli itki verərək geri çəkildi.
Tovuz döyüşləri tarixdə Azərbaycan Ordusunun şanlı qəhrəmanlıq səhifələrindən biri kimi əbədi qalacaq. Çünki, 2020-ci ilin iyulunda Ermənistan ordusuna, həmçnin işğalçılıq siyasətini davam etdirən Ermənistanın hərbi-siyasi rəhbərliyinə elə bir dərs verildi ki, onlar bu ağır məğlubiyyətin acısını heç vaxt unutmayacaqlar.
Bu günlərdə Trend TV-nin çəkiliş qrupu Tovuz döyüşlərinin baş verdiyi ərazilərdə olub. Əməkdaşlarımız Azərbaycan Ordusunun bu istiqamətdəki mövqelərində xidmət aparan qəhrəman səgər və zabitlərimizlə görüşüb, əməliyyat şəraitini izləyib, Tovuz döyüşlərində iştirak etmiş hərbçilərimizin şücaətlərini onların öz dillərindən eşidib.
Tovuzun Ermənistanla sərhədindən hazırlanmış geniş videoreportajı təqdim edirik.
 

Mənbə:
0
341
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar